Fərid | 21 May 2013 05:03
Salam Həkim. Mənim sizə bəzi suallarım var və özüm ümümi müayinə etdirmək istəyirəm. bunun üçün sizin xidmətlərinizi, qiyməti və s. haqqında məlumatı necə əldə edə bilərəm.
Dr.Orxan Agabəyov | 21 May 2013 06:12
Salam Fərid. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
ilaha | 21 May 2013 05:00
salam Doktor.menim yoldashim 2 defe varikasile gore emeliyyat olunub.biri kechen il.birinide bu il.3 ay olacaq.amma vaiz azdi 3 % di.artiq men depressiya halina dushurem.deyishiklik ola biler.inddi derman qebul edir.
Dr.Orxan Agabəyov | 22 May 2013 06:12
Salam Ilaha. Spermoqrammanın göstəriciləri, varikosele əməliyyatından sonra, adətən 6 aya bərpa olur. Əgər əməliyyat düzgün aparılıbsa, depressiyaya düşməyin biraz gözləyin və spermoqrammanı təkrar yoxlayın. Uğurlar.
eldeniz | 20 May 2013 19:52
salam hekim baxiwlayin sizide narahat etdim . men yoldawimla cox gec gec oluram o da elacsiz menimle mecburiyet qarwisinda olur . menim 39 yawim yoldawimin ise 32 yawi var . yawla elaqesi varmi yoxsa neyise etmek olarmi .
Dr.Orxan Agabəyov | 21 May 2013 06:22
Salam Eldeniz. Sizdə potensiyanın zəifləməsi halları var(30 yaşdan sonra, həftədə 2 dəfə cinsi əlaqədə olmaq, normaya uyğun sayılır). Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
sadiq | 20 May 2013 19:36
salam.doktor-manim-cinsi-orqanimin-uzunluqu-12smdir-bu-normaldir-twkler
Dr.Orxan Agabəyov | 21 May 2013 06:05
Salam Sadiq. Bəli, normaldır - penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
nesir | 20 May 2013 15:48
salam hekim.normal cinsiyyet orqaninin uzunlugu nece sm olmalidir.tesekkur edirem.
Dr.Orxan Agabəyov | 21 May 2013 06:00
Salam Nesir. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
HESEN | 20 May 2013 12:53
salam hekim bilmirem nece deyim mende das sallanma var elebir meni bagislayin penisim eyridir elebir neyleyim ki Hekim bu mesele cozulsun siz mene komek ede bilersiniz evede demeye utaniram yaxsi deyir sizin cavabinizi sebirsizlikle gozleyirem helelik.....
Dr.Orxan Agabəyov | 21 May 2013 06:16
Salam Hesen. Sualınız tam aydın deyil, hər halda cinsi problemlərin çözülməsi üçün, bütün xəstəliklərdə olduğu kimi, müalicə lazımdır. Qəbula yazılmaq üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elchin | 20 May 2013 12:47
Salam Hekim. Mende cinsi elaqe zamani tez boshalmalar bash verir. Boshalmani gecikdirmek uchun cinsi elaqe zamani chox yavash hereket etmeye mecbur oluram. Fikrimi yayindirmaq isteyi ise demek olar hec bir netice vermir. Bu problemin helli uchun qebulunuza dushmek isterdim. Mualice neche gune hell olunur?
Dr.Orxan Agabəyov | 21 May 2013 05:29
Salam Elchin. Adətən, erkən boşalma problemində müalicə kursu 1,5- 2 ay çəkir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
damla | 20 May 2013 12:47
salam hekim.Cavab yazsaniz minnetdar olaram.Men 2ildir aileliyem,usagim olmur.Ikimizde mualice olunduq,yoldasimin analiz neticeleri yaxsi oldu,mene ise folekul partlamir dediler.7-8 ay bundan qabaq USM neticelerine gore folekullar normal partlayirdi.Amma bu hekim dedi ki,hipofiz vezi ile elaqedar eseb neticesinde folekullar duzgun isleye bilmir.indi de prolaktin cixib mende.Sualim budur ki,men evvelden esebi olmusam evveller folekul niye duzgun partlayirdi,indi partlamir?Prolakin qorxuludu?Mualicesi cetindi? sizi yene narahat edirem.Cavablandirsaz minnetdar olaram.Bilmek isterdim ki,speqramma analizinde 1ml de spermanin miqdari goturulur,yoxsa a b faizi esas goturulur.bir hekim meni casdirdi,deddi sperma 1ml de 15mln den yuxari olsun esas aktivlerin sayi 25% den cox olsun.amma evvel bele dememisdi.Cox sag olun
Dr.Orxan Agabəyov | 21 May 2013 05:26
Salam Damla. 1. Hiperprolaktinemiyanın müalicəsi düzgün aparılsa, problemlər həll olunar. Hipofizin hormonları, yalnız əsəb faktorundan asılı deyil, başqa faktorlardan da dəyişə bilər. 2. Spermoqrammada hər 2 göstərici vacibdir - həm hərəkətlilik faizi həmdə 1 ml-də spermotozoidlərin miqdarı. Normada bu göstəricilər belə olmalıdır - 1ml-də spermotozoidlərin miqdarı - 15 mln. , aktiv hərəkətlilərin faizi - 32 %. Uğurlar.
ramin | 20 May 2013 12:30
salam hekim 30yasim var evliyem erken bosaliram gun erzinde 1defeden cox ola bilmirem.bunun mualiocesi varmi?evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 21 May 2013 05:25
Salam Ramin. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Vusal | 20 May 2013 12:27
Salam doktor. Sualimi cavablandirmisiniz cox sag olun Hekime getmisem Mene umid vermediler Ancaq dediler ki mualice yazaq Effekti olub olmayacaq bilmirik Evvelki sualimda yazmisam xayalarim normadan kicikdi. Hormonlarim normadadi. Spermada zeiflik var cox asagidi faiz Aktiv hereketlilik 1-3 faiz Sizce mualicenin effekti olacaq yoxsa mualicelere vaxt itirmeyek suni mayalanmadir yolumuz? Yoldasim da men de cox caresizik Bilmirik ne edek Onceden tesekkurler
Dr.Orxan Agabəyov | 21 May 2013 05:48
Salam Vusal. Bu suala qiyabi cavab vermək, mümkün deyil, yəni baxır hansı preparatlar təyin olunub, nə qədər müddətə. Amma əgər xayalar normadan kiçikdirsə, müalicənin nəticəsi olmayada bilər. Müalicəyə müəyyən müddət ayırın, əgər nəticə olmasa - süni mayalandırma edin. Uğurlar.