Kamran | 25 May 2013 11:10
Salam doktor. Mənim problemim cinsi zeifliyi ile baglidi...adi vaxtda ereksiya guclu olsa da, cinsi elaqe zamanı olmur durmur...2-3 defə cəhd eləmişəm...indi artıq utanıram yoxlamağa da. 23 yaşım var hələ normal cinsi əlaqədə ola bilməmişəm. Sualım budur ki,toy gecəsi belə bir problemlə rastlaşmamaq üçün nəsə bir dərman olurmu?
Dr.Orxan Agabəyov | 26 May 2013 07:40
Salam Kamran. Sizdə psixogen mənşəli cinsi zəiflik var. Belə bir problemi, hansısa bir dərmanla(bir tabletka ilə) müalicə etmək mümkün deyil. Bu xəstəliyin müalicəsində həm dərman preparatları(müalicə kursu) həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
Arzu | 25 May 2013 09:54
salam həkim . 21 yaşım var .Cinsi münasibətdə olmamışam.İstəyim də azdır masturbasiya edərək təmin oluram.
İstəksizliyin olması bir problemdir mi? Penisim adi halda çox kiçik olur(1-2 sm)
Dr.Orxan Agabəyov | 26 May 2013 07:04
Salam Arzu. Cinsi istəksizlik - problemdir, yəni bu yaşda libido(cinsi istək) çox yüksək olmalıdır. Bu problemin səbəblərinini müəyyənləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Kamran | 25 May 2013 08:36
Salam doktor menim bele bir sualim olacaq quru-quru bosalmaqin bir ziyani varmi?
Dr.Orxan Agabəyov | 26 May 2013 06:52
Salam Kamran. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Ramil | 24 May 2013 20:34
Salam hekim, xahish edirem cevab verin Varikosel emelyyatinin ne kimi fesadlari ola biler ( Ziyani ) emelyyatdan sonra hansi problemler ola biler Varikoselde emelyyat mutleqdirmi? yoksa bunu emelyyatsiz mualice etmek olar ? teshekkur edirem
Dr.Orxan Agabəyov | 26 May 2013 07:56
Salam Ramil. Əgər spermoqrammanın göstəriciləri, normadan aşağıdırsa və təsdiqlənmiş varikosele var, əməliyyat mütləqdir. Varikosele, əməliyyatdan sonra təkrar yarana bilər və spermanın göstəriciləri qalxmaya bilər. Uğurlar.
gul | 24 May 2013 19:19
salam doktor qiz usaginda vaginadan aciq yasil rengde cirk gelir.bu neden ola biler ve mualice gereklidir?evvelceden minnetdariq.
Dr.Orxan Agabəyov | 26 May 2013 08:10
Salam Gul. Bu cinsiyyət sistemində, iltihabi prosessin əlaməti ola bilər, ola bilər bakterial vaqinoz var. Hər halda müalicəyə ehtiyac var. Uğurlar.
anonim | 24 May 2013 18:21
Salam hekim .Moskvada yashiyiram qabagcadan size cox teshekur edirem millete bele sherait yaratmisiz .menim size 2 sualim var 1 bezen ele hallar olur qiznan sevishirsen amma cinsi elaqe olmur bu zamam xaya alti damarlarda keskin agrilar his edirem bu ciddi bir xesteliy deyil? 2 erken boshalmani nece mualice etmek olar mazlarin komeyi olmadan .yaxud hansi maz daha yaxshidi
Dr.Orxan Agabəyov | 26 May 2013 08:01
Salam Anonim. 1. Ehtiraslanmaq amma boşalmamaq, kişi üçün şox ziyandır və ağrıların səbəbi bu faktor ola bilər, amma dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. 2.Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Abbas | 24 May 2013 17:14
Salam doktor. Bu yaxinlarda bele bir fikir esitdim bunun dogrulugunu yoxlamaq isterdim. Dogrudurmu ki boyu uzun olan qizlarin vagina kanali da uzun olur? eger beledirse 14-15 sm lik penis bele qizlari xos etmekcun kifayetdirmi?umumiyetle vagina kanali ile penis boyu arasinda nese bagliliq varmi? Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 26 May 2013 08:37
Salam Abbas. Vaqinanın dərinliyi individualdır və boydan asılı deyil. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
rinad | 24 May 2013 11:55
salam hekim. birinci cinsi munasibet 10-15 deqiqe cekir.2-ci munasibetde ise bowalma 40-45 deqiqeden sonra olur. bunun hansisa menfi terfleri yoxdur ki?
Dr.Orxan Agabəyov | 26 May 2013 08:19
Salam Rinad. Əgər cinsi əlaqənin bu qədər müddət olması, Sizi və partnyorunuzu yormursa(narahat etmirsə) - heç bir problem yoxdur. Uğurlar.
zaur | 24 May 2013 07:48
salam aleykum hekim. uzr isteyirem menim sine nahiyemde dow gilesinin altinda balaca wiw kimi emele gelib, bele 1 problemi yaratmir amma el vuranda sixanda azaciq agri hiss olunur, damar geniwlenib sanki.. buna sebeb olan amil ne ola biler, neden ola biler? mumkunduse cavablandirin, cox sagolun
Dr.Orxan Agabəyov | 26 May 2013 08:30
SAlam Zaur. Ola bilər, qinekomastiyadır(süd vəzisinin böyüməsi), səbəbləri müxtəlif endokrinopatiyalardı(hormonal balansın pozulması). Hər halda diaqnozu dəqiqləşdirmək, məsləhətdir. Uğurlar.
remzi | 24 May 2013 06:33
Salam hekim.mende erken bosalma problemi var.penisi iceri daxil edenden 50-60 saniye sonra bosaliram. sizce bu problem gelecekde usaq olmamaq problemine yol aca bilermi?
Dr.Orxan Agabəyov | 26 May 2013 08:26
Salam Remzi. Erkən boşalmanın, uşaq olub-olmamağa aidyyatı yoxdur, sadəcə əgər erkən boşalma varsa, partnyor orqazma çatmır(boşalmır). Uşaq olub-olmamasının yoxlamaq üçün, spermoqramma analizi vermək lazımdır. Uğurlar.