İlkin | 21 May 2013 13:55
Salam. Doktor, USM-nin nəticəsinə görə böyrəyimdə mayeli kista var, eyni zamanda prostat vəzimin ölçüsü 30sm-dir yəni normadan daha çoxdur. Bilmək istərdim ki, bu problemlər nəyin nəticəsində məndə yaranıb.Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 22 May 2013 07:40
Salam İlkin. Böyrək kistaları, adətən anadangəlmə olur, ola bilər uzunmüddətli iltihabi prosess nəticəsində olsun. Prostat vəzinin böyüməsi isə, prostatitun(prostat vəzidə iltihabın) əlaməti ola bilər. Uğurlar.
elnur | 21 May 2013 12:23
salam hekim . menim 26 yasim var . penisim men yatanda hansi terefe donuremse o terefe sallanir. bir de penisin basindan dibine teref bir xett kimi kicik bir agri olur. ama penis berkiyende o teref berkiyir..berkiyenden sora ora elimi qyyanda qanin nece islediyini hiss ede bilirem..ama diger tereflerde yox.alt hissesi bir de basi yumusaq qalir...bir de gec ereksiya oluram (evvelkine nisbeten) sebeb ne ola biler? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 22 May 2013 07:54
Salam Elnur. Ola bilər, Sizdə uretrit(sidik kanalının iltihabı) var və ağrılar, uretritin əlamətidir. Ereksiya problemləri müxtəlif səbəblərdən yaranır- psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Natiq | 21 May 2013 11:28
Salam. Mənim bir qız evladım var. Mən onu lap çox istəyirəm. O 3.5 yaşındadır.
Bir qızım da inşallah bu il olacaq.
Mən bilmək istəyirəm, tibbdə ogul evlada sahib olmaq üçün bir yenilik varmı???
Dr.Orxan Agabəyov | 22 May 2013 07:38
Salam Natiq. Xeyr, belə üsullar, hələki mövcud deyil. Bu daha çox bəxtdən asılıdır. Uğurlar.
Azad | 21 May 2013 10:01
Cinsi orqanın boğazında yara kimi ağrılar,boğazında və aşağı hissələrdə nəyinsə hərəkət eləmə hissi,sorulma kimi,tez-tez sidiyə zəif getmə,uc hissədə nəyin isə yığılıb qalması hissi nədən ola bilər. Cinsi orqan hazır vəziyyətdə olanda isə bular olmur.
Dr.Orxan Agabəyov | 22 May 2013 07:10
Salam Azad. Bu əlamətlər, sistitin (sidik kisəsinin iltihabı) və uretritin (sidik kanalının iltihabı) əlamətləri ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Elshad | 21 May 2013 09:59
Salam hekim menim 32 yawim var 1 ovladim var 3 il bundan qabag olub ozude varkoselden emeliyyat olmuwam indi 2-ovlad olmur 1 nece hekime getdim mualice yazdilar effekt vermedi mende erken bowalma tez olur analizde qanda hemoqlavin awagidi tez tez yorgunlug olur men ne edim ki?burda mualice alinmadi mence bu ciddi 1 wey deyil bundan otru irana getmek isteyirem ne meslehet gormek isteyerdiz?
Dr.Orxan Agabəyov | 22 May 2013 07:01
Salam Elshad. Erkən boşalma probleminin nə varikoseleyə nədə ki hemoqlobinin aşağı olmasına, aidiyyatı yoxdu. Birinci növbədə, bu problemlərin səbəbi aşkarlanmalıdı, sonra müalicə. Birdə ki, əgər Sizdə spermanın göstəriciləri necədi? Hər halda, düzgün müalicə kursu keçsəz, bu problemlər aradan qalxar. Uğurlar.
Shehriyar | 21 May 2013 08:50
salam Doktor men cinsi elageye zamani 2-3 deyge veya lap az cekir ne etmeliyem onun ucun .... 1defe olandan soram 2-3ci defe olmaga heves qalmir..........
Dr.Orxan Agabəyov | 22 May 2013 06:48
Salam Shehriyar. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Azad | 21 May 2013 08:49
Boşalanda məndə maye yapışqan-kley kimi olur nədəndir?
Dr.Orxan Agabəyov | 22 May 2013 06:45
Salam Azad. Ola bilər, prostat vəzidə iltihab(prostatit) var. Dəqiqləşdirmək üçün, prostat vəzinin USM(UZİ)-indən keçmək, məsləhətdir. Uğurlar.
oguz | 21 May 2013 06:28
salam hekim menim cinsiyyet orqanim asagiya dogru eyridir bu gelecekde usaq sahibi olmagima engel ola bilermi? penisimin uzunlugu 20sm.dir. birdeki bezen olurki tam sertlesmir bu ne ile bagli ola biler?
Dr.Orxan Agabəyov | 22 May 2013 06:33
Salam Oguz. Əgər əyrilik cinsi əlaqəyə mane olmursa, problem yoxdur, uşaq olmaq penisin ölçülərindən və quruluşundan deyil, spermanın keyfiyyətindən asılıdır. Ereksiya problemlərinin (sərtləşmə problemləri), müxtəlif səbəblərdən ola bilər - həm orqanik(hansısa xəstəliklə bağlı) həmdə psixoloji. Bu səbəbləri aydınlaşdırıb, düzgün müalicə təyin etmək olar. Uğurlar.
con | 21 May 2013 06:08
salam hekim cinsi orqani uzatmaq isteyirem iyulda esger getmeliyem emeliyyat edib esgerliye gede bilerem
Dr.Orxan Agabəyov | 22 May 2013 06:23
Salam Con. Əməliyyatdan sonra bərpa dövrü bir həftə təşkil edir, amma əməliyyatdan sonra, 6-9 ay ekstender istifadə olunmalıdır bunu əsgərlikdə etmək olmayacaq. Uğurlar.
Zamir | 21 May 2013 05:47
Salam hekim.Menim penisim 11-12 sm dir.onu uzadmaq isteyirem,,,qiymeti neceye BASA GELER?
Dr.Orxan Agabəyov | 22 May 2013 06:18
Salam Zamir. Belə məsələlər, konsultasiya zamanı təyin edilir. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.