azad | 30 May 2013 13:21
salam hekim menim uzume tuk gec gec cixir 20yawim var 3 cu dereceli varikoz var onda ola biler xahiw edirem etrafli yazasoniz
Dr.Orxan Agabəyov | 1 İyun 2013 05:55
Salam Azad. Üzün tüklənməsinin dərəcəsi, individual xüsusiyyət də ola bilər, mütləq hansısa problemlə(ən real səbəb, hormonal pozğunluqdur) ifadəsi deyil. Varikoselenin üzün tüklənməsi prosessinə, heç bir aidiyyatı yoxdur. Uğurlar.
Anar | 30 May 2013 13:08
Salam hekim. men varikosel emeliyati olmusam. emeliyatdan 20 gun sonra cinsi elaqede olmaga baslamisam gun asiri. bele tez baslamagin ne fesadlari ola biler?
Dr.Orxan Agabəyov | 1 İyun 2013 05:50
Salam Anar. Adətən varikosele əməliyyatından sonra, 1 ay cinsi əlaqəyə girmək, məsləhət görülmür. Fəsadlar əsasən xayaların əlavə yüklənməsi ilə bağlıdır, əgər ağrı və narahatlıq yoxdursa, spermoqramma verin və nəticələrə baxın -əgər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
orxan | 30 May 2013 12:22
salam hekim.men cinsi elaqeye girenden sonra yanimin ustu canaq hissesi bir az sancir.ele bil agir yuk qaldirmiwam.ozumu cox narahat hiss edirem.bu ne ile elaqedar olar?
Dr.Orxan Agabəyov | 1 İyun 2013 06:10
Salam Orxan. Ola bilər bu ağrı, prostat vəzinin iltihabının(prostatitin) əlamətidir. Amma cinsiyyət sistemi ilə bağlı olmaya da bilər(əzələ ağrısı və s.). Dəqiqləşdirib, aradan qaldırmaq olar. Uğurlar.
Sadiq | 30 May 2013 12:19
Salam hekim necesiniz?
Men 2 ildir evliyem, ancaq heleki evlat sahibi olabilmemisem. sebebi sperm azligidir, Bununla elaqeli mualice almisam ancaq cox da effektli deyisiklikler olmayib.say birnece milyondur. Bununla elqeli sizin merkezde mualice varmi ve ya meslehetlerinizi xais edirem.
evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 31 May 2013 12:21
Salam Sadiq. Birinci növbədə, spermotozoidlərin azlığı səbəblərini müəyyənləşdirmək lazımdır, sonra müalicə təyin etmək. Mən kişi sonsuzluğu problemi ilə məşğul oluram. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
huseyn | 30 May 2013 12:00
salam həkim. Mən analiz verdim.Məndə spermanın 51% ,aktivlik 28 %, az hərəkətlilik 23% dır.
Bu göstəricilər normaya uyğundurmu?
Dr.Orxan Agabəyov | 31 May 2013 08:43
Salam Huseyn. Hərəkətlilik faizləri normaya uyğundur, amma digər göstəricilərdə vacibdir, məsələn 1 ml-də spermotozoidlərin miqdarı. Uğurlar.
vusal | 30 May 2013 09:33
salam doktor.men 4aydi varikoseleden emeliyyat olmuwam.evvel spermaqramma vermiwdim,gostericiler;hecmi4,2ml,konsistensiya 1,2,ph7,6,1ml-de say18mln,umumi say75,6mln,ireli hereket 35%,reqsi37%,hereketsiz28%,cemi72%,pat,forma56%.hormonlardan prolaktin yuxaridi462,mende uwaq olma ehtimali necedi?
Dr.Orxan Agabəyov | 31 May 2013 08:39
Salam Vusa. Sizdə spermoqrammanın göstəriciləri tamamilə norma uyndun olub. Və bu göstəricilərlə, uşaq olmasına kişi tərəfdən heç bir əngəl yoxdur. Təkrar spermoqramma verin, əgər göstəricilər düşməyibsə, narahat olmayın. Uğurlar.
Quliyeva Nurana | 30 May 2013 09:12
salam hekim menim heyat yoldasim 6 may tarixinde sol xayadan emeliyat olunub bele desek inkisafdan qaldigi ucun xaya cixarilibdir o biri xaya saglamdir xaya boslugundadir strukruru hemcinsdir problemi yoxdur.emeliyatdan once sperma 0% idi emeliyatdan sonra bu spermanin faizinin artmasi gozlenilirmi?cerrah deyirki 3 ayda yeni sperm huceyreler yaranmalidir bes siz bir androloq olaraq ne meslehet gorerdiniz?qisada olsa melumat vererdiniz sagolun
Dr.Orxan Agabəyov | 31 May 2013 08:28
Salam Nurana. Əgər sağ xaya sağlamdırsa, niyə əməliyyatdan öncə hərəkətlilik faizi - 0 % idi? Çox güman ki, hərmonal pozğunluq da var. Hər halda, 3 ay gözləyin və spermoqramma analizindən sonra hər şey aydın olacaq. Uğurlar.
ilham | 30 May 2013 02:01
salam sizin klinika harada yerlewir
Dr.Orxan Agabəyov | 31 May 2013 07:20
Salam İlham. Nyu med klinikası, Həsən Əliyev küçəsi, 29. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Kenan | 29 May 2013 19:33
salam hekim ,menim hisslerim coox zeifleyib ,evvelkiki kimi ehtiraslana bilmirem ,iki uc defe hekime getmiwem mualice almiwam,mualicenin cemi uc ay xeyri olub ,sonra hemen zeifliy geri qayidib ,yanimda qadin lut soyunanda bele mende hissler oyanmir ,24yawim var,xaiw edirem mene komey edin,evveller goren kimi cinsi orqanim dururdu indi ise ozun elimle koney etmesem durmur ,buda meni coox narahat edir,komey etseniz sevinerem ,evvelceden tewekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 31 May 2013 07:23
Salam Kenan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
zamir | 29 May 2013 12:15
salam hekim sualima gore uzr isteyirem. menim sol xayam agri verir bu 1 hefte olar arada sanci verir bunun ciddi problemi var?
Dr.Orxan Agabəyov | 31 May 2013 07:12
Salam Zamir. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.