zahid | 26 May 2013 17:57
salam hekim.size bele bir sualim var.Menim 23 yawim var ancaq uzumde tuk cox zeif cixir hemde ki gec-gec.Men ne ede bileremki uzum tez tuklensin.uze tuk getirmek ucun bele bir derman vasitesi yaxud mualice vasitesi varmi/twk edirem evvelceden
Dr.Orxan Agabəyov | 28 May 2013 06:31
Salam Zahid. Üzdə tüklənmənin zəif olması, mütləq hansısa çatışmamazlıqla bağlı deyil, bu Sizin individual xüsusiyyətinizdə ola bilər. Orqanizmdə hansısa əngəlin olub-olmamasını yoxlamaq üçün, hormonal analiz vermək lazımdır. Uğurlar.
tural | 26 May 2013 17:27
salam hekim.siz ele bir derman deye bilersizmi ki hem cinsiyyet orqaninin mohkemliyini artirsin,hem de formasini boyuutsun.apteklerde varmi?krem olsa daha yaxwi.onlayn almaq olarmi?mexfilik ucun.sag olun
Dr.Orxan Agabəyov | 28 May 2013 05:55
Salam Tural. Penisin ölçülərini, heç bir dərman vasitəsi artırmır. Ereksiyanın zəifləməsi səbəbləri isə müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
cingiz | 26 May 2013 17:07
salam hekim.Xahiş edirəm diqqətlə oxuyun.penisimin ölçüsu adi vəziyyətdə çox vaxt 2-3 sm olur,qalan her şey qaydasındadır.bu meni narahat edir.bu normaldırmi? bunun mualicesi varmi? ve adi veziyyetde penisin ölçüsü nə qədər olmalıdır?(yaş 25)
Dr.Orxan Agabəyov | 28 May 2013 06:00
Salam Cingiz. Penisin ölçüləri yalnız ereksiya vəziyyətində, əhəmiyyətlidir, narahat olmayın. Ereksiya vəziyyətində, penisin 12 sm-dən artıq uzuluğu, normaya uyğun sayılır. Uğurlar.
sebuhi | 26 May 2013 10:33
salam hekim men porno videoya baxanda veya sevisende penisimden seffaf maye axir ,neden ola biler bu hal bir problemdimi yoxsa normaldi???ikincideki tez bosalmaile elaqeder ne deye bilersiz deqiq mualicesi varmi kime ve ne uzre hekime muraciet etmek lazimdi???evvelceden cox tesekkur edirem
Dr.Orxan Agabəyov | 28 May 2013 05:50
Salam Sebuhi. 1.Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. 2.Erkən boşalmanın müalicəsi var və mən bu problemin müalicəsi ilə məşğulam. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
kenan | 25 May 2013 20:17
Salam hekım. Hekım menım cınsıyyetımde eyrılık var, bu neden ola bıler? Ve gelecekde Problem ola bıler?
Dr.Orxan Agabəyov | 26 May 2013 08:42
Salam Kenan. Penisin əyriliyinin adətən anadangəlmə olur(genetik meyllilik olan kişilərdə), ola bilər travma nəticəsində yaransın. Əgər əyrilik ciinsi əlaqəyə girməyə mane olmursa və atmırsa, problem olmayacaq. Uğurlar.
Ozal | 25 May 2013 17:49
Salam Doktor.mende ureaplasma urealyticum mikrobu askar edilmisdir bu ovlad dunyaya getirmekde bir maneye ola bilermi?2ci sualim:Prostatda 3mm boyume var bu boyuk gostericidirmi?UZI edilen zaman 10-12 gun arasi cinsi elaqe olmamisdir.
Dr.Orxan Agabəyov | 26 May 2013 07:30
Salam Ozal. 1. Ureaplazma kişi cinsiyyət sisteminə ziyan vurur, spermanın keyfiyyətini də aşağı sala bilər. Bunu yoxlamaq üçün, spermoqramma analizi vermək lazımdır. 2. Bu cüzi böyümə sayılır, narahat olmayın. Uğurlar.
Anonim | 25 May 2013 17:37
Salam hekim size bele bir sualim var 22 yawim var trenajora gedib mewq edirem.mene amino atmagi meslehet gorduler aptekden soruwdum dediler gelecekde sonsuzluq yarada biler bu ne derecede dogrudu.aminonun ne kimi ziyani ve xeyri var?
Dr.Orxan Agabəyov | 26 May 2013 06:33
Salam Anonim. Amino - yəni aminturşular, zülalların tərkib hissələridir, hər gün biz bunu qida ilə qəbul edirik. Amino, idman qidasıdır ki, insan orqanizminə böyük faydası var və heç bir ziyanı yoxdur. Uğurlar.
aga | 25 May 2013 17:18
hekim son defe gec qurtardim .indi ise sperma gelmir .durur sirede gelir ama durmur.men cinsi elaqeye girsem sperma gelecek?
Dr.Orxan Agabəyov | 26 May 2013 07:22
Salam Aga. Spermanın gəlib-gəlməyəcəyini, proqnozlaşdırmaq olmaz. Sadəcə cinsi əlaqəyə girib yoxlayın. Əgər yenə də problem təkrarlanarsa, müalicəyə ehtiyac olacaq. Uğurlar.
Cingiz | 25 May 2013 14:23
slm hekim.normal veziyyetde cinsiyyet orqaninin uzunlugu ne qeder olmalildir?yasim 25(minimum ve maksimum) ve xayamda kicik olculu kirs var amma hekim bunun tehlukeli olmadigini soyledi.bu beledirmi? evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 26 May 2013 06:40
Salam Cingiz. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. "Kirs" termini tibbdə yoxdur, yəgin ki söhbət kistadan gedir, əgər belədirsə - kista böyümürsə, təhlükə yoxdur. Uğurlar.
samir | 25 May 2013 11:32
salam qizliq perdesi nece sm yerlewir ,... ve penisim 11 sm dir ereksiya eladi toy gecesi qizliq perdesini acmaqda problem olmuyacaq suallara cavab verdiyivize gore tewekkur
Dr.Orxan Agabəyov | 26 May 2013 06:56
Salam Samir. Qızlıq pərdəsinin yerləşləməsi individual olur, adətən 5 - 8 sm. Əgər ereksiya ilə bağlıproblem yoxdursa, narahat olmayın. Uğurlar.