ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elnur | 17 May 2013 06:35
salam hekim sizin klinikada doppler vasitesile damrlari yoxlatdira bilerem? bir de ki eger penis sinirlerinde problem varsa doplerde bu da belli olur?
Dr.Orxan Agabəyov | 18 May 2013 05:03
Salam Elnur. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Habil | 17 May 2013 06:23
Salam.Men uzun illerdir ki,evliyem.Amma ovladim olmur.Bir cox klinikalarda,bir cox hekimlerin qebulunda olmusham.Hetta Irana,Tehran sheherinin 2klinikasinda muaineden kecmishem.Analizlerin cavabi Bakidaki analizlerin cavabi ile eynidir.a b 47-49% teshkil edir.Butun hekimler deyirler ki,sende problem yoxdur.Hetta yoldashimi da yoxlatdirmisham.Onun da problemleri yoxdur.Men varikoselden emeliyyat da olmusham.Amma ki,hec bir neticesini gormedim.Xahish edirem bildiresiniz,men daha hansi muayinelerden kecmeliyem.Evvelceden teshekkurler!
Dr.Orxan Agabəyov | 18 May 2013 04:58
Salam Habil. Əgər spermoqrammada, göstəricilər normaya uyğundursa, heç bir əlavə müayinəyə ehtiyac yoxdur. Uğurlar.
emil | 17 May 2013 06:22
Salam hekim uzr isteyirem men tez bowaliram hansi spreyi /dermani meslehet gorerdiz .adi zehmet olmasa tewekkur
Dr.Orxan Agabəyov | 18 May 2013 04:56
Salam Emil. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
vaki | 17 May 2013 04:53
Hakim salam ,sizin qabulunuza neca galmay olar hanslsa bir nomra verardiz tasakkur
Dr.Orxan Agabəyov | 17 May 2013 06:11
Salam Vali. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə , mənimlə əlaqə saxlayın. Uğurlar.
anonim | 16 May 2013 22:47
Salam hekim... men hamile qalmiwam.. 1ci defedir... o uwagi aldirmaq nese tehluke yarada biler menim geleceyimde? yeni uwaq problemi ola biler? ne derecede duzgundur 1ci uwagi aldirmaq?
Dr.Orxan Agabəyov | 17 May 2013 06:18
Salam Anonim. Bəli, ilk hamiləliyi abort etmək, çox təhlükəlidir(gələcəkdə sonsuzluq yarana bilər) və məsləhət görülmür. Uğurlar.
eziz | 16 May 2013 22:07
salam hekim mende cinsi orqanda damar geniwdi ama men ozumu bildim bileli eledi yeni coxdan nese prablem olar?
Dr.Orxan Agabəyov | 17 May 2013 06:26
Salam Eziz. Xaya damarların genişlənməsi təhlükəli sayılır, cinsi orqanda(penisdə) yox. Penisdə ağrı və naratlıq yoxdursa, problem yoxdur. Uğurlar.
elvin | 16 May 2013 19:09
salam hekim.bagislayin menim sualim beledi. spermanin keyfiyetli olub olmamasini nece bilmek olar,geleceyim ucun bilmek isdeyirdim.sagolun.
Dr.Orxan Agabəyov | 17 May 2013 06:13
Salam Elvin. Spermoqramma adlanan, analiz verməlisiz, bunun üçün xüsusi otaqda masturbasiya yolu ilə, sperma verilir və sonra yoxlanılır. Uğurlar.
Polad | 16 May 2013 17:13
salam hekim . menim 16 yasim var .1 ilden coxdurki menim belimde paralel tund rengli xetler yaranib . hekime gosterdim , dediki cinsi problemlerdendi . spermoqramma analizinde de sperma az oldu . ne ede bilerem ?
Dr.Orxan Agabəyov | 17 May 2013 07:17
Salam Polad. 16 yaşda hələ cinsi inkişaf davam edir, tələsməyin bir müdddətdən sonra, təkrar spermoqramma verərsiz. Cinsi problemlərdə, adətən heç bir "tün rəngli xəttlər" yaranmır. Uğurlar.
niyazi | 16 May 2013 13:23
salam doktor.Cinsi əlaqədən sonra bədən tərləməsi normal haldirmı
Dr.Orxan Agabəyov | 17 May 2013 07:04
Salam Niyazi. Cinsi əlaqə zamanı və sonra, tərləmə normal haldır. Uğurlar.
Vugar | 16 May 2013 11:37
Salam hekim, mende tez bosalma olur. Prostatitde evveler kristal yigilmisdi mualice olundum ondan sonra bu fesad yarandi. Hazirda sol xayamda herden siskinlik olur esasda damarlari sisir. Bu neden ola biler
Dr.Orxan Agabəyov | 17 May 2013 06:05
Salam Vugar. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Əgər xayalarda damarlarda şişkinlik varsa, çox güman ki Sizdə varikosele xəstəliyinin əlamətləridir. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.