ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Morgan | 2 İyun 2013 15:20
Salam hekim!Men 2007ci ilde varikaseleden emeliyyat oldum.Emeliyyatdan sonra sol xayada şiş qalmişdi.Indi o şiş daha da böyüyüb,inanilmaz derecede.Müayine ucun etibarli hekim tanimiram,size muraciet etmek isteyirem,amma ilkin melumat kimi bilmek isteyirdim bu cox qorxulu faktdi,yoxsa caresi var?Xahiş edirem sualimi cavablandirin.Evvelceden minnetdaram!
Dr.Orxan Agabəyov | 4 İyun 2013 06:18
Salam Morqan. Ola bilər Sizdə hidrosele yaranıb. Amma birinci növbədə dəqiqləşdirmək lazım olacaq. Xayalar toxumyarnmada əsas orqanlardı və xayalarda olan problemlər tez aradan qaldırılmalıdır. Uğurlar.
Kenan | 2 İyun 2013 11:54
salam Orxan hekim sualim pis cixsada ama bagislayin bilmek isteyirem ki, Azerbaycanda penis uzadan derman var ve qiymeti necedi
Dr.Orxan Agabəyov | 4 İyun 2013 06:09
Salam Kenan. Heç bir dərman vasitəsi, penisin ölçülərinə təsir etmir. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Reshad | 2 İyun 2013 08:31
Salam hekim.Menim 22 yasim var,subayam.Men,sozun esl menasinda cinsi elaqede olmaqdan qorxuram.Yeni ki heyecanli olduguma gore cinsi elaqede ola bilmirem.Ancaq ureyim cinsi eleqede olmaq isteyir.Normal mastrubasiya ede bilirem.Heyecanlanmaga qarsi nese bir derman varmi hekim mene deyerdiniz zehmet olmasa.
Dr.Orxan Agabəyov | 4 İyun 2013 05:58
Salam Reshad.  Sizdə, çox güman ki, psixogen mənşəli erektil disfunksiya adlanan problem var. Bu problemin müalicəsində həm dərman preparatları(müalicə kursu) və rasional psixoterapiya üsulları, istifadə olunur. Bu problem, yalnız həyəcanı aradan qaldırmağa kömək edən dərman vasitəsi ilə, həll olunmur. Uğurlar.
Cavidan | 2 İyun 2013 08:03
Salam hekim,cox xais ederdim cavablandirasiniz, eger qadinla cinsi eleqe zamani spermani yere bosaldib,tekrar eleqa zamani ikinci defe icine bosaldanda uşaq ola biler?
Dr.Orxan Agabəyov | 4 İyun 2013 05:52
Salam Cavidan. Bəli, bu haldada hamiləlik ehtimalı var. Uğurlar.
kama | 2 İyun 2013 07:07
salam hekim.normal kiside e qadinda bosalma nece deqiqeye olmalidi.birdeki yoldasimda penisin kenarinda prisik kimi ag sepgiler olur ve o sepgilerden su axrdi.bu neden olar
Dr.Orxan Agabəyov | 4 İyun 2013 05:47
Salam Kama. Kişilərdə normal boşalmanın müddəti - 7-8 dəqiqə təşkil edir və bu müddətdə adətən qadında boşalma gedir. O ki qaldı səpgilərə, ola bilər herpes virusu olsun, amma daha dəqiq baxış zamanı təyin etmək olar. Uğurlar.
afiq | 2 İyun 2013 07:02
salamun eliykum.allah sizden razi olsun.siz agir is rejimine baxmayarq bizlerin suallarin cavablandirirsuz.tesekkur edirem buna gore.hekim el arasinda bel cekdirmey deyilen sozki var.sizce bu .dogrudu ve sebebi olan birseydi.cogsagolun
Dr.Orxan Agabəyov | 4 İyun 2013 05:43
Salam Afiq. Fikrimcə, klassik tibb üsulları  ilə müalicə, daha effektiv və təhlükəsizdir. Uğurlar.
faiq | 2 İyun 2013 03:45
salam hekim prastada bir problem olsa arxa hissede gicishme ola bilr cox sagolun
Dr.Orxan Agabəyov | 4 İyun 2013 05:41
Salam Faiq. Xeyr, bu prostat vəzidə olan xəstəliyin əlaməti deyil, daha çox qurd invaziyasının əlamətidir. Uğurlar.
Əli | 1 İyun 2013 20:28
Salam Həkim. Analizlərimin cavabı aşağıdakı kimi çıxıb, Spermatozoidlərin 1 ml-də miqdarı 16, Konsistensiyası 1.0, Eyakulyatda spermatozoidlərin ümumi sayı 104, İrəli hərəkətlilər 28%, Rəqsi hərəkətlilər 33% təşil edir. Bir də Mikroflora çıxıb, Qalan bütün göstəricilər demək olar ki standartlara uyğundur. Bircə konsistensiyası və irəli hərəkətlilik məni narahat edir, bunlar normal deyil. Bunun üçün müalicə almağa ehtiyac var? Əvvəlcədən təşəkkürlər!
Dr.Orxan Agabəyov | 2 İyun 2013 08:56
Salam Əli. Sizdə çüzi problemlər var, müalicə etməmək də olar. Əsas hamiləlikdir, yəni görsəz ki, bundan sonra 3 ay ərzində hamiləlik yoxdu, təkrar spermoqramma verin. Əgər göstəricilər normadan aşağı olarsa, müalicə edərsiz. Uğurlar.
Celal | 1 İyun 2013 19:53
salam , men 8-9cu sinifde oxuyanda sol xayanin damar uzanmasina gore emeliyyat olmuwam , indiye kimide sol xaya saga nisbeten iri , damarlari aydin secilen kimidir , hemde "yawli" kimi gorunur ,ancag cinsi elaqede , sperma geliwinde filan problem yoxdu , gelecekde bunun nese bawqa fesadi ola biler ? sonsuzlug , cinsi zeiflik ve s . kimi ?
Dr.Orxan Agabəyov | 2 İyun 2013 09:13
Salam Celal. Ola bilər spermanın göstəriciləri, normaya uyğun olmasın. Birinci növbədə xayaların doppler müayinısindən(UZİ) keçin, sonra spermoqramma verin. Əgər spermoqrammanın göstəriciləri normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Faiq | 1 İyun 2013 19:53
salam hekim. bir soz soruwum. menim 20 yasim var. 13-14 yasimda sol xayamnan zerbe almiwam . sismisdi hekime getdik emeliyyat lazim deil dedi ve maz yazdi . xaya sis xeyli kecdi ama o vaxtdan mueyyen qeder qalib . elle toxunduqda xayaya hecne olmayib ama ona geden damarda epididymit hissesindedi sis. ama o vaxtdan indiyecen hec bir agrilarim olmayib. giyimsiz olan vaxt hava tempinde olan zaman sis kecir cox az qalir sag xaya ile hec ferqlenmir. bilmek isdeyirem bu varikoseldir. bele diger nese ola biler ve diger sebeb nedise onu emeliyatsiz sagaltmaq mumkundur? cox saolun
Dr.Orxan Agabəyov | 2 İyun 2013 09:20
Salam Faiq. Bunu qiyabi demək mümkün deyil - Siz xayalarda hansısa problemin olub-olmamasıni dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən(UZİ) keçməlisiz. Uğurlar.