cingiz | 27 May 2013 21:30
salam hekim.oglumda anadan gelme kriptorxizm var.2ayliginda mualice olunub,ancaq xeyri olmadi.indi 6ayliqdir.tekrar mualice ile her ikisi de yerine duse bilermi?yoxsa mutleq emeliyyat olunmalidir?
Dr.Orxan Agabəyov | 28 May 2013 07:30
Salam Cingiz. Müalicənin uğurlu olub-olmasını proqnozlaşdırmaq olmur, ən əsas odur ki, 2 yaşa kimi xayalar düşməsə kisəyə - mütləq əməliyyat lazım olacaq. Uğurlar.
Anonim | 27 May 2013 17:21
Salam.Mende testosteronun miqdari 19-dur. Bunu nece mualice ede bilerem tebii yolla ???
Dr.Orxan Agabəyov | 28 May 2013 06:51
Salam Anonim. Sizin analiz verdiyiniz klinikada, testosteronun norması, neçə göstərilib ki? Adətən norma , 5,41 - 19,54 nmol/l göstərilir. Əgər belədirsə, Sizdə testosteronun miqdarı normaya uyğundur. Uğurlar.
cabir | 27 May 2013 15:44
salam hekim!ilk basda bizler ucun bele serait yaratdiginiz ucun siz tewwekur edirik!Hekim size bir sual ver:uzur isteyirem menim xayalarim adi halda cox vaxti sallaq olur.ehtirasli olan vaxt ise berkiyir.bunun gelecekde nese ziyani var bu nedendi?zehmet olmasa Hekim uzurlu hesab edin birdene de sual verim.Hekim menim qan qrupum -2 di istediyim qizin qan qrupuda 3 du bu gelecekde usaq olub olmamasina problem yaratmayacaqki.zehmet olmasa bunada cavab yazarsiniz!
Dr.Orxan Agabəyov | 28 May 2013 04:59
Salam Cabir. 1. Ehtiras zamanı, xayaların bərkiməsi, tamamilə normal haldır, narahat olmayın. 2. Qan qruplarının fərqli olmasının, hamiləlik ehtimalına aidiyyatı yoxdur. Uğurlar.
Samir | 27 May 2013 10:11
salam hekim mende sperma faizi 70% oldu,amma irelihereketli 24%-dir,Ph 7,2 ,1mlde sayi 70 mln-dur.burda uşaq olma problemi var,yoxsa nese mualice goturum
Dr.Orxan Agabəyov | 28 May 2013 05:07
Salam Samir. Bu göstəricilərdə müalicəyə ehtiyac yoxdur, sadəcə əgər hamiləlik olmasa - 3 aydan sonra təkrar spermoqramma verin və köhnə nəticələrlə müqaisə edin(dinamikanı izləyin). Uğurlar.
vuqar | 27 May 2013 08:31
Salam hekim. Belimde agrilar var ve sidiye gedende arabir goynemeler olur.Cinsi elaqe zamani bosalanda goyneme olmur amma tez bosaliram. Bu bedendeki duz coxlugundan ola biler?
Dr.Orxan Agabəyov | 28 May 2013 05:20
Salam Vuqar. Beldə ağrıların və göynəmələrin səbəbi, böyrəklərdəki kristallar ola bilər. Erkən boşalmanın isə, səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
samir | 27 May 2013 06:20
Salam. Hekim, 1) Men varikoselden 2defe emeliyyat olunmusam 1ci ivanesevic usulu 2ci mikroskopik... 1ci emeliyyatda hecbir deyisiklik olmadi 2ci emeliyyatda ise 70% damarlar cekildi ama yenede qaldi. Hekimim bildirdiki yeniden yaranib ama men emeliyyat olundugum gunden o damar qaldi ve elede davam eledi.Sizce bu hekimin damarlari duz goturmemesidi yoxsa mende yeniden genislenme yaranir...2) Emeliyyata gosteris olarsa 3cu defe emeliyat ne derecede fesadi ola biler?. 3) Varikosele penisi inkisafdan saxlayirmi(olculerini)? Evvelceden teshekkur
Dr.Orxan Agabəyov | 28 May 2013 05:25
Salam Samir. 1.Varikosele əməliyyatından sonra, təkrar varikosele yaranma riski var. 2. Bu situasiyada, əsas faktor spermoqrammanın göstəriciləridi. 3. Varikoselenin, penisin ölçülərinin inkişafına, heç bir aidiyyatı yoxdur. Uğurlar.
anonim | 26 May 2013 23:44
slm hekim.sual budu sidik kanalimda meni narahat eden aciwma olur bu ne ile eladedardr?qeyd edimki,sol boyreyimde coxlu duz kristali var.ola biler duzla elaqeli olsun?boyuk kristal 6smdr.aciwma penisimde olur iceride.tewekkur.
Dr.Orxan Agabəyov | 28 May 2013 05:34
Salam Anonim. Sidik kanalında olan göynəmə, müxtəlif səbəblərdən ola bilər - cinsi infeksiyalar(qonoreya, trixomonada, xlamidiya), iltihabi prosess(uretrit) və s. Səbəbi yoxlamaq üçün, yaxma analizi vermək, məsləhətdir. Uğurlar.
ferid | 26 May 2013 21:38
salam hekim mende xayalarin alt nahiyesinde ağ sepkiler olur mene cox qaşıntı verir bu sizce nedir onuda deyimki cinsi elaqede olmamisam.cox sagolun
Dr.Orxan Agabəyov | 28 May 2013 05:39
Salam Ferid. Ola bilər, Sizdə göbələk infeksiyası var. Amma dəri problemlərində, diaqnozu dəqiqləşdirmək üçün, həkimin baxışı vacibdir. Uğurlar.
ferid | 26 May 2013 21:30
salam hekim mende adi veziyyetde penis balaca olur xayada balaca olur amma ereksiya zamani 13-14sm olur bu normaldi?adi veziyyetde penisin balaca olmaqi problemli bir haldir? tesekkurler
Dr.Orxan Agabəyov | 28 May 2013 05:47
Salam Ferid. Penisin ölçüləri yalnız ereksiya vəziyyətində, əhəmiyyətlidir, narahat olmayın. Uğurlar.
XAN | 26 May 2013 18:12
Salam hekim. oyrenmek isteyirem ki varikasel deyen bu xesteliyi cerrahiyye emeliyyati olmasi ne qeder cetin ve ya asan bir emeliiyatdi? ve varikaselin genc yasda olamasinin gelecekden ne kimi fesadlar torede biler?
Dr.Orxan Agabəyov | 28 May 2013 06:27
Salam Xan. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Varikosele əməliyyatı, çətin əməliyyat sayılmır. Uğurlar.