Vaqif | 19 May 2013 05:32
Doktor salam. Normal er-arvaq ayda nece defe cinsi elaqede olsa normal sayilar? meselen 4 defe normaldirmi?
Dr.Orxan Agabəyov | 20 May 2013 05:06
Salam Vaqif. 30 yaşdan sonra, həftədə 2 dəfə cinsi əlaqə(amma daha da çox ola bilər), normaya uyğun sayılır. Uğurlar.
Anar | 19 May 2013 03:24
Hekim salam mende tez bosalma hallari olur buda hemise olmur o, zaman olurki isdek dahada cox olanda sizden xais edirem mene bir meslehetli tabletka deirmen vasidesi tovsuye ederdiniz onu alardim lazim olanda isdifade ederdim. Sagolun diqqetinize gore teseggurler.
Dr.Orxan Agabəyov | 20 May 2013 05:03
Salam Anar. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Tural | 18 May 2013 22:55
Salam Hekim .Mende qadinla cinsi elaqaeden sonra yalniz penisde ag lekeler emele gelib,gobelekden subhelenirem,ne kimi ziyani var keciricidirmi?evvelceden teshekkurler
Dr.Orxan Agabəyov | 20 May 2013 05:01
Salam Tural. Dəri problemlərində, baxış keçirmədən nəsə demək, çətindir. Hər halda, əgər cinsi əlaqədən sonra yaranıbsa, deməli keçicidir. Uğurlar.
Zaur | 18 May 2013 21:48
salam. varikoselden emeliyyatdan sonra trenajorla agirliq qaldirma ile mewqul olmaq olar? ziyan olmaz?
mende sol xayada varikosel var xayalarin ikiside balacadi hemde testesteron seviyede azdi. emeliyyatdan sonra bunlar duzelir?
varikosel emeliyyat olduqdan sonra yeniden varkosel emele gele bilir?
Dr.Orxan Agabəyov | 20 May 2013 04:57
Salam Zaur. Xayalarən normadan kiçik olması və testesteronun səviyyəsi, varikosele əməliyyatından sonra düzəlmir, bu problemlərin başqa səbəbləri var. Əməliyyatdan sonra, təkrar varikosele yaranma ehtimalı var. Əməliyyatdan sonra, yüngül məşqlərə 6 ay sonra başlamaq olar. Uğurlar.
Anonim000 | 18 May 2013 18:18
Salam hekim uzr isteyirem mende bir nece gundurku xaya kiseciyi ve boyuk ifrazat hissesinde qashinmalar goyneme ve agartilar var gobelek xesteliyinden olmasi munkunmu??
Dr.Orxan Agabəyov | 19 May 2013 09:53
Salam Anonim000. Bəli, göbələk infeksiyasının olması, çox realdı. Amma dəqiq, yalnız baxış zamanı deyilə bilər. Uğurlar.
Murad_M | 18 May 2013 17:37
Salam hekim menim cinsiyyet orqanim balacadir, adi vaxtı 5 sm, boyuyende 10-11 sm, xahis edirem mene deyesiiz men onun olcusunu nece boyude bilerem. Hara muraciet edim.
Dr.Orxan Agabəyov | 19 May 2013 09:49
Salam Murad_M. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
teyyar | 18 May 2013 10:58
salam hekim mende sperma faizi o dir bu azospermiya demekdir? sportogenoz huceyreler 2-3 faizdir. Xahis edirem etrafli yazin
Dr.Orxan Agabəyov | 19 May 2013 09:56
Salam Teyyar. Əgər spermada, spermotozoidlər yoxdursa, bu azospermiyadır. Əgər spermotozoidlər varsa, amma hərəkətlilk normadan azdırsa, bu astenozoospermiyadır. Siz yalnız hərəkətlilik faizi haqqında yazmısız, miqdar haqqında yox. Uğurlar.
semedova | 18 May 2013 09:21
salam.yoldasim 1 il bundan qabaq 3- cu dereceli varikosel emeliyyati olub.bizim usaqimiz ola biler.
Dr.Orxan Agabəyov | 19 May 2013 09:43
Salam Semedova. Kişidə uşaq olma qabiliyyəti, spermoqramma analizində təyin edilir. Varikosele spermanın göstəriciləri endirə bilər, ona görə əməliyyat keçirilir. Əgər spermoqrammada göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
fuad | 18 May 2013 09:13
salam doctor, men yaxin gelecekde aile qurmaga hazirlaşiram. bəzi şeyləri sinizlə dəqiqləşdirmək istərdim. Daha doğrusu bəzi məsləhətlər də versəniz şad olardım. İlk öncə problemimi deyim: Erken boşalma. açığını desem mən həyatımda cəmi 2 qadınla temasda olmuşam. 1-ci qadınla qoruyucu ile oldum(cəmi 1 defe). 2-ci partnyorumla isə qorumasız.(2-ci partnyorla dəfələrlə) Açığı mən heç kimə inanmıram, yeni etibarim yoxdu. Tesadüfü tanışlıqları sevmirəm ona görə. ən əsası ehtiyatlanıram. Qeyd edim ki, psixoloji gerginlik 0, qorxu 0, həyacan 0, ama tez boşalıram.(30-50 san) İndi mənə deyin hansı müayinələrdən keçməliyəm? Gələcək problemlərin olmaması üçün proflaktik tədbir görmək istərdim. birgə müayinə şərtdirmi gələcək yoldaşımla? Əvvəlcədən təşəkkürlər, işinizdə uğurlar
Dr.Orxan Agabəyov | 19 May 2013 09:38
Salam Fuad. Əgər gələcək ailə həyatında, erkən boşalma probleminin olmamasının istəyirsizsə, bu problemin səbəblərini müəyyənləşdirib, müalicə kursu keçməyiniz, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Sywalker | 18 May 2013 06:39
Salam hekim.
Demeli, her defe tualete gedende hemishe cinsi orqanimdan 1-2 damci spermaya oxshamr madde tokulur. yapishqan kimi olur. onnan sonra halim deyishir. yorqunluq yaranir. adami halsizlashdirir. Sizce bu nedir? ve nece mualice elemek olar?
Teshekkur edirem.
Dr.Orxan Agabəyov | 19 May 2013 09:33
Salam Sywalker. Bu maye, çox güman ki, prostat vəzinin şirəsidir və prostat vəzidə iltihabın(prostatit) əlamətidir. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.