ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elcin | 29 May 2013 11:45
salam hekim sualim budurki men 4-5yasinda yixilmiwam xayamin biri ezilib demek olarki eriyib.cuzi bir nese qalib deri fason nese.bunun gelecekde ne kimi ziyani ola biler onceden twk
Dr.Orxan Agabəyov | 31 May 2013 07:32
Salam Elcin. Ola bilər, spermanın göstəriciləri aşağı olsun. Bunu yoxlamaq üçün, spermoqramma analizi verin. Əgər göstəricilər, normaya uyğundursa, narahat olmayın. Uğurlar.
anonim | 29 May 2013 10:11
salam hekim. men yoldasimla cinsi elaqede. olanda hec bosalmiram.8 ildi ayleliyik evvellerde bele idi malice etdim 8 ayliq usaqim var .indi yenede hemin veziyyetdir.eseblerim pozulub men ne edim.hissiyyat yoxdu.
Dr.Orxan Agabəyov | 31 May 2013 07:38
Salam Anonim. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
orxan | 29 May 2013 09:33
salam hekim.men xayalarda olan agrilara gore.xayalarin dopler muayinesinden ve prostatin UZM in muayinesinden kecdim..mende xayalarda xr.orxit prostatda ise Sistit,xr prostatitin (EXO elametleri)iltihab xestelikleri tapilib.bunun sebebi 2 il onceden cinsi yolla kecen infeksiyalarin duzgun mualice olunmamasi ola biler?hal hazirda mendeki bu iltihab xestelikleri mualice yolu ile tamamile kecib sagalan xestelikdi? xaiw eliyirem cavab yazasiz.
Dr.Orxan Agabəyov | 31 May 2013 07:26
Salam Orxan. 1. Cinsi infeksiyaların düzgün olmayan müalicəsi bu problemlərə gətirib çıxara bilər. 2. Düzgün müalicə yazılsa, bu xəstəliklər sağala bilər, amma müəyyən müddətdən sonra profilaktik müalicə kurslarından keçməlisiz. Uğurlar.
SAMIR | 29 May 2013 09:26
salam.hekim.penisimde 3 dene balaca sisaga oxwayir ag rengi var amma sixmaq olmur berk formadadi.hardasa 1mm olar.olar nedi ele?
Dr.Orxan Agabəyov | 31 May 2013 07:14
Salam Samir. Ola bilər, Fordays qranulalarıdır, yəni piy vəziləri. Ümmumiyyətlə, dəri problemlərində baxış olmadan, nəsə demək çox çətindir. Uğurlar.
Ramin | 29 May 2013 08:40
salam Doktor : Mende cinsiyyet orqaninin olcusu aktiv veziyetde 14,5 cm -dir. Mende narahatliq yaradir. Bu normal olcudur ? eyer kicikdirse kimyevi ve qormonalni pereparatlar lazim olmadan tebii yolla inkishaf etdirmek movcuddur ? onceden Teshekkur edirem...
Dr.Orxan Agabəyov | 31 May 2013 07:09
Salam Ramin. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir təbii vasitə, təsir etmir. Uğurlar.
Anonim | 29 May 2013 07:49
здравствуйте Доктор, что советуете предпринимать при варикоцеле первой стадии? возможно обойтись без хирургического вмешательства?
Dr.Orxan Agabəyov | 31 May 2013 07:02
Здраствуйте Anonim. В принципе при первой стадии варикоцеле, операция не проводится. Но все зависит от результатов спермограммы, если показатели  не соответствуют нормам, необходима стимуляция сперматогенеза. Удачи.
Ramil | 29 May 2013 05:52
Hekim salam. Menim 25 yawim var. Cinsi orqanin papaq hissesinin boqaz hissesine mueyyen muddetden bir erp yiqilir. Adi el ile ve ya cimerken temizlenir . Daha sonra mueyyen muddetden sonra yene eyni hal tekrarlanir. Diger hec bir narahatciliq yoxdur. Normal cinsi elaqeye girirem. Duzdur ardicil ikinci defe cox da rahat alinmir. Umumiyyetle birinciden sonra hemiwe men hevesden duwurem. Birincide ise ehtiras cox guclu olur. Sperma ifrazinda da problem yoxdur. Bu papaq hissenin ile boqaz hisseye yiqilan sari rengli erpe benzer nedir ve bu ne ile elaqedardir?
Dr.Orxan Agabəyov | 31 May 2013 07:00
Salam Ramil. Ola bilər, göbələk infeksiyasıdır. Amma daha dəqiq, yalnız baxış zamanı demək olar. Uğurlar.
razin | 28 May 2013 20:36
salam hekim narahat etdiyim ucun evelceden uzur isteyir mende erkem bowalma hallari meni narahat edir ve 2 ci defe cox gec olurem bunu nece mualice etmek olar ve xaiw edirem na qeder xerci var onu deyesiniz
Dr.Orxan Agabəyov | 29 May 2013 17:45
Salam Razin. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
rustem | 28 May 2013 19:37
salam hekim. size bele 1 sualim olacaq. men 7 aydi evliyem. Iranda spermoqram oldum volume - 1.0 PH - 7.1 bu ne demekdi? xahis edirem sualimi cavablandirasiz. evvelceden tesekkuler
Dr.Orxan Agabəyov | 29 May 2013 18:22
Salam Rustem. Volume - spermanın həcmi, normada 1,5 ml-dən artıq olmalıdır. Ph- mühitin göstəricisidir. normada - 7,2- 7,8 olmalıdır. Amma bu göstəricilərdən savayı, spermanın başqa vacib göstəriciləri var - 1ml-də spermotozoidlərin sayı, hərəkətlilik faizi və s.  Uğurlar.
Elshen | 28 May 2013 19:02
salam Orxan hekim . menim sualim oglumla baglidi ,kechen il sunnet olundu , sunnent eleyen hekim deyil o dedi ki bu ushaqda maya yoxdu anadan gelme , yeni penis balacadi ya nese bele bishey , dedi 13-14 yashlarinda duzelecek , bu haqda bir fikir deyerdiz chox xahish edirem
Dr.Orxan Agabəyov | 29 May 2013 18:47
Salam Elshen. Tibbdə "maya yoxdu" termini istifadə olunmur, əgər söhbət penisin ölçülərinin kiçik olmasından gedirsə - ola bilər hormonal problemlər var, ona görə inkişaf getmir. Birdəki, hər yaşa uyğun, penisin ölçülərinə aid normativlər var, əvvəl yoxlayın - əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.