ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
DonKarleone | 13 May 2013 04:36
Salam Hekim.Cinsi elaqede olarnda tez bosaliram.Bununcun hansi dermanlardan ve ya kremlerden istifade etmeliyem ki,cinsi elaqenin muddeti uzansin?
Dr.Orxan Agabəyov | 14 May 2013 06:34
Salam DonKarleone. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
raul | 12 May 2013 23:09
salam doktr. men 2 ildirki evliyem. yoldasimda butun analizler . eladir hormon , turbaliq. her sey.eladir amma falekul vaxtinda yetismir ve partlamir . 3_ 4defe qanadatrapinle partladiblar tutmuyub. mendede faiz 57 dir, az aqlutinasiya vardir. oda yeni yaranib .mualiceden evvel yox idi . men denizciyem denizden gelende 5 ay evvel. spermanin faizi 34 idi indi qalxib . yoldasimin falekulu mualicesi varmi ve nece . xais edirem bize komek edin. usaga gore Butun heyatim puc olur. ve menim 27 yasim . yoldasimin 25 var. tessekkurler
Dr.Orxan Agabəyov | 14 May 2013 06:28
Salam Raul. Birinci növbədə, follikulun partlamaması səbəbini müəyyənləşdirmək lazımdır. Yəgin ki, diaqnostika düzgün aparılmayıb. Savadlı qinekoloqa müraciət edin. Uğurlar.
parvin | 12 May 2013 15:14
salam hekim men erken bosalmadan keskin shekilde eziyyet cekirem mualice oluna bileremmi 100 % lik artiq derecede xaish edirem cavab yazin
Dr.Orxan Agabəyov | 13 May 2013 05:28
Salam Parvin. Bəli, müalicə oluna bilərsiz. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
seva | 12 May 2013 14:29
salam doktor. toyumuz teze olub. ama cinsi elaqede ola bilmemiwik. ginekoloqa getdim dedi qizliq perdesi yirtilib. yoldawimda berk durmur. bow olur. axira kimi kecirde bilmiyib uje 1aydi. 1ayda 5 -6defe cehd elemiwik ama alinmiyib mastrubasiya edib. bu mende vaginizmle elaqeder ola biler yoxsa yoldawimin cinsiyyet orqanin yaxwi durmamasi ile elaqedardi.
Dr.Orxan Agabəyov | 13 May 2013 05:30
Salam Seva. Hər iki faktorun təsiri var - müalicə iki istiqamətdə getməlidir, həm Sizdə vaqinizm əlamətləri aradan qalxmalıdır həmdə yoldaşınızda, ereksiyanın sərtliyini artıran müalicə almalıdır. Uğurlar.
seva | 12 May 2013 12:58
salam men bowalmag bilmirem evliyem bowalmag hissini bilmirem ne edim
Dr.Orxan Agabəyov | 13 May 2013 05:39
Salam Seva.  Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
vusal | 12 May 2013 10:27
Salam hekim.bilmek isteyirem penisin kicik olmasinin kisiye bir ziyani yada problem yarada biler?
Dr.Orxan Agabəyov | 13 May 2013 05:36
Salam Vusal. Penisin ölçülərinin kiçik olması, ziyan deyil, sadəcə kişidə müəyyən psixoloji komplekslər yaradır ki, onunla cinsi əlaqə zamanı qadın orqazma çatmaya bilər. Uğurlar.
Nurlan | 12 May 2013 07:25
salam. menim sualim beledir, xayalarimin biri kicik o biri boyukdur. bu normaldirmi? ikinci sualim bundan ibaretdir ki tez bowaliram...heddinden artiq ehtiraslaniram munasibet zamani, yeni ozumde olmuram. tez bowalmanin sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 13 May 2013 05:26
Salam Nurlan. 1. Bu normaldı, adətən xayaların ölçüləri fərqli olur. 2. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Namiq | 11 May 2013 19:47
Hekim xahish edirem ashaqida yazdiqim suali cavablandirardiniz. Tez-tez eyakulyasadan yaranan prostatitle, uzun muddet eyakulyasiya olmamaqla yaranan prostatit arasinda simptomlarinda ve mualicesinde ne kimi ferqler var?
Dr.Orxan Agabəyov | 13 May 2013 05:16
Salam Namiq. 1.Prostatit elə prostatitdir, heç bir fərqi yoxdur. 2. Bu situasiyaları ayırmaq üçün, əlamətlərin fərqinə ehtiyac yoxdur - hər bir insan deyə bilər - əlamətlər tez-tez eyakulyasiyalardan ya fasilədən sonra yaranıb. Uğurlar.
Эльмар | 11 May 2013 13:21
salam doktor.men Kiwinovda yawayiram.axirinci defe 1 qizla qoruyucusuz oldum .oz-ozune 1 kapli seher tezden mushadie eledim .l-n tab qebul eledin indi yoxdu . menim analiz vermeyime ehtiyac varmi ? cox teshekkur edirem onceden
Dr.Orxan Agabəyov | 12 May 2013 08:06
Salam Эльмар. Əslində, analiz vermədən(hansı cinsi infeksiyaya yoluxma olub) dərman qəbul etmək, düzgün deyil. Ona görədə, hər ehtimala qarşı, yaxmadan analiz vermək, məsləhətdir. Uğurlar.
ayaz | 11 May 2013 12:41
salam hekim necesiz? hekim size unvanladigim sual beledir.hekim mene cox xais ediremki komek yolunu gorsedesiniz.bir coxlarinin prablemi oldugu kimi,menim cinsiyet orqanim hem eyridir hemde balaca.mence menim prablemim boyukdu.xais eliyirem hekim mene sizin komeyiniz lazimdir
Dr.Orxan Agabəyov | 12 May 2013 08:04
Salam Ayaz. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.