ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ayka | 16 May 2013 11:06
salam hekim.Xahis edirem menim fikrime rey bildiresiz.2ildir aileliyem,usagim olmur.Her ikimizde problem var,amma yoldasimin 1ml spermanin faizi 14ml,aktivlerin sayi a-22%,b-35%,d-43%,.qalan cavablari normadadir,hekim demisdi ki,bunun sebebi etraf muhit,qidadandi,oz-ozune qalxacaq.Amma qalxmir dahada dusur.Sizden cox xahis edirem,ya bir tabletka,yada iyne yazydiniz faizi qaldirmaqdan otru.Cox caresizem,hekime getmir.Buna men uzulurem.ALLAH razi olsun.SAGOLUN
Dr.Orxan Agabəyov | 17 May 2013 07:12
Salam Ayka. Spermotozoidlərin sayı, ətraf mühitdən və qidalanmadan azalmır(birbaşa asılı deyil), əgər belə olsaydı bütün kişilərdə belə problemlər olardı(hamı eyni qidalardan istifadə edir və eyni ekoloji şəraitdə yaşayır). Daha real olan, səbəblər var. Bu səbəbləri müəyyənləşdirməmiş, hansısa dərman preparatı, təyin etmək olmur. Uğurlar.
Vidadi | 16 May 2013 10:58
Salam hekim.yene de sizi narahat edirem. uzr isteyirem men adeten cinsi elaqede boshalan zaman ozumu sixiram.ele bil sperma yari-yari gelir.amma 2gundur ozumu bosh buraxiram rahat sperma tokulur,ozu de sanki evvelkinden cox olur,sualim beledir, bosalan zaman ozunu sixmaq yoxsa bosh buraxmaq lazimdir?ola bilermi ki sixan zaman sperma hamisi tokulmesin?
Dr.Orxan Agabəyov | 17 May 2013 06:35
Salam Vidadi. Cinsi əlaqə zamanı(boşalandada), çalışın tam rahat olun. Uğurlar.
handsome92 | 16 May 2013 10:52
salam hekim mende xaya biri digerinden yeni sag teref daha boyukdur soldan ve eyrilik var bu neden ola biler?
Dr.Orxan Agabəyov | 17 May 2013 06:21
Salam Handsome92. Adətən, kişilərdə xayanın biri daha iri ölçülü olur, bu normaya uyğundur. Əgər hansısa şübhələr varsa, xayaların doppler müayinəsindən keçin. Uğurlar.
ceyhun | 16 May 2013 10:41
hekim salam. bagishlayin men yaxmadan mayine olunmusham. sizin fikrinizi bilmek isterdim. LEYKOSİTLER 1-2, EPİTEL HÜCEYRELERİ 5-8, TRİCHOMONAS VAGİNALİS yox, NEİSSERİA GONORRHOEAE yox, MAYA GOBELEYİ , FLORA kokklar, CH.TRACHOMATİCUM neqativ, UREAPLAZMA UREALYTİCUM neqativ, MYCOPLASMA HOMİNİS neqativ, QARDNERELLA VAGİNALİS yox, SELİK , DİPLOKOKKLAR yox. sizce bu analizdeki infeksiyalar yoldashimda dolun inkishafdan qalmasina sebeb ola biler? ikincisi bu infeksiyalar neye tesir gosterir ve neye diqqet etmeliyem? spermada aktifliyin azligina sebeb ola bilermi? evvelceden minnetdaram.
Dr.Orxan Agabəyov | 17 May 2013 05:56
Salam Ceyhun. 1. Bu analiz göstərir ki - Sizdə infeksiyalar yoxdu. 2. Cinsi infeksiyalar PZR metodu ilə yoxlanılmalıdır. 3. Cinsi infeksiyalar, spermanın keyfiyyətini azalda bilər, amma infeksiyalardan başqa amillər də mövcuddur. Uğurlar.
elmeddin | 16 May 2013 08:11
salam hekim men tezece emeliyyat olundum valikaselden oz hekimim mene derman yazib cinsi zeifliyim bundan yaranibmish dedi sizce daha guclu hansi dermani meslehet gorursunuz .cinsi aktivliyi artirsin. birde agrilar olur herden emeliyyat yeri sancir
Dr.Orxan Agabəyov | 17 May 2013 05:51
Salam Elmeddin. Varikoselenin, cinsi zəifliyin yaranmasına, birbaşa aidiyyatı yoxdu. Cinsi zəifliyin başqa səbəbləri var və bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
elnur | 16 May 2013 08:09
salam hekim evvala sualima cavab verdiyiniz ucun tesekkurler..eger penis damarlarinda problem varsa bunu nece teyin etmek olar her hansi aparatla?
Dr.Orxan Agabəyov | 17 May 2013 05:45
Bəli, penisin damarları, doppler vasitəsilə yoxlanılır. Uğurlar.
vusal | 16 May 2013 07:52
salam hekim necesiz? xahiw edirem menede oz tovsiyenizi ve meslehetinizi veresiz, 30 yawim var mutamadi olaraq heftede 2 defe cinsi elaqede oluram 1cini normal oluram 2ci ise gec alinir ve gec qutariram sebeb nedir? meselen 20 25 yawlarinda daha tez tez olurdum daha tez alinirdi ve daha cox olurdum. bunun yawla elaqesi varmi? 1deki son vaxtlar sidiye tez tez gedirem ve xayalarda yungul agrilar olur onuda deyimki tezelikce hekime muraciet etdim analizler verdim her wey normal 1azda soyuxlama cixdi. mene ne etmeyimi meslehet gorursuz. her wey ucun tewekkurler.
Dr.Orxan Agabəyov | 17 May 2013 05:41
Salam Vusal. 1.Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). 2. Əgər ağrılar və narahtlıq varsa - deməli hansısa səbəbdə var, ola bilər diaqnostika düzgün aparılmayıb yada tam aparılmayıb. Uğurlar.
CAN24 | 15 May 2013 20:37
salam hekim.MENDE VARIKOSEL VAR.AMA necenci derecedir bilmirem.cinsi elagede cox oluram..heftede en azi 3 defe.ozumde subayam..sizce cinsi elagede olmagim valikosele ziyandirmi?valikoselin tammm mualicesi varmi..derecesinden asli olmayarag..birde hormetli hekim men idmanlada mesgulam cinsi elagede olmag idmana ziyan deyilki,,insani arigladirmii..diggetinize gore minnetdaram.
Dr.Orxan Agabəyov | 16 May 2013 19:21
Salam Can24. 1. Cinsi əlaqədə olmaq, varikoseleyə aidiyyatı yoxdur. 2. Varikoselenin yalnız cərrahi müalicəsi(əməliyyat) var. 3. Normal qida rasionu varsa, cinsi həyat, idman məşqlərinə, heç bir ziyan verməz. Uğurlar.
xmen | 15 May 2013 19:45
salam doktor. menim sag xayam soldan cox kicikdir.pis gorsenir,lakin fealiyyeti qaydasindadir.zehmet olmasa deyerdiz bunu duzeltmek olarmi,mualicesi varmi,xestelikdirmi?
Dr.Orxan Agabəyov | 16 May 2013 19:17
Salam Xmen. Xayaların ölçülərini böyütmək, mümkün deyil. Xayaların əsas funksiyası, toxum yaratmaqdı - birinci növbədə spermoqramma verin və müəyyənləşdirin, spermanın göstəriciləri normaya uyğundur ya yox. Birdə xayaların doppler müayinəsindən keçib, xayalarda olan problemləri dəqiqləşdirmək, məsləhətdir. Uğurlar.
KAMIL | 15 May 2013 19:36
Həkim salam !Bağışlayın mənim 60 yaşım var.Bilmək istəyirəm ki,Bakı şəhərində əməliyyat yolu ilə penisi böyütmək və cinsi zəifliyi aradan qaldırmaq mümkündürmü ? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Dr.Orxan Agabəyov | 16 May 2013 18:12
Salam Kamil. Bəli, cinsi zəifliyi müalicə etmək olar. O ki qaldı, penisin böyüdülməsinə, 60 yaşında bu əməliyyatı etmək məqsədəuyğun deyil. Uğurlar.