ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ceyhun | 17 May 2013 15:51
hekim sualima cavab verdiyiniz uchun minnetdaram. yaxma analizinin cavabinda yazmisiniz ki infeksiya yoxdu? onda bele cixir ki, analizin cavabi, yani her shey normaldir?
Dr.Orxan Agabəyov | 18 May 2013 07:30
Sizin verdiyiniz analizdə, cinsi infeksiyalar yoxdu, yəni hər şey normaldı, amma mən qeyd elədim ki, cinsi infeksiyalar PZR metodu ilə yoxlanılmalıdır ki, cavablar dəqiq olsun. Uğurlar.
anonim | 17 May 2013 15:33
salam həkim , mənim analiz cavabım da spermanın faizi 50% dir normalda necə olmalıdır? birdə menim analiz cavabimda soyuqluq çıxıb. analiz cavab yazan həkim yazıb ki infeksiya var bunu bir həkim deyir yoxdur bir həkim deyir bütün çirk var .olabilərmi soyuqluqdan faiz aşağı olsun yoxsa infeksiyadan olsun.
Dr.Orxan Agabəyov | 18 May 2013 07:22
Salam Anonim. Əgər Siz spermoqramma analizini, köhnə normativlər olan klinikada vermisizsə, hərəkətlilik faizi - 50 % olmalıdır, əgər müasir standartlar olan klinikada(müasir normativlərə görə hərəkətliliyə görə 4 kateqoriyaya yox, 3 kateqoriyaya bölünür) isə -32 % olmalıdır. Hər halda hərəkətlilik faizi həm cinsi infeksiyalardan, həmdə iltihabi prosess nəticəsində enə bilər. Dəqiq səbəbi müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ramil | 17 May 2013 15:25
salam men cinsi elaqeder olanda hansisa bir xanimla tez bosaliram bunu karesi var hekim gec bosalim
Dr.Orxan Agabəyov | 18 May 2013 06:48
Salam Ramil. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Kamran | 17 May 2013 13:38
Salam hekim. Menim 22 yashim vam, menim cinsiyyet organimin olcusu 11-smdir. Cinsiyet organimi cerrahiye emiliyatindan elave ne ile uzada bilerem. Belke memde hansisa bir xestelil varki, inkshafdan qalib. Xaish edirem sualimi cavabsiz qoymuyun. Teshekkurler.
Dr.Orxan Agabəyov | 18 May 2013 07:11
Salam Kamran. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Hansısa xəstəliyin olub-olmamasını, müayinələrdən sonra, təyin etmək olar. Uğurlar.
xelil | 17 May 2013 12:33
salam hekim penis sapi berkiyib bas hissesi yumusaq qalirsa cinsi elaqe zamani qizliq perdesinin acilmasinda nese problem olar?
Dr.Orxan Agabəyov | 18 May 2013 06:46
Salam Xelil. Bəli, ereksiya problemləri, toy gecəsinin uğurlu keçməsinə, mane ola bilər. Uğurlar
sohret | 17 May 2013 12:31
hekim menin cinsi orqanim balacadi 16 yawim var ama hec bir problem yoxdu
Dr.Orxan Agabəyov | 18 May 2013 05:29
Salam Sohret. Cinsi orqanın inkişafı, adətən 17-19 yaşa kimi davam edir, narahat olmayın. Uğurlar.
perviz | 17 May 2013 11:57
salam hekim..xaiw edirem sualima cavab vererdiz..mende diabet xesteliyi var,yuxuda olarken oz-ozune sperma gelir,bu xesteliyle elaqedar ola biler hekim
Dr.Orxan Agabəyov | 18 May 2013 05:33
Salam Perviz. Çəkərli diabet xəstəliyi, kişilərdə müxtəlif cinsi problemlərə gətirib çıxara bilər. Amma öz-özünə boşalmalara(pollusiyalara), birbaşa aidiyyatı yoxdur. Pollusiyalar, müntəzəm cinsi həyatın(boşalmaların), olmaması ilə əlaqədardı. Uğurlar.
zamin | 17 May 2013 09:13
hekim bagiwlayin narahat edirem nece ede bileremki cinsi orqanin olcusu boyusun hemde yogunusun?
Dr.Orxan Agabəyov | 18 May 2013 05:22
Salam Zamin. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
EMIN | 17 May 2013 09:11
hekim salam.bagiwlayin sizi narahat edirem men cinsi elaqede olarken tez bowaliram bunun vaxtini nece uzatmaq olar?
Dr.Orxan Agabəyov | 18 May 2013 05:15
Salam Emin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
sarraf | 17 May 2013 07:07
Salam. spermagramma ucun cinsi pehriz nece gun olmalidir?
Dr.Orxan Agabəyov | 18 May 2013 05:09
Salam Sarraf. Cinsi pəhriz 2 - 7 gün arasında ola bilər. Optimal - 3 gün sayılır. Uğurlar.