ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Elsad | 3 Noyabr 2014 18:12
Salam hekim! 30 yasim var. Sualim budur: texminen 2 aydir cinsi organimdan maye kimi ifrazat gelir. Sidiye gun erzinde cox gedirem VE son vaxtlardir ozumde cinsi zeyiflik, cinsi elaqeye maragim azalib. By aralar analiz verdim. Netice soyuglama dediler.antibotik vurdurdum 5 gun. Tezeden yene antibiotik yaziblar. Coz xahis edirem etrafli cavab yazin. Bu sahede bu xestelikle nece mualice VE ya mubarize aparacagimi bilmirem. Tesekkurler
Dr.Orxan Agabəyov | 4 Noyabr 2014 05:50
Salam Elsad. 1. Pasientin özünün xəstəliklə mübarizə və ya müalicə taktikası seçməyinə ehtiyac yoxdur, bunu müraciət etdiyiniz mütəxəssis edir. 2. Cinsi zəiflik və cinsi həvəsin azalması, antibiotiklərin təyini ilə müalicə olunmur. 3. Yenidən  təyin olunmuş antibiotik qəbulundan öncə, cinsi infeksiyaların olub-olmamasının yoxlanması məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ibrahim | 3 Noyabr 2014 17:00
Salam həkim. Mən iki gün əvvəl cinsi əlaqədə olmuşam, cinsi əlaqə zamanı keçən infeksiyanin mənədə keçməsindən qorxuram. Bilmək isdədiyim həmin infeksiyanin simptomları cinsi əlaqədən neçə gün sora üzə vurur ? Əvvəlcədən təşəkkürlər
Dr.Orxan Agabəyov | 4 Noyabr 2014 05:50
Salam İbrahim. Adətən cinsi infeksiyalar əlamətlərini 3-21 gün arası göstərir, amma elə infeksiyalar var ki, ümumiyyətlə heç bir əlaməti olmur. Ona görə də, əgər şübhələriniz varsa, əmin olmaq üçün, əsas cinsi infeksiyalar yoxlanılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anna | 3 Noyabr 2014 13:23
Eyakulyatin miqdari-7.6ml.ph -7.8 Aqlutinasiya ( ) cixdi..lesitin deneleri az miqdarda.leykositker 1-3g/s,1ml spermatoizdolarin miqdari68-70ml,feal hereketli spermazoitker 38%,herketsiz spremazoitker 45.%,degenerativ speemazoitker 24%,bas 20 , boyun 4.quyruq (-) . Biz yeni evliyik men evlendiyim gunden qawintilardan eziyyet cekirem. Ginekoloqum dediki yoldawindan kece biler. Buda yoldawimin neticeleridi
Dr.Orxan Agabəyov | 4 Noyabr 2014 05:50
Salam Anna. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur. O ki qaldı qaşıntıya, bu spermoqramma ilə yoxlanılmır, sadəcə yoldaşınız cinsi infeksiyaların olub-olmamasını yoxlamalıdır. Əgər cinsi infeksiya aşkarlanarsa, deməli Sizdə yoluxmusuz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rasim | 3 Noyabr 2014 12:07
Salam mmende penisimin altda sepgiler var ici su ozude qawinir sepgiler itir ozozune yene emele gelir bu neden ola biler zehmet olmasa deyerdiz ve ne edim.tewekkur
Dr.Orxan Agabəyov | 4 Noyabr 2014 05:50
Salam Rasim. Bu çox güman ki, cinsi yolla keçən infeksiya olan, herpes virusunun əlamətidir. Bu virus sadəcə kosmetik problem yaratmır, ona görə də mütləq nəzarətə götürülməlidir. Birinci növbədə dəqiqləşdirmək, sonra isə müalicə kursu keçməyiniz məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sahin | 3 Noyabr 2014 11:53
Salam hekim, sperm analizinde aqlutinasiya movcuddur. Cox mualice almisam amma aqlutinasiya problemi qalir. USM-de her sey qaydasindadir, faizlerde hereketsiz spermler coxluq teskil edir, bunu hekimler aqlutinasiya ile elaqelendirirler. Amma aqlutinasiyaya ne sebeb olur onu tapa bilmirler, yaxma analizlerde sadece ureaplazma parvum pozitiv cixmisdi tekce. Onu da mualice aldim. Amma aqlutinasiya oldugu kimi qalir, aktivlerin de sayi ashagidir ona gore. Spermde Leykosit de normadan cox gorunur, 18-22. Xahis edirem komek olasiz. Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 4 Noyabr 2014 05:50
Salam Sahin. Çox güman ki, cinsiyyət sistemində iltihabi prosesin nəticəsində(prostatit, vezikulit), belə problemlər yaranıb. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fərid | 3 Noyabr 2014 07:33
Salam həkim, zəhmət olmasa mənim analizimin cavabına fikrinizi bildirərdiz. Əvvəlcədən təşəkkür edirəm. Eyakulyatın həcmi- 4.5 ml, xarici görünüş- bozumtul-ağ homogen, konsistensiya-0.3sm, pH-7.8, cinsi pəhriz- 4gün, durulaşma vaxtı- 40 dəq., spermatozoidlərin 1 ml.-də miqdarı- 70 mln, Eyakulyatda spermatozoidlərin ümumi sayı-315 mln, İrəli hərəkətlilər- 43%, Rəqsi hərəkətlilər- 24%, Hərəkətsiz- 33%, Hərəkətli spermazoidlərin sayı- 67%, Morfoloji normal (Kryuqer üsulu) – 17%, Başcıq (patoloji) – 53, Boyuncuq(patoloji)- 13, Qarışıq(patoloji)- 17, Canlı spermazoidlər- 78 %, Spermatogenez hüceyrələr- 2, Spermaqqlütinasiya- yoxdur, Leykositlər-
Dr.Orxan Agabəyov | 4 Noyabr 2014 05:51
Salam Fərid. Əsas göstəricilrər normaya uyğundur, amma spermoqrammanı təkrar, fərqli klinikada verməyiniz məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 2 Noyabr 2014 15:17
salam həkim cinci orqanımdan irinə bənzər maye gəlir alt paltarımda iz qoyur sarımtıl rəngdə olur cinsi orqanımın icində səogiyə banzər nəysə var qaşınma verir sidiyə getdikdən sora belə orqanımı sıxanda irinə bənzər maye gəlir bu nə xəstəliyidi və müalicəsi nə qədər vaxt aparır.Qabaqcadan təşəkkürümü bildirirəm
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 06:06
Salam Samir. Bu əlamətlər , çox güman ki, cinsi yolla keçən infeksiyanın əlamətidir. Birinci növbədə cinsi infeksiyalar yoxlanılmalıdır, sonra düzgün müalicə təyin etmək olar. Müalicənin müddəti aşkarlanmış infeksiyadan asılıdır, adətən 7-20 gün ərzində olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin Recebov | 2 Noyabr 2014 10:23
Salam. Zehmet olmasa deyerdiniz varikosel emeliyyatindan nece gun sonra cinsi elaqe mumkundur. Onceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 06:06
Salam Elvin. Varikosele əməkiyyatından sonra 1 ay ərzində cinsi pəhriz saxlamaq tövsiyyə edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 1 Noyabr 2014 20:23
salam. zehmet olmasa cavab vererdiz. eyakulyasiya zamani spermanin penisden motor kimi deyil axaraq gelmesi patalogiyadir?
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 05:52
Salam Nicat. Çox vaxt bu hal erkən boşalma problemində olur və prostat vəzidə olan iltihabi proseslə əlaqləndirilə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ziya | 1 Noyabr 2014 18:51
Salam doktor.men varikoselden emeliyyat olmusham.Mende xayalarda da xirda kista oldugundan varikoselle birlikde onu da kesdirmishem.Lakin neticede sol xaya sagdakindan yuxarida qalir.ashagi dushmur.sis yoxdur.xayalarin olcusu normaldir.Sadece sol xaya yuxari yigilib qalib.Bu neden ola biler?chox sagolun...
Dr.Orxan Agabəyov | 3 Noyabr 2014 05:52
Salam Ziya. Xayaların fərqli yerləşməsi hansısa problemdən xəbər vermir, bu normaya uyğun haldır. Sadəcə olaraq, bu əməliyyatdan sonra spermoqramma analizi vermək məsləhətdir, əgər göstəricilər normaya uyğun olsa - narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.