ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
celal | 31 May 2013 15:06
salam mende sidiye gedrem sidikden iy gelir bilmek isderdim prablemim nedir menim
Dr.Orxan Agabəyov | 1 İyun 2013 06:36
Salam Celal. Çox güman ki, Sizdə sistit(sidik kisəsinin iltihabı) var. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Emin | 31 May 2013 11:29
Salam. Evvelceden size teshekkür edirem. Bilmek istiyirdim ki, siqaret chekmeyin cinsi heyata ve esasen ereksiyaya ne tesiri olur? Ve umumiyyetce olur ve yaxud yox?
Dr.Orxan Agabəyov | 1 İyun 2013 06:32
Salam Emin. Siqaret çəkmək, cinsi sağlalığa mənfi təsir göstərir. Saytda məqalə var - Zərərli vərdişlər və seks, bu məqalədən mövzu ilə bağlı ətraflı məlumat ala bilərsiz. Uğurlar.
anonim | 31 May 2013 09:25
Salam hekim .men yenede sizi narahat edirem cax sagolun ki mene cavab yazdiz.amma men nece illerdi ki bundan eziyyet cekirem.bagislayin cinsi elaqede olanda hec sperma gelmir.amma analiz vermeye gedende gelir. cinsi elaqede olmaq hissi yoxdu .aynan yoldasimla yasamiram .nece illerdi usaqin olmamaqinin sebebi bu idi. indi eseb dermanlari icirem o dermanlarin terkibinde cinsi elaqeni zeyifledir.spermaninU aktiv huceyreler daha coxdur.infekcalar yoxdur.bilmek isteyirem ki men eseblerimi malice edirem hekim mene 1 il malice deyib siz ne deyerdiniz. .
Dr.Orxan Agabəyov | 1 İyun 2013 06:23
Salam Anonim. Əsəb sistemi ilə yanaşı, cinsiyyət sistemini də müalicə edin. Yəni cinsi əlaqə zamanı, spermanın gəlməməsi səbəbləri var - bu səbəbləri araşdırıb, müalicə kursu təyin olunmalıdır. Uğurlar.
afiq | 31 May 2013 06:19
salam hekim.men 2 ildi aileliyem.hekim muayinesinnen kecdim.mende varikoz vasbalenni infekciya oldigini dediler.varikaselde aperasiya oldum.o biri mualiceleride etdim.snradan muyineden kecdim hekim problemun yoxdi deyir.ama yene de usagimiz olmur.xahis edirem cavablandirun.tesekkur
Dr.Orxan Agabəyov | 1 İyun 2013 06:18
Salam Afiq. Ən əsas spermoqramma verin, əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Əgər normadan azdırsa, deməli yazdığınız problemlərin hansısa, hələ tam keçməyib. Uğurlar.
kama | 31 May 2013 06:12
salam hekim men iki ildi aileliyem.26 yasim var.cinsi elaqede olarken mende hecbir hiss olmur.uziden ve diger muayinelerden kecmisem.biraz matqada eyriliy oldigini dedi hekim.sizce bu normal birseydi
Dr.Orxan Agabəyov | 1 İyun 2013 06:03
Salam Kama. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var.  Uğurlar.
nuru | 31 May 2013 06:06
salam hekim.penisi necese boyutmek olar?ve siz bu problemi hell ede bilersiz
Dr.Orxan Agabəyov | 1 İyun 2013 06:01
Salam Nuru. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Anonim | 30 May 2013 19:58
Hekim salam. Sualimi etrafli zehmet olmasa cavablandirardiz. Mende penisin uzunluqu narat edir. Zehmet olmasa nomre qoyardiz elaqe ucun.
Dr.Orxan Agabəyov | 31 May 2013 20:45
Salam Anonim. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Simral | 30 May 2013 17:56
Salam həkim..üzr istəyirəm, mənəd əvvələr həmişə səhərlər dururdu, amma son iki-üç aydı durmur çox nadir hallarda durur. Bunun səbəbi nə ola bilər? Nə müalicə məsləhət görürsüz?Özüm subayam.23 yaşım var.
Dr.Orxan Agabəyov | 31 May 2013 20:42
Salam Simral. Ola bilər , Sizdə testosteronun(cinsi hormonun) səviyyəsi aşağı düşüb, amma başqa səbəblərdə ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin oluna bilər. Uğurlar.
nicat | 30 May 2013 16:34
salam hekim size bele bir sualim cinsi elaqe zamini men tez qutariram istediyim hezzi ala bilmirem. bun sebebi sizce ne ola biler. evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 31 May 2013 20:32
Salam Nicat. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Rustem | 30 May 2013 15:24
salam hekim. Sualimi cavablandirdiginiz ucun cox tesekkur edirem. Xahis edirem eger imkan olsa bu sualimi da cavablandirasiz. 7 aydi aileliyem. Iranda spermoqram olundum. Hemin analizin cavabin oldugu kimi size yaziram. Bilmek istirem ki bu gostericiler ne demekdi? Ve bu gostericilerle men ovlad sahibi ola bileremmi? volume - 1.0 color - milky liquefaction time - 30 viscosity - normal PH- 7.1 Comment - No sperm after centrifuged
Dr.Orxan Agabəyov | 31 May 2013 20:26
Salam Rustem. Bu spermoqrammaya görə, Sizdə toxum yoxdur. Mütləq təkrar spermoqramma verin(bu analiz üçün İrana getməyə ehtiyac yoxdur). Əgər göstəricilər yenə zəif olsa, ciddi müalicə lazım olacaq. Uğurlar.