ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Azer | 24 May 2013 04:21
Salam Hekim cox uzr istiyirem menim xayaliarimin derisinde Гранулы Фордайса deyilen bir shey var sizanaq kimi bunun gelecekde sonsuzluq ve ya nese bir fesadlari ola bilermi? coxu deyir bu adi birsheydi amma sizin bir hekim kimi fikrinizi bilmek isterdim hansi derman ve ya prosedurlardan istifade etmek lazimdir Evvelceden Teshekkurumu bildirirem .
Dr.Orxan Agabəyov | 26 May 2013 08:14
Salam Azer. Fordays qranulaları, yalnız dəri(kosmetik) problemdir və sonsuzluq və ya başqa bir fəsadları yoxdur, narahat olmayın. Uğurlar.
sadiq | 23 May 2013 22:45
salam həkim mən cinsiyyət orqanımı böyütmək üçün nə etməliyəm 35 yaşım var bu gündən belə bu mümkündürmü, sonra bir dəfə oluram cinsi əlaqədə sonra həvəsim olmur marağım olmur ki ikinci dəfə birdə olum bu nə ilə bağlı ola bilər
Dr.Orxan Agabəyov | 25 May 2013 06:05
Salam Sadiq. 1. 35 yaşdan sonra, penisin ölçülərin dəyişiməsi, o qədər də məsləhət deyil, amma 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. 2. Potensiyanın zəifləməsinin səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Uğurlar.
famil | 23 May 2013 20:20
salam. uzde tuk cixmama xayalarin balaca olmasi ariq olma ezelelerin inkiwaf etmemesi testesteronun az olmaqinnandi? siz bunu mualice edirsiz?
Dr.Orxan Agabəyov | 25 May 2013 06:13
Salam Famil. Bəli, testesteron bütün bu prosessləri tənzimləyən hormondu. Bəli, mən bu problemlərin müalicəsi ilə məşğul oluram. Uğurlar.
Elnur | 23 May 2013 16:14
salam hekim.Men de ilk boshalma tez olur bunu aradan nece qaldirmaq olar.Elave olaraq onu deyim ki men elaqeden qabaq cox sevishmeye yol verirem ve bashlayanda tez boshaliram komey ederdiniz
Dr.Orxan Agabəyov | 25 May 2013 06:02
Salam Elnur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Fuad | 23 May 2013 12:50
salam.menim 21 yasim var.2 sualim var : 1).masturbasya edende erken bosalma olur,bu qadinla olanda da bas vere biler mi ? - eger bas vere bilerse,bunun tebii yolla mualicesi var mi ?, 2).cinsi orqanim 14 sm-dir,bundan sonra boyume ehtimali var mi ?
Dr.Orxan Agabəyov | 25 May 2013 05:58
Salam Fuad.  1. Bəli, cinsi əlaqə zamanı da  bu problem ola bilər. Erkən boşalmanın müalicəsində həm dərman preparatları həmdə davranış terapiyası istifadə olunur. 2. Cinsi orqanın inkişafı, adətən 17-19 yaşa kimi olur. Uğurlar.
Ceyhun | 23 May 2013 11:29
Salam hekim son zamanlar menim sidik kanalimda goyneme hissi yaranib .bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 25 May 2013 05:34
Salam Ceyhun. Sidik kanalında olan göynəmənin səbəbləri müxtəlif ola bilər - cinsi yola keçən infeksiya və ya iltihabi prosess(uretrit). Səbəbləri dəqiqləşdirmək üçün, yaxmadan analiz verin və sonra müalicə kursu keçin. Uğurlar.
mikayil | 23 May 2013 09:51
mende prosdatda yoxlatdim kalcinat var bu ne demekdi hemde gec evlenmisem namaz qilan olmuam qizla elaqede cox oladigim ucun zeiflik olub hemde tez bosalma malicenin qiymeti ne qeder edir diye bilersiz 37 yasim var
Dr.Orxan Agabəyov | 25 May 2013 05:26
Salam Mikayil. Prostat vəzidə kalsinatın olması, prostat vəzidə olan iltihabi prosessin əlamətidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
mehemmed | 23 May 2013 09:14
salam hekim alt paltarinin bos olmasi xayalara ziyan verir? sixligi nece olmalidi??? varikoseleden sonra hidroselenin olmasi normaldirmi??? cerrahiye emeliyyati olmadan hidroseleni aradan goturmek olur? vinkelman emeliyyati hidrosele ucundurmu??? xais edirem suallarimin hamisini imkaniniz daxilinde cavablandirasiniz evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 25 May 2013 06:18
Salam  Mehemmed. 1. Xayalarda temperatur artımı olmaması üçün, geniş(dar olmayan) alt paltarları məsləhət görülür. 2.  Xeyr, normal deyil. 3. Əgər hidrosele zamanı, yığılan mayenin miqdarı azdırsa, olar. 3. Bəli, Vinkelman əməliyyatı hidrosele xəstəliyində aparılır. Uğurlar.
Alim | 23 May 2013 09:06
Salam hekim, men gizla elagede olmaga gedenda, heyecanlaniram ve menda ereksiya itir ve behane getirib cixiram ordan, bela normalda ereksiya normaldir ve deyardim ki, chox yaxshidir, mena komak edin
Dr.Orxan Agabəyov | 25 May 2013 05:21
Salam Alim. Ereksiyanın normal olub-olmamasının yalnız cinsi əlaqə zamanı, əhəmiyyəti var. Yəni, əgər cinsi əlaqə uğursuz olursa, deməli erektil disfunksiya var. Çox güman ki, psixoloji səbəbləri olan problemdir.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
sebuhi | 23 May 2013 07:28
salam,Hekim.Men qohum evliliyi haqqinda sorusmaq isteyirdim.Nece yoxlamaq olarki, qohum evliliyi zamani olan usaqlar xeste olmayacaq? ve umumiyyetle tibbde qohum evliliyine nece baxilir? bu ne derecede duzgundur?
Dr.Orxan Agabəyov | 25 May 2013 05:43
Salam Sebuhi. Tibb prinsiplərinə görə, qohumlar arasında evlilik məsləhət görülmür. Belə nigahlarda olan uşaqlarda, anadangəlmə xəstəliklərin yüksək riski var.  Bu riski yoxlamaq üçün, genetikə müraciət edin, və müəyyən analizlərdən keçin(qanda yoxlanılır). Uğurlar.