ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ceyhun | 15 May 2013 09:31
salam. men sidiye cixiram, ve ele bilirem ki her shey boshalib, yeni sidik qalmayib, amma sonra sidik damcilari axir ve narahatliq yaradir, ve demek olar ki ay erzinde 1-2 defe sidiye cixanda goyneme olur. bu problemi nece aradan qaldirmaq olar?
Dr.Orxan Agabəyov | 16 May 2013 08:18
Salam Ceyhun. Sizdə prostatit(prostat vəzinin iltihabı) və uretrit(sidik kanalının iltihabı) əlamətləri var. Aradan qaldırmaq üçün müalicə kursu keçməlisiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Cavid | 15 May 2013 09:29
Salam hekim menim 21 yasim var penisimde eyrilik var onun ne kimi ziyani var onun mualicesi var yoxsa emeliyyat olunmalidir birde 21 yasda penisin uzunlugu ne qeder olmalidir
Dr.Orxan Agabəyov | 16 May 2013 07:53
Salam Cavid.  Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Uğurlar.
Eldar | 15 May 2013 09:05
Salam Hekim..Necaqsiniz?mende erken bosalma var..Amma ickili vaxti bu nadir hallarda olur..Ela bil maz deya bilersiniz ki,ondan istifade edim?cox da uzun muddetli keylasdirmesin.yani mazin tesiri cox uzun surmasin.Her seya gore cox sag olun.
Dr.Orxan Agabəyov | 16 May 2013 06:33
Salam Eldar. Kremlər, erkən boşalma problemini həll etmir. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
elnur | 15 May 2013 08:06
salam hekim hal-hazirda 26 yasim var. texminen 16-17 yaslarimdan penisimin basinin alt hisssinden kicik agrilar ve sanki nese qopma kimi bir his var. Vaxt kecdikce bu hiss pensin basinin alt hisseninden yuxariya dogru hereket etmeye basladi ve bu kicik agrilar ve qopma hissi olan yerleri sonradan el ile ereksiya etmek istedikde ereksiyaya cavab vermir. indi penisimin bas hissesinde cox kicik bir bolge ereksiyaya cavab verir..penis sertlesende de hemin bolgeden qan isleyerek sertlesir. penisin bas hissesi yumusaq qalir. indi hemin ereksiya olan hissede de kicik agrilar olur herden bu nedi bilmirem...penisin damarlari qirilmis ola biler? bele bir sey mumkundu? eger beledirse bunun nese bir mualicesi var? evvelceden tesekkur edirem...
Dr.Orxan Agabəyov | 16 May 2013 07:45
Salam Elnur. Ola bilər, penisin damarlarında, müəyyən problemlər olsun, amma bunu əvvəl dəqiqləşdirmək lazımdır. Və yaxud ola da bilır ki, ereksiya problemləri başqa səbəbdəndi, Siz isə məhz bu problemlə əlaqələndirirsiz. Hər halda, bu problemlərin müalicəsi var. Uğurlar.
Polad | 15 May 2013 07:41
Salam hekim. menim penisimin uzunlugu 11 sm-dir. sizce bu normaldi yoxsa anormal? toy gecesi qizliq perdesini acmaq ucun problem ola biler?
Dr.Orxan Agabəyov | 16 May 2013 06:42
Salam Polad. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Bakirəlik pərdəsini açmaq üçün, penisin ölçülərindən daha çox, ereksiyanın sərtliyi əsas rol oynayır. Uğurlar.
perviz | 15 May 2013 07:18
salam hekim, size bir sualim var, zehmet olmasa cavablayardiz, men Azerbaycanda bir cox Tibb Klinikalarda spermoqramma analizi vermisem, lakin cavablar muxtelif olur, bunun sebebi ne olar biler? mende her sey normaldir, lakin 1 ml Spermoitzilerin sayi nedense azdir, 10 milyondur, bunu ne ile coxaltmaq olar?
Dr.Orxan Agabəyov | 16 May 2013 06:36
Salam Perviz. Spermoqramma insan faktorundan asılı bir analiz olduğundan, cavab eyni olmaya bilər. Əgər Sizdə, spermotozoidlərin sayı azdırsa, mütləq bu problemin səbəblərini aydınlaşdırmaq lazımdır - yəni cinsiyyət sistemində hansı problem var ki, spermotozoidlərin yaranmasına mane olur. Səbəbi müəyyənləşdirəndən sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Nihat | 15 May 2013 05:47
salam Hekim necesiz? hekim men bilmey isdiyiremki normal kiside penisin uzunlugu nece sm olmalidir? birde penisin inkisafina en cox hansi qidalar xeyir eder ? tesekkur edirem evvelceden
Dr.Orxan Agabəyov | 16 May 2013 06:28
Salam Nihat. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir qida vasitəsi, təsir etmir. Uğurlar.
elekber | 15 May 2013 05:42
Salam hekim size bir sualim var mende cinsi aktivlik normasindadir birinci defe 3-5 deqiqeye bosaliram 10-15 deqiqeden sonra ikinci defe olanda amma hec cur bosala bilmirem o neden ola biler? bosalma cox uzun cekir evvelceden size oz tesekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 16 May 2013 06:24
Salam Elekber. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
Ramil | 14 May 2013 20:15
Salam hekim, xahish edirem cevab verin mende sol xayamda damar genishlenmesi (varikosel) var dopler muayinesinde ortaya cixib, 2- ci dereceli amma xayalarimda hec bir agri yokdur . Bu mutleq emelyyat olunmalidir yoksa mualice etmek olar ? Bu sonsuzluga sebeb ola bilermi?
Dr.Orxan Agabəyov | 16 May 2013 06:19
Salam Ramil. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
C.O.Quliyev | 14 May 2013 20:08
Salam doktor.Meslehete ehtiyacim var.Spermaqramma etmek istedim.Temassiz hec cur bash tutmur.Ciddi problem ola biler? Cox sag olun
Dr.Orxan Agabəyov | 16 May 2013 06:09
Salam C. O. Quliyev. Ola bilər, Sizdə klinika şəraitində psixolojoi gərginlik yaranır və bu da öz növbəsində, ereksiyanı pozur. Hər halda, əgər qadınlarla cinsi əlaqə zamanı heç bir problem yoxdursa, narahat olmayın. Əgər spermoqramma vermək vacibdirsə, müəyyən preparatlarla bunu təmin etmək olar. Uğurlar.