ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Kenan | 13 May 2013 16:21
HEkim salam.Mende penis yeteri qeder berklesir ama yeteri qeder qalxmir. Sizce bu neden ola biler?
Dr.Orxan Agabəyov | 14 May 2013 06:45
Salam Kenan. Sizdə ereksiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
heseneli | 13 May 2013 14:40
Salam doktor.men artiq 7 aydir ki penisin uzerinde olan damarin agrisindan eziyyet cekirem,bunnan beraber sidik kisesinin uzerinde daim sancilar olur,bu da hardasa 2011-in noyabr aylarindan var,bu yanvar ayinda Rusiyada ve Iranda muayinede kecmisem,penisi ve sidik kisesini rengli doplerle yoxlayiblar,bundan elave qan ve sidik analizlerini vermisem,ve neticede hec bir problem tapilmamisdir,hem rusiyada hem de irandaki analizlerde.burda nezere carpmayan hansisa problem ola bilermi doktor,bu qeder muddetdir ki bu agrilardan eziyyet cekirem hami da deyir ki senin hec neyin yoxdu,xais eleyirem meni qane eleyecek bir cavab veresiniz.Diqqetinize gore cox sagolun
Dr.Orxan Agabəyov | 14 May 2013 07:58
Salam Heseneli. Sizə "qane edəcək cavab" vermək üçün, sadəcə informasiya yoxdur. Yəni, Siz yazırsız ki - məni yoxlayan(müayinələr keçirən, Sizinlə danışan) həkimlər bu ağrıların səbəbini tapmayıb, mən isə pasienti görməyərək tapmalıyam səbəbləri. Bu tibbdir və burada heç bir sehrli üsul yoxdur - ya diaqnostika düzgün aparılmayıb, yada bütün lazım olan müayinələri keçirməyiblər. Nəticədə səbəb tapılmadığı üçün, müalicə yazılmayıb. Düzgün diaqnostika olmalıdır ki, düzgün müalicə də təyin olunsun. Uğurlar.
cahid | 13 May 2013 14:30
hekim bilmek istiyirem penisin normal olcusu ne qederdi
Dr.Orxan Agabəyov | 14 May 2013 06:51
Salam Cahid. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
Xanim | 13 May 2013 13:24
Salam,Doktor! Papillomavirus oldugunu dəqiqləşdirmək ucun nəsə analiz vermək lazimdir?Yoxsa həkim baxmalidir mutləq?O qasinmaya səbəb ola bilər?
Dr.Orxan Agabəyov | 14 May 2013 07:02
Salam Xanim. Bəli, papillomavirusun tiplərinin yoxlamaq üçün, müayinə keçirilir. Həkimin baxışı vacib deyil. Pailloma virusunda adətən qaşınma olmur, ola bilər yanaşı göbələk infeksiyası var. Uğurlar.
Вахид | 13 May 2013 12:50
Спасибо за то что вы мне ответили.Вы проделываете большую работу,потому что не каждый способен выразить свои проблемы у врача.Но у меня к вам ещё один вопрос.Можно ли у вас пройти консультацию,и сколько дней в неделю вы работаете.
Dr.Orxan Agabəyov | 14 May 2013 06:58
Я принимаю пациентов каждый день. Чтобы уточнить время консультации, свяжитесь со мной по телефонам, 055 655 00 66 и 050 363 83 86. Удачи.
elnur | 13 May 2013 07:42
salam hekim menim penisimde kicik agrilr olur. agrilar evveller de olurdu ama vaxt kecdikce hemin agrilarin oldugu yerlerde hissiyatim azalmaga basladi..prostatim var 2 defe mualice olunmusam sidiye getmekli bagli ele bir problemim yoxdu...indi penis basinda kicik bir yerde hemin agri qalib ama penisi ereksiya olarken mehs hemin yer vasitesile berkiyir. penis sinirlerinde ne ise problem ola biler eger beledirse bunun mualicesi necedi? varmi? eger sinirler olubse onlari yeniden duzeltmek olar? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 14 May 2013 07:45
Salam Elnur. Bu ağrılar müxtəlif səbəblərdən ola bilər, travmatik, iltihabi, infeksion və s. Yalnız səbəbləri araşdırandan sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ali | 13 May 2013 07:33
Salam hekim.cinsiyyet orqanim evvelki kimi berkime olmur,berkidikdede dik durmur,sallanaraq berk olur,bu neden ola biler?
Dr.Orxan Agabəyov | 14 May 2013 06:42
Salam Ali. Sizdə ereksiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ceyhun | 13 May 2013 07:14
salam hekim, men texminen noyabrda yaxmadan analiz vermishdim bezi infeksiyalar cixmishdi. hekim mualice yazdi dedi ki bunlari ele kecib gedecek, day muayineye ehtiyac qalmayacaq. texminen 4-5 ay vaxt kecib ama son gunler herden cinsi orqanimin yuxari sag ve sol tereflerinde kut agrilar olur. sizce bu neyin elametleridir?
Dr.Orxan Agabəyov | 14 May 2013 07:06
Salam Ceyhun. Bu əlamətlər həm tam müalicə olunmamış infeksiyaların əlamətləri, həmdə iltihabi prosess nəticəsində də ola bilər. Dəqiqləşdirmək üçün, müayinədən keçmək, məsləhətdir. Uğurlar.
nermin | 13 May 2013 07:10
hekim salam, zehmet olmasa deyerdiniz, 30-35 gun bundan qabaq mini abort olmusham. ancaq yoldashimla munasibetde olanda agrilar olur bu ne ile elaqedardir? hetta agri gun boyu davam edir. ne meslehet vererdiniz?
Dr.Orxan Agabəyov | 14 May 2013 07:33
Salam Nermin. Abortdan sonra, adətən cinsi həyata, 1 aydan(yada ilk menstruasiyadan) sonra başlamaq, məsləhətdir. İlk dövrlərdə ağrılar ola bilər, əgər keçmirsə - eroziya, endometrit və s. əlaməti ola bilər.  Uğurlar.
Nadir | 13 May 2013 05:55
Salam hekim. Sualim beledir. Menim 30 yashim var 3 ildir evliyem amma mende yuxuda boshalmalar heftede 1 defe bezen 2 defe olur. bunu mualice etmek olurmu? internetde bunu giperseksuallig kimi oxudum bu beledirmi ?
Dr.Orxan Agabəyov | 14 May 2013 07:13
Salam Nadir. Bu hiprseksullıq deyil daha çox eyakulyasiya mərkəzlərində problemlərin olmasının ifadəsidir. Bu problem, müalicə edilir, Sizə əsas məsləhət - müntəzəm cinsi həyat yaşayın, cinsi əlaqələrin arasında böyük fasilələr etməyin. Uğurlar.