ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Habil | 18 May 2013 05:10
Salam.Hekim bir daha sizi narahat edirem.Spermaqrammada gosterilir ki,selik-cox miqdarda,leykositler 10-12,morfoloji spermatazoidler 49%,Bu gostericiler manea torede bilermi? Ve eger bir problem yoxdursa men ne etmeliyem ki,ovlad hesretinden qurtulaq.Evvelceden minnetdaram.
Dr.Orxan Agabəyov | 19 May 2013 09:20
Salam Habil. Biraz leykositlər çoxdu, amma əsas göstəricilər normaya uyğundur. Əgər yoldaşınızda da problemlər aşkarlanmırsa və nəticə yoxdursa, onda köməkçi reproduktiv metodikalara müraciət edə bilərsiz - inseminasiya və ya süni mayalandırma. Uğurlar.
elnur | 18 May 2013 05:03
salam hekim bir nece il evvelden baslayaraq ilbeil penise gelen damarlarin siradan cixdigini hiss edirem..yeni bezi damarlara umumiyyetle qan gelmir bezisine cox gelir bezisine ise lap az .....ve get gede de qan gelen damarlarin azaldigini gorurem...eger damarlar travma alibsa yeniden onlari berpa elemek olar...ve ya hele de qan isleyen damarlari nece qorumaq olar..evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 19 May 2013 09:07
Salam Elnur. Birinci növbədə, damarların sağlam olub-olmamasını, doppler müayinəsindən keçib, öyrənmək lazımdır. Hər halda əgər ereksiya problemləri varsa, səbəblər müəyyənləşdiriləndən  sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Xelil | 17 May 2013 23:58
Salam hekim,her vaxtiniz xeyir.size 1 sualim var.qadinin bawinda xerceng xesteliyi var.hemin qadinla cinsi munasibet saglam kiwiye nese problem yaratmaz?xesteliyik yayilmaz yeni,kecmez kiwiye?
Dr.Orxan Agabəyov | 18 May 2013 07:43
Salam Xelil. Xərçəng keçici xəstəlik deyil, narahat olmayın. Uğurlar.
Ali | 17 May 2013 20:23
salam hekim. hekim size sualim beledir men qadinla olanda ona daxil ola bilmirem. hersey normal olur rahat bosaliram ama qadinin cinsiyyet orqanina daxil ola bilmirem. mende tam berkimir. hissiyet oyanir ama tam berkimir ki qadina daxil edim. isden gec cixiram bu yorgunlugdan ola biler yoxsa xestelenmisem?
Dr.Orxan Agabəyov | 18 May 2013 07:46
Salam Ali. Sizdə erektil disfunksiya var, yəni cinsi zəiflik. Bu problemin müxtəlif səbəbləri var, bu səbəbləri dəqiqləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Ferid | 17 May 2013 18:41
Salam hekim, xahis edirem menim sualimi cavablandirasiniz.Penisi tebii bitkilerden hazirlanmis heblerle boyutmek mumkundurmu? Qabaqcadan tesekkur edirem.
Dr.Orxan Agabəyov | 18 May 2013 07:42
Salam Ferid. Heç bir bitki, penisin ölçülərinə təsir etmir. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Royal | 17 May 2013 17:30
Salam həkim, antidepressan dərmanlarından hansının istifadəsini məsləhət görərdiz.məndə yaranan psixologik gərginliyi və psixologi narahatlıqları bu dərmanlarla aradan qaldıra bilərəmmi?
Dr.Orxan Agabəyov | 18 May 2013 07:48
Salam Royal. Bu tip preparatlar, xüsusi, möhürlü resept blankında təyin olunur.  Əgər psixoloji gərginlik, cinsi problemlərlə bağlıdırsa, bu problemlər həll olunmalıdır ki, naratlıq aradan qalxsın. Uğurlar.
Elshad | 17 May 2013 16:39
Salam Doktor. Erken bowaliram. Bunun sebebi ne ola biler.? Twkler.
Dr.Orxan Agabəyov | 18 May 2013 07:18
Salam Elshad. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Seyyah | 17 May 2013 16:22
Salam Hekim, cinsi munasibetde oldugum zaman qisa bir zamanda erken bosalma bas verir. bu ne psixoloji, ne de iltihabla elaqesi yoxdu. Bilmek isterdim ki, boslamanin uzunmuddetli etmek ucun orqanizme ziyan olmayan hansi pereparatlardan istifade ede bilerem?..
Dr.Orxan Agabəyov | 18 May 2013 07:52
Salam Seyyah. Adətən, erkən boşalmanın səbəblərini müəyyənləşdirmək üçün, müayinələr verilir. Səbəb dəqiqəşəndən sonra, müalicə kursu təyin edilir və müalicədə yalnız dərman preparatları deyil, həmdə davranış terapiyasından da istifadə olunur. Uğurlar.
Rizvan | 17 May 2013 16:12
Salam hekim...bagishlayin suallarima gore...Mende penisim oyanmamigidi evvel ki.kimi...Qashinma,bayira tez tez getmek,gedende ucu goynemek, penisden shire bele prosesler yoxdu...arada ele bele qashinma kimi olur....MEn hemishe ehtirasli olmusham indi penis oyanmir hissler ölüb sanki...sizce bunun sebebi ne ola biler...seher 6da dururam...ish yorgunlugu ola bilermi..cinsi zieflikdi bele desek..chox nrhtm ...sizce penisin oyanmamagi neden ola biler? hissler oyagdiye penis oyanmir sadece :( cvb yazsaniz shad olardim...onceden tshk
Dr.Orxan Agabəyov | 18 May 2013 07:39
Salam Rizvan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ozan | 17 May 2013 15:55
salam hekim...men yaxma analizi vermiwem neticesi asagdaki kimidi..hekim mene mualice yazdi,amma hec bir deyiwiklik yoxdu..3 defe mualice almiwam,her defesindede deyirler adi infeksiyalardi..sizce mende ciddi bir problem var?xayalarimda herden sakit agrilar olur. •Epiteli huceyr.-.10.-5g/s •Neysser qonokokklari-yox •Diplokokklar-yox •Selik-orta miqdar( ) •Leykosit-3-5g/s •Trixomonada-askar olunmadi •Mikroflora.-koklar orta miqdar( ) •Gobelek-az miqdar( ) •Qardiniela-askar olunmadi Sagolun
Dr.Orxan Agabəyov | 18 May 2013 07:34
Salam Ozan. Siz sadə yaxmanın mikroskopiyası analizi vermisiz. Amma, əgər Siz cinsi infeksiyaların olub-olmamamsını yoxlamaq istəyirsizsə,PZR metodu ilə, analiz verməlisiz. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.