ilgar | 28 May 2013 17:06
Doktor salam, xais edirem sualima tecili cavab veresiniz inanin menim hekime getmeye 2 deq vaxtim yoxdur.
Doktor menim cinsiyyet orqanimda xirda qirmizi ici sulu kimi sepgiler emele gelib , o neden olar,.?
Dr.Orxan Agabəyov | 29 May 2013 18:43
Salam İlgar. Ola bilər herpes virusu olsun, daha dəqiq müayinədən sonra demək olar. Uğurlar.
sebuhi | 28 May 2013 15:01
salam hekim size butun islerinizde muveffeqiyetler ve can sagligi arzu edirem sizki genc nesil ucun bu cur serait yaratmisiniz Size cox cox tesekkur edirem.yenede size ugurlar sesiniz dahada yuxarilardan gelsin!!!
Dr.Orxan Agabəyov | 29 May 2013 18:16
Salam Sebuhi. Xoş sözlərə görə, təşəkkürlər, çox sağolun.
anonim | 28 May 2013 14:16
salamim doktor. men heyat yoldasimda faiz a15,a b 32 kruger usulu ile morfologiya normal cemi 4 % . tebii yolla hamile qalma şansim ne suni maya ile bagli ne meslehet gorersiz .tesekkur edirem.
Dr.Orxan Agabəyov | 29 May 2013 18:32
Salam Anonim. Yoldaşınız, spermoqrammanı hansı standartlar ilə verib? Əgər köhnə standartlarla(a+b - 50%) - onda hərəkətlilik faiz normadan aşağıdır. Ümumiyyətlə, hansısa məsləhət vermək üçün, informasiya azdır(evliliyin müddəti, aparılan müalicələr, qadının sağlamlığı haqqında informasiya). Uğurlar.
Ruslan | 28 May 2013 13:15
salam hekim.narahat edirem sizi.mende vorikoselim var.ama hekim muayinesine ve emeliyyat olunmaqdan cekinirem.cunki dostumda hem lazer hem de adi usulla emeliyyat olnub amma hec bir faydasi olmuyub.zehmet olmasa bunun bir defeye mualice olunmasinin yolunu gosterediz.hormetle potsien Ruslan
Dr.Orxan Agabəyov | 29 May 2013 18:05
Salam Ruslan. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
ferid | 28 May 2013 11:24
salam hekim xayalarin alt hissesinde olan ag sepkiler eger gobelekdirse bu xestelik neden kecib?ama onu qeyd edimki cinsi elaqede olmamisam.bes onda bu neden kece biler
Dr.Orxan Agabəyov | 29 May 2013 18:01
Salam Ferid. Göbələk infeksiyası ilə yoluxma məişət yolu ilə də ola bilər - hamamda, saunada, üzgüçülük hovuzunda və s. Uğurlar.
vusal | 28 May 2013 10:51
salam hekim.men 2009cu ilde sol terefli varikoseleden emeliyyat oldum.sonradan yene agrilar oldu.2ci defe 2013de Marmar usulu ile oldum.indi solda agri yoxdu,sagda biraz agri olur.sol xayada atrofiya var.sual;emeliyyat normal olub ve problem yaranmaz?2ci emeliyyatdan qabag spermaqramma verdim,neticeler;hecm 4,2ml, pH 7,6, durulawma vaxti 50deq, 1mln-da spermatozoidlerin sayi 18mln, umumi hecmde sayi 75,6mln, ireli hereket 35%,reqsi 37%,hereketsiz 28%,tam hereket 72%,patoloji forma 56%yawama qabiliyeti 78%,spermaqlutinasiya yoxdu,leykosit
Dr.Orxan Agabəyov | 29 May 2013 18:09
Salam Vusal. Vəziyyəti normal olu-olmamasını yoxlamaq üçün, spermoqramma verin - əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Anonim | 28 May 2013 09:11
Salam.Mende testosteronun miqdari 19-dur. Norma olaraq 20-24 gosterilib.Tebii yolla nece artirmaq olar ???
Dr.Orxan Agabəyov | 29 May 2013 17:48
Salam Anonim. Belə normativlər mövcud deyil. Fərqli klinikada, təkrar testosteronun səviyyəsini yoxlayın. Uğurlar.
Nicat | 28 May 2013 08:45
Salam hekim.menim penisimde awagi dogru eyrilik var.sonsuzluga sebeb ola bilermi.bunun mualicesi mumkundurmu?
Dr.Orxan Agabəyov | 29 May 2013 17:54
Salam Nicat. Penisin əyriliyi sonsuzluğa səbəb olmur, ümumiyyətlə uşaq olub-olmamasını kişidə yoxlamaq üçün - spermoqramma analizi verilir. Əgər penis əyriliyi, cinsi həyat yaşamağa əngəl olursa, müalicə aparılır(cərrahi yada konservativ). Uğurlar.
oguz | 28 May 2013 06:07
salam hekim men bosalan zaman xayalarimdan birinin boyumesini ve gerginlesmesini hiss edirem yungul agri da olur sanki amma digerinde bele problem olmur bu neye gore beledi? cox sagolun
Dr.Orxan Agabəyov | 29 May 2013 17:37
Salam Oguz. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Elnur 25 | 28 May 2013 04:45
Salam hekim,sizden xahiş edirəm bu sualımı geniş cavablandırasınız.25 yaşım var sperma çox az gelir 2-3 damcı ,siqaret çəkirəm,içkidə içirəm amma heddini aşmıram,bunların fesadları ola bilər ? nece artırmaq olar ? qapaqcadan çoxlu teşekkürlər.
Dr.Orxan Agabəyov | 29 May 2013 17:32
Salam Elnur. Siqaretin və alkoqolun, spermanın keyfiyyətinə mənfi təsiri var, amma spermanın az olması, daha çox prostat vəzində və toxum kisəciklərində olan iltihabi prosesslə bağlı ola bilər. Hər halda, səbəblər dəqiqləşdirilib, düzgün müalicə təyin etmək olar. Uğurlar.