mamed | 23 May 2013 06:16
Salam hekim. Azerbaycanda cox insan milli mentalitet dusuncesiyle cinsi problemlerle elaqeli suallar vermeye utanir ve ya qinaq obyektine cevrileceyini dusunerek qorxur. Insanlarin suallara cavab vermeyiniz bele boyuk menevi destekdir. Bunun ucun bele bir sayt teskil elediyinize gore tesekkur edirem.Menim sualim - "Cinsi orqani boyutmek ucun satilan, dermanlar, nasoslar ve ya el ile edilen masaj usullari effektivdirmi? Basqa effekt vere bilecek meslehetli neler var." seklindedir. Sualima cavab verseniz sevinerem.
Dr.Orxan Agabəyov | 25 May 2013 05:18
Salam Mamed. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
nicat | 22 May 2013 18:57
salam hekim baqislayin narahat etdiyime gore men xayalarin doppler muayinesinden kecdim retroqrad axin izlendi.bu ciddi bir weydi menim ata olmaqima mane ola biler?birde hekim exogenliyin zeiflemesi ne demekdi?cox xahis edirem suallarmi cavablandirasiz.evvelceden minnetdaram
Dr.Orxan Agabəyov | 23 May 2013 19:02
Salam Nicat. Retroqrad axın varsa, deməli varikosele var, əgər varikosele varsa, deməli spermanın keyfiyyəti aşağı düşə bilər(yəni ata olmaq ehtimalı azala bilər). Bunu yoxlamaq üçün, spermoqramma vermək, məsləhətdir. Exogenliyin zəifləməsi, orqanda hansısa struktur dəyişikliyin əlamətidir. Uğurlar.
oguz | 22 May 2013 18:52
salam hekim sidiyimde tez tez yanmalar hiss edirem birde sidiyim tam bosalmir. birde xayis edirem cinsi orqanim asagiya dogru eyridir bu gelecekde usag sahibi olmagima engel deyilki? onceden sagolun
Dr.Orxan Agabəyov | 23 May 2013 19:12
Salam Oguz. Sizdə çox güman ki, uretrit(sidik kanalının iltihabı) və sistit(sidik kisəsinin iltihabı) əlamətləri var. Əgər əyrilik cinsi əlaqəyə mane olmursa, problem yoxdur, uşaq olmaq penisin ölçülərindən və quruluşundan deyil, spermanın keyfiyyətindən asılıdır. Uğurlar.
vasif | 22 May 2013 18:38
salam .hekim cinsi elaqe zamani tez bowaliram 2-ci defe ola bilmerem gerek 4-5 saat kecsin uzi edibler saq xayada dawlawma var dediler bunu nece bawa duwek. cox saqolun
Dr.Orxan Agabəyov | 23 May 2013 19:29
Salam Vasif. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Xayalarda olan daşlaşmanın(mikrolitiaz) səbəbləri dəqiq bilinmir, ola bilər iltihabi prosesslə bağlı olsun. Uğurlar.
Gulum | 22 May 2013 16:19
salam Hekim bir defe yazdim ola bilsin mektubum getmeyib.ilk once eziyyeti olan her kese tesekkur edirem.sualim beledir.men qiz usagi oldugum muddetde qosalmaqcun suyu pik noqteye axitmaqla bosalirdim. aile qurandan sonra yoldasimla yaxinliq etdiyimde o hissi yasaya bilmirem.bosalsamda bele.ancaq suyla o hissi hiss edirem,bununcun muailce almaq lazimdir?ve ya ?ne meslehet gorursuz.cavablandirsaz sad olaram cox sag olun.
Dr.Orxan Agabəyov | 23 May 2013 07:05
Salam Gulum. Çox güman ki, Sizdə vaqinal orqazm deyil, yalnız klitoral orqazm var. Yəni yalnız klitorun stimulyasiyası nəticəsində, boşalma olur(belə bir variantda, müalicəyə ehtiyac yoxdur). Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir).Uğurlar.
Togrul | 22 May 2013 14:37
Salam hekim bagisliyin vaxtiniz alib size sual vermek isteyirem mende ehtiras yarananda axinti yaranir yeni cinsi elaqede olmayanda mutamade olaraq gelmir ... bu neden ola biler? evvelceden tesekkur edirem cavabinizi gozleyirem
Dr.Orxan Agabəyov | 23 May 2013 10:53
Salam Togrul. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Ruslan | 22 May 2013 11:10
Hekim salam. Men bilmek isterdim ki penisin ölçüsü ne qederdir....? Birde toy gecesi hanslsa kremden istifade etmek lazımdırmı. ? Ve kremin adın deyerdiniz?
Dr.Orxan Agabəyov | 23 May 2013 11:31
Salam Ruslan. 1. Penisin 12 sm-dən artıq uzunluğu. normaya uyğun sayılır. 2. Bu tip kremlərə lubrikant deyilir, apteklərdən soruşun. Uğurlar.
Hamlet | 22 May 2013 10:39
Salam doktor. Menim boyreklerim aqridiqiucun USM-den kecdim, o zaman prostatda 3-ml kolsanat olduqunu bildirdi hekim. Arabir sancida olur, elebir iyne batirirlar, son 8-9 aydada sekse qarshida evvelki heves yoxdur, cinsiyyet orqanida kifayet edici derecede gerginleshmir.
Dr.Orxan Agabəyov | 23 May 2013 19:17
Salam Hamlet. Sizdə prostatit(prostat vəzinin iltihabı) əlamətləri var, ereksiya(sərtləşmə) problemlərinin səbəbi, prostatit də ola bilər, amma yanaşı başqa səbəblərdə ola bilər. Müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
cavid888 | 22 May 2013 10:13
Salam hekim menim xayaliqimin derisinde xirda xirda gabariciqlar (sizanaqaoxshayir) var qashinma herden qashinma verir bu gobelke bagli ola biler yoxsa diger??
Dr.Orxan Agabəyov | 23 May 2013 10:59
Salam Cavid888. Ola bilər göbələk infeksiyasıdır, ola bilər herpes və s. Yalnız baxış zamanı, dəqiqləşdirmək olar. Uğurlar.
Emin | 22 May 2013 09:04
Salam,men bilmek isteyirem ki, 30 yasa qeder heftede nece defe cinsi elaqede olmaq normal sayilir. Bir de ki, cinsi elaqede olan zaman kureyi uste uzananda xayalardan biri iceriye cekilir,bu nedendir. Mende tez-tez adi hallarda, sekse aid tek bir soz fikirlesende bele penisim qalxir ve qalinlasir, ictimai yerlerde meni narahat edir,bes bu nedendir?
Dr.Orxan Agabəyov | 23 May 2013 10:48
Salam Emin. 1. 30 yaşa kimi kişilərdə, həftədə 3-5 cinsi əlaqə, normaya uyğun sayılır. 2. Ola bilər kriptorxizm var, xayaların doppler müayinəsində dəqiqləşdirmək, məsləhətdir. 3. Bu spontan ereksiyadır, tamamilə normal haldır. Uğurlar.