ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Efqan | 14 May 2013 18:36
mende hele olur ki, uzur isteyirem ifademe gore tam Durmamish Qurtariram sebeb nedir?? birde sualim var size Hekim men uzun muddet cinsi elaqede olmayanda sidiye gedtikden sonra ele bil tekrar sidiyim varmish kimi hiss edirem ozumu ve ozumu sixdiqdan sonra sperma gelir sebeb nedir??
Dr.Orxan Agabəyov | 15 May 2013 06:35
Salam Efqan. 1. Sizdə ereksiya problemləri var.  Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). 2. Bu durğunluq prostatitinin (prostat vəzinin iltihabı) əlamətidir. Uğurlar.
mr.sweet | 14 May 2013 18:08
salam hekim.normal olaraq ayda nece defe masturbasiya etmek lazimdir?
Dr.Orxan Agabəyov | 15 May 2013 12:43
Salam Mr. sweet. Belə normativlər mövcud deyil, sadəcə, əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
calal camalov | 14 May 2013 14:22
salam hekim mende problem soyuq deyme bedenimden cixmlr ve ele his edirem ki hemese penisimde neise var ama baxıram hecne yoxdur normal sidiye clxandan sonra ele his edirem neyse galıb gucenirem bulanıq maye gelir herden bir hemese olmur soyuq deyende 1 defe bosalram ama 2 cisini ezyet cekirem dzdu bosalram ama az
Dr.Orxan Agabəyov | 15 May 2013 08:06
Salam Calal. Çox güman ki, Sizdə prostatit(prostat vəzinin iltihabı) və uretrit(sidik kanalının iltihabı) əlmətləri var. Dəqiqləşdirib, müalicə kursu keçin, bütün əlamətlər aradan qalxacaq. Uğurlar.
Vusal | 14 May 2013 13:52
Salam. hekim menim 28 yasim var. cinsiyyet orqanimin uzerinde bir nece yerde cox da boyuk diametri olmayan lekeler var ve herden qizarti ve qashinti olur. bu ne ola biler? xahish edirem fikrinizi bildirin. cox teshekkurler.
Dr.Orxan Agabəyov | 15 May 2013 07:41
Salam Vusal. Bu çox güman ki, göbələk infeksiyasının əlamətləridir. Amma dəqiq, yalnız baxış zamanı demək olar. Uğurlar.
Ali | 14 May 2013 13:00
hekim sualima cvb verdiyinizcun cox tesekkur edirem,bir sualimda var.qorxulu birseydiii,yoxsa mualice olunsam her sey qaydasina dusecek?
Dr.Orxan Agabəyov | 15 May 2013 08:03
Bəli, əgər müalicə olunsaz,  problem aradan qalxar. Uğurlar.
ELGUN | 14 May 2013 12:47
salam hakim.2009 ci ilda manda valkosel xastaligi askar olundu va carrahi amaliyyat oldum.asasan spermanin zayif olmasindan sikayyatlandigim ucun hakima muraciat etmisdim o zaman valkasel askar olundu.hal -hazirda aylaliyam 2 usaqim var.hamin xastalikdan yena aziyyat cakiram.arabir sancilar olur birda damarlar hiss olunacaq daracada gorunur.maslahatiniz lazimdi.oncadan siza tasakurr ediram.
Dr.Orxan Agabəyov | 15 May 2013 07:50
Salam Elgun. Əgər varikosele təkrar yaranıbsa, aradan qaldırmaq üçün, təkrar əməliyyat lazımdır. Ən birinci, xayaların doppler müayinəsindən keçin və dəqiqləşdirin - varikposele var ya yox. Uğurlar.
Enerji | 14 May 2013 11:47
Salam Həkim.Mən ay ərzində 10-15 dəfə cinsi əlaqədə oluram ancaq birinci dəfə həm tez boşalıram həmdəki boşalan kimi pensim ölür.ikinci dəfə uje 15-20 dəqiqədən sonra pensim oyanır.amma ikinci dəfə normaloluye hər şey.Sizcə mənim cinsi bir problemim ola bilərmi?onuda deyimki çox ehtirasliyam və dəhşət həssaslığım var.Əvvəlcədən öz Minnətdarlığımı bildirirəm.
Dr.Orxan Agabəyov | 15 May 2013 07:54
Salam Fuad. Hər halda Sizdə potensiya ilə bağlı heç bir problem yoxdur. Əgər birinci cinsi əlaqədə, boşalma müddətinin qısa olması narahat edirsə - bu problemi müalicə etmək olar. Uğurlar.
Elyar | 14 May 2013 10:43
Hekim prostatit asa sagalan xestelikdi yoxsa emeliyyat lazimdi?bu xesteliyin ustune dusmesem hansi fesadlar verer?
Dr.Orxan Agabəyov | 15 May 2013 07:44
Prostatit xəstəliyində, əməliyyat lazım deyil, sadəcə dərman preparatları ilə müalicə. Prostatitin müxtəlif fəsadları ola bilər - cinsi zəiflik, erkən boşalma, müəyyən zonalarda ağrılar və s. Uğurlar.
melek | 14 May 2013 10:26
salam doktor.cox xais edirem mene komek edin.22 yasim var 1il yarimdiki evliyem,1qizim var ,cinsi elaqe zamani hecne hiss etmirem nede qutara bilmirem,ancaq gozduyuremki yoldasim qutarsin durum,men ne edim komek edin?tesekurler
Dr.Orxan Agabəyov | 15 May 2013 07:38
Salam Melek. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
elsad | 14 May 2013 08:24
salam hekim menim penisin bas hissesi yumusaq qalir...hem de tekce ereksiya halinda yox hem da qeyri ereksiya vaxtlarinda penisime bir terefden daha cox qan islediyini hiss eliyirem..xroniki prostatim var..sebebi bu ola biler..?
Dr.Orxan Agabəyov | 15 May 2013 06:54
Salam Elsad. Bu xroniki prostatit yox, daha çox penisin damarlarında hansısa problemin olmasının əlamətidir. Hər halda ereksiya problemlərinin səbəblərini dəqiqləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.