ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Вахид | 10 May 2013 10:08
Здравствуйте доктор.Я постоянно слежу за вашим сайтом и советую всем друзьям.Но у меня вот какой вопрос,Где можно узнать хорошую информацию,о поднятии женского либидо.Я живу в одном из районов республики.По этой проблеме обращались к врачу у себя в городе,но врач нас чуть ли не оскорбил и выгнал из кабинета(это женщина врач).Я ходил к ней со своей супругой.Здесь обращаться не к кому,а проблема с женским либидо очень большая,что влияет на нашу жизнь.Заранее спасибо
Dr.Orxan Agabəyov | 11 May 2013 19:04
Здраствуйте Вахид. Я рад что материалы моего сайта, интересны Вам.  Азербайджанских сайтов  о женских сексуальных проблемах, нет. Можно попробовать поискать на российских сайтах. Кроме того, можно посоветовать, увеличить продолжительность прелюдии(предварительные ласки) и избегать рутины в сексе, попробовать что-то новое. Удачи.
Elmir | 10 May 2013 09:31
Salam doktor.Bilmek isteyirem,anal seks zamani anus deliyine bowalmanin ne kimi ziyani ola biler, Tewekkur...
Dr.Orxan Agabəyov | 11 May 2013 19:13
Salam Elmir. Bunun heç bir ziyanı yoxdur, sadəcə anal seks zamanı, cinsi infeksiyalara yoluxmaq riski olduğundan, prezervativlərdən istifadə etmək, məsləhətdir. Uğurlar.
Nihat | 10 May 2013 09:02
Salam hekim.Mende tez bowalma var.bu mene pisxoloji olaraq pis tesir edir.bosalmanin muddetini artirmaq ucun derman adi deyerdiz zehmet olmasa
Dr.Orxan Agabəyov | 11 May 2013 06:05
Salam Nihat. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
emn | 9 May 2013 20:41
salam doktor menim 32 yashim var bilmek isteyirem 24-25 yashimda daha cox ola blirdim qadinla 1 qece erzinde indi axir vaxtlar 2 defeden artiq ola bilmirem ozmyu yorqun hiss edirem 3cyu defe olmaq ucyun 2-3 saat dincelmeye vaxt lazimdi bilmek isteyirem mende ne problem var ve mualicesi nedir? qabaqcadan sizin mesllehetinize qore teshekkur edirem
Dr.Orxan Agabəyov | 10 May 2013 07:25
Salam Emin. Əslində 2 cinsi əlaqə, 30 yaşdan yuxarı kişilərdə normaya uyğun sayılır. Amma, əgər potensiyanın gücünü artırmaq istəyirsizsə, müəyyən müalicə kursu keçə bilərsiz. Uğurlar.
Raul | 9 May 2013 17:16
Salam.mende bele bir hadise bash verir bilmek isterdim bu nedendi.Men cinsi elaqede olanda cinsi orqan lazimi qeder berkimir yeni ereksiya guclenmir ve menimcun cunsi elaqede olmaq problem yaranir.Prostat vezimi UZİ de yoxlamisham hec bir sey yoxdu.Bunu mene izah edin zehmet olmasa ne meseledi?İnfeksion xestelikler de Shukur Allaha olmayib.İlk defe dushundum ki bu sadece partnyorumun(xanimla) ureyimce olmamasindan ireli gelir amma sonraki partnyorlarimla da ele oldu..sizden cavab gozleyirem..evvelceden minnetdarligimi bildirirem .
Dr.Orxan Agabəyov | 10 May 2013 07:21
Salam Raul. Əgər analizlərdə heç bir orqanik səbəb aşkarlanmırsa, deməli psixoloji səbəblər var.  Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
kamran | 9 May 2013 16:42
salam hekim.menim xayamda yungul aqrilar olurdu,amma vaxtim olmurdu hekime getmeye,indi ise cekilib.sizce gedib yoxlatmaga ehtiyac var?cddi problem ola biler?evvelceden tewekkur
Dr.Orxan Agabəyov | 10 May 2013 06:51
Salam Kamran. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
tehran | 9 May 2013 16:16
hekim salam...menim ayaqlarimin arasinda aralıqda aqri olur ....o ne aqri ola biler ve uziden kecmek lazimdi ?
Dr.Orxan Agabəyov | 10 May 2013 07:15
Salam Tehran. Bu ağrı, cinsiyyət sistemində iltihabı prosessin əlaməti ola bilər. Amma dəqiqləşdirmək üçün, USM(UZİ) etmək, məsləhətdir. Uğurlar.
ilyas | 9 May 2013 15:32
salam.mənim 50 yaşım var.həmişə sağ böyrəyimdən qarnima kimi uşuyur.həkimlər hər şeyin normada olduğnu söyləyirlər. hec bir mualicə kömək etmir.siyəndən sora acışma var.
Dr.Orxan Agabəyov | 10 May 2013 07:18
Salam İlyas. Çox güman ki, diaqnostika düzgün aparılmlr, hər halda diskomfort varsa, səbəbdə var. Ola bilər, iltihab nəticəsində yaranır bu əlamətlər. Düzgün diaqnostikadan sonra, müalicə təyin etmək olar. Uğurlar.
Rufet | 9 May 2013 13:33
Salam Dr. Mende son zamanlar cinsi zeiflik yaranib.. Ve evveller penisim cinsi elaqe zamani mohkem olurdu.. Indi ise yumuwag olur demek olar ki eziyyet cekirem cinsi elaqe zamani.. Ve olandan sora penisimde yungul agrilar olur...Xais edirem sualimi cavablandirasiniz.. Tewekur edirem
Dr.Orxan Agabəyov | 10 May 2013 06:47
Salam Rufet.  Bu problemin  səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Afa | 9 May 2013 13:06
salam doktor.sualım aqlutinasiya haqqdadır.Bu müalicə olunurmu?Spermaqrammanın nəticələrində qeyd olunub.baş hissesinin qeyd olunub.4 aydır antibiotiklə və başqa dərmanlarla müalicə olunuruq.hələ bir nəticə yoxdur.daha hansi pereparatlar effektiv oia bilər bu müalicədə? Nə qədər müddət davam edə bilər bu müalicə.? Yaşımız az deyil .vaxt gedir.Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 10 May 2013 06:53
Salam Afa. Birinci növbədə, aqqlutinasiyanın səbəbləri müəyyənləşdirilməlidir, sonra isə müalicə. Hər halda, bu problemi aradan qaldırmaq üçün bu qədər vaxt lazım deyil. Birdə ki, spermoqrammada əsas göstəricilər, spermotozoidlərin sayı və hərəkətlilik faizidir, hamiləlik ehtimalları bu göstəricilərdə daha çox asılıdır. Uğurlar.