ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Nermin | 1 Noyabr 2014 15:43
Salam Doktor. Doktor menim yoldashimda grade 1 varikosel var. Ve sperm analizinin neticesi cox ashagi cixib. 18 faiz cixdi ve hekkm mualice yazdi iki ayliq. 2 aydan sonra yeniden analiz verdi ve 12 faiz cixdi. Bunun sebebi ne ola biler ? Yeni mualiceden sonra qalaq evezine niye ashagi dusub. Ve doktor grade 1 varikosele emeliyyat lazimdidmi ?
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 05:52
Salam Nermin. Əgər spermoqrammanın göstəriciləri mənfi dinamika iləə dəyişirsə, deməli hansısa problem toxunyaranma prosesinə mane olur. Ola bilər, varikoseledən başqa səbəblər var, cinsiyyət sistemi araşdırılmalıdır, əməliyyat edib-etməmək diaqnostikadan sonra məlum olacaq.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 1 Noyabr 2014 13:01
Salam Hekim! Mende axir vaxtlar cinsi zeiflik yaranib. Evveller intim munsibetde gec qutarmagi xosluyurdum hetda bu bir saat dayanmadan davam edirdi. Son zamanlar tez bosalma ve eyni zamanda artiq sertlesme cox guclu olmur sert yox yumsaq olur bu ise intim munasibetde esl facievi sonluq olur menim ucun. Men ne etmeliyem bir komeklik gosterseniz sevinerem
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 05:51
Salam Anar. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
sahib 645 | 30 Oktyabr 2014 18:25
salam doktor coox xaiw edirem menim sualma cavab yazasiz,yoldawim spermaqrammadan sora bildikki awaqidi sora hekime muraciyet etdik awkar olduki hormon pozgunluqu var ve malice yazdi bir iyneydi hormonalniy adi bu iyneden sora sperma sifir oldu hekim dedi prases gedir iynedendi indi malice alir ama heleki hecne yoxdu.doktor sizin fikirniz mene onemlidi bilmek isdirem bu iynelerden beleweyler olur,hormon duzelenden sora sperma qalxicey.sebirsizlikle sizin cvbnizi gozlurem evvelceden coxsagolun.
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 06:08
Salam Sahib. Bu tip dərman vasitələri hər bir halda yazıla bilməz, elə hallar var ki(hormonların balansı fərqli ola bilər, normada yuxarı və ya aşağı) bu tip dərmanlar əks-göstərişdir. Amma spermoqrammanın göstəriciləri sıfıra bərabərdirsə, adətən süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
revane | 30 Oktyabr 2014 13:30
salam hekim cox sagolun bir xayaliginda curume gedib inkisafdan qalib spermanin analizinde vermisiy 0 cixib qorxuram hekim bize deyib qan analizini verin ona baxim neticelerine bide dedi gerey o biri xayasindan iyne ile analiz gotursun gorsun onuda sperma var ya yox varikozuda var hekim mumkunse cavab yazin gozleyirem cox narahatam iki ldir aieliyem usaqim yoxdu
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 06:08
Salam Revane. Əgər sağlam xayada spermotozoid aşkarlansa, süni mayalandırma proseduru məsləhət görüləcək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
revane | 29 Oktyabr 2014 18:24
salam hekim size sualim var kiside bir xayaligiinkisafdan dayanib biride ise normaldi onunla usaqimiz ola biler
Dr.Orxan Agabəyov | 30 Oktyabr 2014 07:55
Salam Revane.  Bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samil | 29 Oktyabr 2014 17:36
Salam hekim bagislayin narahat edirem mende zeiflik var yeni evveler bele gadise bas vermeyib Hekime getmisem iki derman yazdi xeyri olmadi ne ede bileren
Dr.Orxan Agabəyov | 30 Oktyabr 2014 07:55
Salam Samil. Sadə məsləhət verəcəm -başqa bir həkimə müraciət edin, hər halda problem varsa - həlli də var. Uğurlar.
nazli | 29 Oktyabr 2014 10:54
Salam. Cvb yazdigniz ucun saq olun, diger gostericiler normaldi. Sadece faiz azdi. Biz sizin klinkaya gelsek ,1-2 ay kurs bes eder? Siz 6-bzzar iwdiyirsiz? Mene ele gelirki siz cox savadlisiz. Bize belesi lazimdi. Cunki her hekime etibar yoxdu. Zehmet olmasa deyerdiz unvani.
Dr.Orxan Agabəyov | 30 Oktyabr 2014 07:55
Salam Nazli. Mən 1-6 günlər pasientləri qəbul edirəm, sadəcə əvvəlcədən  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayıb,qəbul vaxtını dəqiləşdirmək lazımdır. Spermoqrammanın göstəricilərinin stimulyasiya kursu adətən 72 gün təşkil edir. Uğurlar.
ilqar | 29 Oktyabr 2014 08:41
Salam hekim. 23 yasim var ilk defe idi ki cinsi elaqede olurdum. Penis qadinin cinsi orqanina deyen kimi bir zeifleme bas verir. Ugursuz bir cinsi elaqe alindi. Bu ilk dfnin hryacani ola biler? Yoxsa hekime muraciet etmeliyem? Ve ya sebrb cinsi elaqeden evvrl tez tez bosalmaq ola bilermi? Evvelden tesekjurler
Dr.Orxan Agabəyov | 30 Oktyabr 2014 07:43
Salam İlqar. Əgər bu hal bir dəfə də təkrarlanarsa, deməli  bu problemi psixoloji səbəblərlə əlaqələndirmək olar. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ayxan | 29 Oktyabr 2014 06:36
Salam, doktor. Mənim 42 yaşım var. 2-ci dərəcəli şəkərli diabetəm. Bu xəstəliyin əlamətlərini hələ 3 ilə yaxın bundan əvvəl hiss etsəm də, əhəmiyyət vermirdim. Yanız 3 ay bundan əvvəl özümdə müəyyən cinsi problemlər hiss etdiyimə görə həkimə müraciət etmişəm. İndi dərman qəbul edirəm, bacardığım qədər pəhriz saxlayıram. Özümdə erkesiyanın zəifləməsini müşahidə edirəm. Erkən boşalma halı isə məndə hələ 26-27 yaşından var. lakin buna baxmayaraq, gün ərzində 3-4 dəfə cinsi əlaqədə olmaq imkanım var. Sualım belədir ki, şəkərli diabeti olan pasiyentləri uğurla müəalicə etmək praktikanız varmı? Bunun üçün orta hesabla nə qədər müddət lazımdır?
Dr.Orxan Agabəyov | 30 Oktyabr 2014 07:42
Salam Ayxan. Şəkərli diabet - cinsi zəifliyin ən əsas səbəblərindəndi və aydındı ki, müraciət edənlərin arasında bu tip problemlərlə tez-tez rastlaşıram. Diabet xroniki xəstəlik olduğu üçün, cinsi aktivliyi təmin edən preparatları, pasient xroniki qaydada qəbul etməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zaur | 28 Oktyabr 2014 20:22
axsaminiz xeyir olsun hekim menim belimde agrilar olur birde arada gezende addim atdiqda onurga sutunumda sakqilti elebil bil birbirine deyir bu geleckde mene cinsi zeiflik problem yaratmaz? evvelceden cox sagolun.
Dr.Orxan Agabəyov | 30 Oktyabr 2014 07:42
Salam Zaur. Cinsi zəiflik adətən başqa səbəblərdən olur, bu problemlə bağlı isə neyrocərraha müraciət etməniz məsləhətdir. Uğurlar.