ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
conik | 11 May 2013 09:06
salam hekim menim penisimin uzerinde sepgiye benzer et xali cixir bir nece denedi bunun sebei ne ola biler?
Dr.Orxan Agabəyov | 12 May 2013 08:00
Salam Conik. Bu çox güman ki, papilloma virusudur, cinsi yolla keçən  infeksiya. Bproblemi aradan qaldırmaq üçün, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Anonim007 | 11 May 2013 06:52
Salam,orgenmek istiyirdim cinsi organi emeliyyat vastiesile maksimum ne qeder uzadmag mumkundu ve emeliyyatdan sonra neche gune tam hazir formada olmaq olar,teshekkur :)
Dr.Orxan Agabəyov | 12 May 2013 08:40
Salam Anonim007. Penisin uzunluğunu, əməliyyat vasitəsilə 3-5 sm artırmaq olar. Bu artıma, əməliyatda sonra , 6-9 ay ərzində nail olmaq olur. Uğurlar.
Khalil | 10 May 2013 20:15
Salam Doktor,Cinsi fealiyyetde olmaq mutleqdirmi yani bunun insan stresine ve bioloji qurulusunda musbete apara bilecek bir yolu varmi? Kind regards Khalil
Dr.Orxan Agabəyov | 12 May 2013 08:43
Salam Khalil. Sağlam kişi, müntəzəm cinsi həyat yaşamalıdır. Cinsi həyat, kişinin psixoloji və fiziki durumuna müsbət təsir. Uğurlar.
elmeddin | 10 May 2013 20:07
salam dr oral seks er-arvad arasindaolmasi ne derecede duzgun ve xeyirlidir.
Dr.Orxan Agabəyov | 12 May 2013 08:46
Salam Elmeddin. Bu tibbi məsələ olmadığı üçün, düzgünlüyü hər cütlük özü təyin etməlidir. Uğurlar.
simon | 10 May 2013 20:06
Salam hekim menim heyatda yarali noktem pensinim di .cox zaman cinsi elaqede olanda qaranliqda oluram ki ek cinsin numayendesi gormesin bu problemi aradan qaldirmaq ucun mene komek edin mende11 sm olar ancaq men isterdim bir azda uzun ve qalin olsun misal ucun 20 den yuxari cox xais edirem komek edin
Dr.Orxan Agabəyov | 12 May 2013 07:48
Salam Simon. Heç bir metodika ilə, 11 sm-lik penisi 20 sm-ə artırmaq olmaz. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Ayna | 10 May 2013 20:00
Salam,Doktor!1.Mən bilmək isteyirem qadinin ehtiraslanib-ehtiraslanmamasi kişidən asilidir? 2.Penisin alt tərəfində ziyilə bənzər seylər nə ola bilər və onlar qadina kece biler?
Dr.Orxan Agabəyov | 12 May 2013 07:53
Salam Ayna. 1. Kİşidəndə asılıdır(cinsi əlaqənin müddəti, cinsi əlaqələrin sayı və s.), amma qadının individual xüsusiyyətləri əsas rol oynayır, psixoloji durum, hormonların səviyyəsidə vacibdir. 2. Bu çox güman ki, papillomavirusdur, yəni cinsi yolla keçə bilən infeksiya. Uğurlar.
Afa | 10 May 2013 18:32
doktor salam.aqlutinasiya haqda sual vermişdim.bir məsələni də aydınlaşdırın zəhmət olmasa..aqluti-nı müəyyən etmək ücün hansı üsüldan istifadə olunur və ya hansı analizləri vermək lazımdır?Cox xahiş edirəm geniş yazın.onu da deyim ki,Spermaq-da aktiv hərəkətlilər 68%,zəif 17%,hərəkətsizlər 15%-dir. 1ml-də spermotozoidlərin miqdarı 110 -dur.Həkim hamilə qalmamağın səbəbini aqlut-nın olmasında görür.Məndə hər şey normaldır.Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 12 May 2013 07:23
Salam Afa. Əgər spermoqrammanın göstəriciləri realdırsa, kişi tərəfdən, hamiləliyə heç bir əngəl yoxdur. Amma göstəricilər həddən artıq yüksəkdir, təkrar spermoqramma verin(başqa klinikada), əgər göstəricilər normaya uyğun çıxarsa, müalicəyə ehtiyac yoxdur. Aqqlutinasiya, spermotozoidləri bir-birinə yapışmasıdır, əgər aktiv hərəkətlilərin sayı 68 %-dirsə (norma - 32%), ya aqqlutinasiya yoxdur yada faizlər bu qədər yüksək deyil. Uğurlar.
elshan | 10 May 2013 14:40
salam doktor men bilmek isteyiremkki varikosel hansi muddetden sonra sonsuzlugha sebeb ola biler ve bu daimi qalici olur yoxsa mualicesi vardir?
Dr.Orxan Agabəyov | 12 May 2013 07:09
Salam Elshan. Əgər varikosele aşkarlanıbsa(müddət rol oynamır) və spermoqrammanın nəticələri zəifdirsə, müalicə yalnız cərrahidir - əməliyyat. Uğurlar.
Emil | 10 May 2013 12:12
maraqlanmaq isdeyirdim bizdede bawqa xarici dovletlerde olduqu kimi cinsiyyet orqanini uzadilmasi ve enlenmesi hansisa yolla munkundurmu? zehmet olmasa deyerdiz normal cinsiyyet orqaninin uzunluqu ne qeder olmalidir tewekkur edirem
Dr.Orxan Agabəyov | 11 May 2013 19:20
Salam Emil. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
arif | 10 May 2013 10:34
salam men tez bowalma ile bagli sual vermek isterdim, bununla bagli meqalenizde gosterdiyiniz sebeblerinden biri olan sol xayanin varikoseli diaqnozu mene iranda hekimler terefinden qoyuldu ve cerrahi mudaxile aparildi, 2-ci sebeblerden olan cinsi orqanlarda iltibahi proseslerin oldugunu bakidaki androloq hekim dushunub muayine ucun prostat vezimin UZI-den kecmesini teyin etdi,UZI-nin cavabi - prostat vezi normaldir,3-cu sebeb kimi antidepressantlardan,anksiolitiklerden ,potensiyani yaxshilashdiran derman vasitelerinden,pzervativ ve keyleshdirici melhemlerden istifade olunmasi ile bagli demek isterdim ki 2 ayri-ayri psixiotor-seksoloqun yaninda olmusam,yazdiqlari dermanlari qebul etdim,Kisi cinsi hormonlarin teyin olunmasini androloq bakida muayine ucun istemisdi,netice kimi normal oldugu muayine sonrasi melum oldu,hal-hazirda istediyim neticeni ala bilmemishem .menim bilmek istediyim bu ki,psixoloji amil tez boshalmada rol oynayirsa siz bu movzuda mene ne kimi yardim ede bilersiz
Dr.Orxan Agabəyov | 12 May 2013 06:59
Salam Arif. 1.Mən heç bir məqalədə, varikoselenin erkən boşalmaya səbəb olmağı haqqında yazmamışam - ona görə ki, bu problemlərin əlaqəsi yoxdur. 2. Bu problemin müalicəsi çətin olsada, cinsi əlaqənin müddətini, demək olar bütün pasiyentlərdə, artırmaq olur. Uğurlar.