ƏTRAFLI MƏLUMAT
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.
Mən, həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.
Hörmətlə, Dr. Orxan Ağabəyov
Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
mr.elcan | 8 May 2013 16:29
slm hekim.28 yawim var.mende arada cinsi zeyiflik olur.oda ancaq yoldawimla.bawkasiyla normaldi her wey ureyim isdiyen qeder oluram.mene komeklik ede bilersinizmi.ve bu zeyiifliyi tebii yolla mualice etmek olarmi
Dr.Orxan Agabəyov | 9 May 2013 08:00
Salam Mr. elcan. Bu problemə selektiv(seçici) erektil disfunksiya deyilir və psixogen mənşəyi olan problemdir. Müalicədə həm dərmn preparatları həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
elmar | 8 May 2013 15:20
hekim salam men rasiyada yawayiram mende cinsi zeiflik var biraz analiz verdim hekim dediki prostatin soyuqlayib onun dermanla mualicesi var yoxsa yox imkan olsa bu barede yaza bilersiz zehmet olmasa
Dr.Orxan Agabəyov | 9 May 2013 08:07
Salam Elmar. Bəli, prosatit(prostat vəzinin iltihabı) xəstəliyinin müalicəsində dərman preparatları istifadə olunur. Müalicə kursundan sonra, müəyyən cinsiyyət sisteminin stimulyasiyası üçün də, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
semseddin | 8 May 2013 13:33
salam hekim. men cinsi gucun daha da feallasmaqi ucun ne kimi tedbirler gore bilerem
Dr.Orxan Agabəyov | 9 May 2013 07:54
Salam Semseddin. Bu üsullar haqqında, saytda, potensiyanın gücləndirilməsi məqaləsində oxuya bilərsiz. Uğurlar.
gul | 8 May 2013 12:37
salam doktor vaqinada cinsi elaqe zamani hecne hiss etmirem.genekoloqa bunu meslehet etmisem mene hormonal pozqunluq oldugunu dedi.hormonalni mualice olsam bu hissizliyim duzeler?eyer hormonal deyilse sebeb ne ola biler.mualice ile duzeler?
Dr.Orxan Agabəyov | 9 May 2013 07:49
Salam Gul. Əgər səbə hormonal pozğunluqdursa və hormonal səbəbləri aradan qaldırsaz, vəziyyət düzələ bilər. Uğurlar.
Orxan | 8 May 2013 11:24
Salam hekim. Menim 23 yashim var cinsi meseleler barede problemim yoxdur her shey eladir, ozumde subayam. Sadece olaraq bilmek isteyirem ki toy gecesi qadinin hamile qalmasi ucun onunla nece defe olmaq yaxshi olardi?
Dr.Orxan Agabəyov | 9 May 2013 07:37
Salam Orxan. Toy gecəsi adətən bir cinsi əlaqə olur və hamiləlik ehtimalı cinsi əlaqələrin sayından deyil, qadının ovulyasiya gününün(follikulun partlaması günü), toy gecəsinə düşüb-düşməməyindən asılıdır. Uğurlar.
Ayna | 8 May 2013 11:17
Salam doktor.Uzr isteyirem,men 6 heftelik hamileyem.Bir nece gun once men butun infeksiyalardan analiz verdim.Butun infeksiyalar normal cixdi.Sadece Rubella IgG-2.194,Herpes I IgG 1.6,Cytomegalovirus(herpes V) IgG - 5.4,Toxoplasma gondii IgG-3.4 bu netice oldu.Sizce bu infeksiyalarin yoldashimdan kecme ehtimali var mi?Bu gostericilerin hamileliyime bir tesiri ola biler mi?Meslehetiniz ne ola biler mene?Evvelceden oz teshekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 9 May 2013 07:29
Salam Ayna. Bu infeksiyalar, TORCH infeksiyalara aiddir və hamiləlik vaxtı, demək olar bütün hamilələrdə aşkarlanır. Bu infeksiyalar cinsi yolla (yoldaşınızdan) ötürülmür, sadəcə hamiləlik vaxtı immunitet zəiflədikdən, baş qaldırırlar. Sizdə olan rəqəmlər o qədərdə yuxarı deyil, narahat olmayın, əgər çoxalarsa hamiləliyin gedişatını poza bilər. Uğurlar.
kenan | 8 May 2013 10:42
Erken bosalmadan neca xilas olum?
Dr.Orxan Agabəyov | 9 May 2013 07:01
Salam Kenan. Səbəblərini müəyyənləşdirin, sonra isə müalicə kursu keçin. Uğurlar.
aida | 8 May 2013 09:57
salam həkim mən 7 ildir ailəliyəm 2 övladım var amma heç vaxt məndə orqazm olmayıb.toxunanda da heç nə hiss eləmirəm.Yoldaşımda normaldı amma heç vaxt ikinci dəfə olmayıb xahiş edirəm məsləhət verin.təşəkkürlər
Dr.Orxan Agabəyov | 9 May 2013 07:18
Salam Aida. Ola bilər, yoldaşınızda birinci cinsi əlaqənin müddəti qısa olduğundan, Siz orqazma çata bilmirsiz, həmdə ikinci dəfə kişiərdə adətən boşalma daha gec, qadınlarda isə orqazma çatmaq daha tez olur. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən və s. Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Agil | 8 May 2013 08:34
her vaxtiniz xeyir doktor...menim muayinelerim var..mualice mene neceye basha geler doktor??yeni sizin qebul??bir az madiyyatdan eziyyet cekirem alhamdulilleh....ama her cetinlikden sora bir rahatliq geldiyine cox inaniram
Dr.Orxan Agabəyov | 9 May 2013 06:53
Salam Agil. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Anonim | 8 May 2013 07:28
Salam, 26 yashim var subayam. 1. Menim 4-cü dərəcə Varikosele xesteliyim var yalnız sol tərəfdə, hecbir agri ve zeyiflik yoxdur sadece bilmek isteyirem indi əməliyat olunmaliyam yoxsa evləndikdən sonra sonsuzluq yaranarsa əməliyat olunmaliyam??
Dr.Orxan Agabəyov | 9 May 2013 06:56
Salam Anonim. Əgər təsdiqlənmiş varikosele diaqnozu varsa, spermoqramma analizi verin və əgər göstəricilər normadan zəifdirsə, əməliyyatın evlilikdən öncə olması məsləhətdir. Uğurlar.