ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Zaur | 1 İyun 2013 19:22
Salam doktor. Men 33 yashindayam. Mende bir muddet (2-4 hefte) seksle meshgul olmayanda ve ehtiraslananda belim ve xayalarim agrimaga bashlayir. Sekle mehsgul olub boshalandan sonra ise kecir. Bu normaldir ?
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:42
Salam Zaur. Bəli, bu tamamilə normaldı - cinsi həyatda böyük fasilələr, kişi cinsi sağlamlığı üçün çox ziyandı. Fasilələr verməyin, müntəzəm cinsi həyat yaşayın və  ağrılar olmayacaq. Uğurlar.
Elçin | 1 İyun 2013 18:36
Salam Orxan həkim! zəhmət olmasa yazardınız, sizin klinikada bütün uroloji bölgənin uzi edilməsi üçün şərait var mı? Təşəkkür. Hörmətlə Elçin.
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:39
Salam Elçin. Bəli, bizim klinikada belə bir şərait var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
orxan | 1 İyun 2013 16:30
salam hekim menim 13 ysim var ve boyum 173sm men demek olarki her gun 2-3defe sperma atiram doze bilmirem bu mene gelecekde problem ola bilermi?
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:38
Salam Orxan. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Elshen | 1 İyun 2013 16:29
salam hekim. size sual vermishdim , cavab verdiyinize gore size teshekkur edirem .yene sualim var bagishliyin bashagrisi olmasin. menim oglumda olan penisin olchulerinden sual vermishdim . evvelce ushagin yashini deyim size 11 yashi var. eger burda hormonal pozgunluqlar varsa inkishaf buna gore getmirse neynemek lazimdi meslehetiniz nedi ?. evvelden cavaba gore minnetdaram
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:46
Salam Elshen. Birinci növbədə, müəyyənləşdirməlisiniz - hormonal problemlər var ya yox. Bunun üçün, klinikada hormonlardan analiz verilməlidir. Uğurlar.
Anonim | 1 İyun 2013 15:55
Hekim salam xais edirem cavablandirardiz.men analiz verdim birinci defe mende sosoccocue aurea bele mikrob cixdi ikinci defe ueraplazmoz cixdi nece edim deqiq bilmek ucun .mende xayada aqri olur seliklik aq maye birdeki sheffav su qelirdi mualiceden sonra xaya aqrim gedib birdeki aq maye helede qelir mualicem 1 heftedi qedir.men deqiq nece bile bilerem mendeki nedir hara muaraciet edim Sumqayitda hekimlerden eziyyet cekirem
Dr.Orxan Agabəyov | 2 İyun 2013 09:06
Salam Anonim. Cinsi infeksiyaları yoxlamaq üçün ən əsas diqnostikanın metodu düzgün seçilməlidir. Məsələn ureaplazmanı yoxlmaq üçün - yaxmada PZR metodu ilə analiz aparılmalıdır. Əgər etdirdiyiniz analizlərə şübhələriniz varsa və ya düzgün metodika ilə aparılmayıb, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, mən çalışaram Sizə kömək edim. Uğurlar.
anonim | 1 İyun 2013 13:09
Salam Doktor.erken boshalma haqqinda meqalenizi oxudum.size bir sualim var?men yazdiginiz kimi de, qadinla cinsi elaqede 7,3 deqiqeden de cox oluram.ama qadin ,qurtara bilmir,bezen 10 deqiqeden de cox cekir, qadinin cinsiyyet orqani butun ,yash veziyyete dushur, ama qutarmir, bu ne ile elaqedardir?deyilene gore, eger usaq dogarsa , bu problem kecib geder, bu duzgun deyilimdirmi?cox sag olun!
Dr.Orxan Agabəyov | 2 İyun 2013 09:03
Salam Anonim. Bəli, elə qadınlar var ki, onları orqazma çatdırmaq üçün dah çox vaxt tələb olunur. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən və s. Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var.  Uğurlar.
emil | 1 İyun 2013 11:05
salam . men de cinsi elaqede olanda tez kutariram. chox vaxtlar da sekse hevesim olmur. qelyan chox chekirem. evvelceden minnetdaram. bir sozde sorushum cinsi aktivliyi sizde mualice edirler?
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:25
Salam Emil. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Və bu müalicələrlə əlaqədar, mənə müraciət edə bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elvin | 1 İyun 2013 06:51
Salam hekim .Mənim həyatimda bir qadin olub və həmin qadindan bir usaqim var 3 il bundan qabaq . İndi 6 aydir ki yeni ailə qurmusam və bu müddət ərzində evladımız yoxdur həkimə getdik. Yoldasim da mən də analiz verdik . Yoldasimda prolaktilin yuksek oldu və 2 i virus cixdi . mendə isə spermanin cox zeyif oldugunu dedilər . Analizmi aparıb uroloqa getdim uroloq xayalarima baxıb . sol xayada 3-cü dərecəli varkosele oldugunu dedi və usagimizin olmamagının sebebi menlik oldugunu dedi. Ancaq əmelyatla mümkün oldugunu dedi. sizcə əməliyatsız mualicə ilə usagım ola bilərmi? əgər əməliyat olunsam usagım olma ehtimalı coxalar yoxsa azalar? siz nə mesləhət görərdiniz ? Əvvəcədən təşəkkürümü bildirirəm.
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:49
Salam Elvin. Birinci növbədə, Siz xayaların doppler müayinəsindən keçməlisiz - biz 2013 ildə yaşayırıq və müasir dövrdə, varikosele diaqnozu yalnız doppler müayinəsində təsdiqlənir. Və bu müayinəni savadlı USM mütəxəssisi yoxlamalıdır, yəni qərar verilir - əməliyyat ya yox. Əgər varikosele diaqnozu təsdiqlənərsə və spermanın göstəriciləridə zəifdirsə -əməliyyat etmək məsləhətdir. Uğurlar.
Natiq | 1 İyun 2013 06:32
salam hekim cİnsi orqanın ölçüsü 10 sm olar bu necedi menim geleceyime menfi tesiri var normal oluram normal qurtariram
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:25
Salam Natiq. Əgər hər şey qaydasındadırsa, narahat olmayın. Ölçülər cinsi əlaqəni həyata keçimək üçün yetərlidirsə, tibbi problem yoxdur(amma çox kişilər ölçülərdən narazıdırlar). Uğurlar.
Abbas | 1 İyun 2013 06:12
Salam doktor. Spermotaqramma ve testesteron analizi vermek isteyirem bununcun telebler nedir? Yeni yeyib yememek cinsi elaqede olub olmamaq kimi telebler varmi? Bir de sizin klinikada bu analizler qebul olunurmu? Zehmet deyilse qiymetini yazardiniz. Birde klinikanin deqiq unvanini. Tesekkur edirem.
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:20
Salam Abbas. Spermoqramma vermək üçün əsas tələb - 3 günlük cinsi pəhriz, testosteronun səviyyəsini yoxlamaq üçün - klinikaya açqarına gəlməkdir. Bizim klinikada, testosteron analizinin qiyməti - 15 AZN, spermoqramma- 20 AZN-dir. Nyu med klinikası, Həsən Əliyev küçəsi, 29. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.