ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anonim | 15 May 2013 19:29
salam.. uzr isteyirem. menim cinsiyyet orqanimda sola doggru eyrilik var. geri qalan her wey normaldi. bu sex zamani nese menfi netice verermi?
Dr.Orxan Agabəyov | 16 May 2013 18:00
Salam Anonim. Bu əyriliyin səviyyəsindən asılıdır. Əgər rahat cinsi həyat yaşayırsızsa(hal-hazırda) və əyriliyin səviyyəsində artım yoxdursa, narahat olmayın. Uğurlar.
elnur | 15 May 2013 19:21
salam doktor sizi narahat elemeyimin sebebi cinsi elaqe zamanı tez qurtarmaqımdır bununla elaqeder mene kömeyliy eliyin gec qutrarmaqçın derman varsa mene deyin
Dr.Orxan Agabəyov | 16 May 2013 08:08
Salam Elnur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
elvin | 15 May 2013 16:03
Salam hekim. Penis boyuden cihazi nece elde etmek olar?
Dr.Orxan Agabəyov | 16 May 2013 19:15
Salam Elvin. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
tahir | 15 May 2013 15:37
erken bosalmamaq ucun derman adi
Dr.Orxan Agabəyov | 16 May 2013 17:54
Salam Tahir. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Coni | 15 May 2013 15:23
Salam hekim ! size sualim beledir:tez tez ozunu bowaltmag meselen 2 gunnen 3 gunnen bir insana ziyandir ? birdeki men siqaret cekenem herden hele olurki spermanin rengi sari olur ve sulu olur...amma cox vaxt mece olmalidisa helede olur...bu nedendi ? siqaretden ola biler ? twk edirem...
Dr.Orxan Agabəyov | 16 May 2013 08:29
Salam Coni. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Siqaret  istifadə etməyin spermanın rənginə, birbaşa aidiyyatı yoxdur. Qəbu etdiyiniz  qidalardan və iltihabi prosess nəticəsində, spermanın rəngi və konsistensiyası dəyişə bilər. Uğurlar.
sahib | 15 May 2013 14:23
Salam hekim .eger penisde varikosel-damar genislenmesi varsa penis inkisafdan qala biler?birde yasim 17 penisin olcusu 12-13 smdir.yasidlarima nisbetde kicik ve nazikdir.indiden sonra inkisaf gede bilermi?yemek hedden artiq zeif yeyirem belke sebeb budur???ekstenderler ile 6sm qeder uzadmaq olur oxuduguma gore (uzun muddet istifade zamani)bu dogrudur?
Dr.Orxan Agabəyov | 16 May 2013 17:48
Salam Sahib. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir və 12 sm-dən artıq ölçülər normal sayılır. Varikosele - xaya damarlarının genişlənməsidir, penisin yox. Qidalanmanın penisin ölçülərinə aidiyyatı yoxdur. Ekstenderin köməyi ilə, adətən 1,5-2 sm əldə etmək olar. Uğurlar.
calal camalov | 15 May 2013 13:23
coxsagolun ki cavab verdiniz sualma bir dene de sualm var mende kecici bir sey elameti ola bilermi
Dr.Orxan Agabəyov | 16 May 2013 08:23
Belə bir ehtimal var. Dəqiqləşdirmək üçün, cinsi infeksiyalar yoxlanılmalıdır. Uğurlar.
ASİM | 15 May 2013 12:15
salam doktor mende varikosel var deye bilersinizmi varikosel sonsuzlugha sebeb olurmu ve bu hansi muddetden sonra yarana biler va daimi olur yoxsa mulaicesi var?
Dr.Orxan Agabəyov | 16 May 2013 08:02
Salam Asim.  Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
Rovsen | 15 May 2013 12:01
Hekim cinsi orqanin eyriliyini mualice etmek mumkunmu eger mumkunse ne qeder xerci olur ve sagalma nece gune olur.Evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 16 May 2013 07:58
Salam Rovsen. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
resad | 15 May 2013 10:04
salam hekim men qadinla elaqede olannan sonra sonraki gunlerde arada gezerken yol gederken say ayagimda agrilar olur ele bil ayagim keyiyir. bu ciddi problemdi? suallari cavablandirdiginiz ucun Size teshekkur edirem.
Dr.Orxan Agabəyov | 16 May 2013 08:12
Salam Resad. Ola bilər, bu ağrıları cinsiyyət sisteminə aidiyyatı olmasın, sadəcə əzələ ağrıları ola bilər. Və yaxud ayaq damarlarında hansısa problem var. Əgər Sizi bu ağrılar çox narahat edərsə, müayinədən keçin, səbəbi dəqiqləşdirib, müalicə kursu keçin. Uğurlar.