ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Emın | 5 Noyabr 2014 07:59
salam hekim , şübheli elaqeden neye gen sonra qıçsden analiz vermek olar. Mende prezervatıv çırıldığı ucun şübhe yaranıb. Onu da deyimki hemin an hiss edib, elaqeni saxlamisam. Xaış erdirem cavab yazın. Teşekkür edırem
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:12
Salam Emin. QİÇS -ə analiz cinsi əlaqədən 3 ay sonra yoxlanılır, amma başqa infeksiyalar var ki, onların yoluxması daha ehtimal olunandı və əgər hansısa şübhələriniz varsa, QİÇS-dən deyil, həmin infeksiyaların yoxlanmasından başlamaq lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elvin | 5 Noyabr 2014 07:59
salam hekim.meni narahat eden bir mesele var.1 aydir aile qurmusam.cinsi elaqe zamani tez bosaliram.ve cinci orqanim bosaldiqdan sonra tez fealiyyetden dusur.bu ne ile elaqeli biler? xais edirem cav ablandirin
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:13
Salam Elvin.  Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 5 Noyabr 2014 03:36
Salaç hekim. Mende hersey qaydasindadi. Ama son 3 elaqede tez bosaliram. Yani elaqenin ilk 2-3 deyqesinde. Onuda bildirimki hem narahat serait hemde telesik oluram. Hemde biraz problemlerim var. Tez bosalmanin sebebi bunlar ola biler? İndiden tesekkur
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:13
Salam Samir. Bəli, yazdığınız problemlər, erkən boşalmaya gətirib çəxara bilər. Amma boşalma bir neçə dəfədə erkən olarsa. cinsiyyət sistemi də yoxlanılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan | 4 Noyabr 2014 23:49
salam hekim bir sualim var son gunlerde penisde ve penisin ust terefinde penisle gobek arasi bolgelerde sanci olur bezen bu sanci arxaya vurur hem kicik tualet hem boyuk tualet yolu eyni anda sancilanir ama six six olmur...birde bir nece defe xayada ani sanci oldu 1 saniye vuran guclu sanci...sanci olmaqdan 20 gun qabaq sperma analizi vermisdim soyuqlama cixmisdi soyuqdeymeden ola biler bele veziyyet? son 2-3 gundu sancilar dayanib evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:25
Salam Ruslan. Bu əlamətlər sidik-cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anar 99 | 4 Noyabr 2014 19:22
Salam hekim cinsi zeiflik his edirem penis normal uzunluqda deyil bide sol xayada sis var sebeb neden ola bler? Onceden tesekur
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:26
Salam Anar 99. Bu problemlərin ən real səbəbi, hormonal çatışmazlıqdır. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 4 Noyabr 2014 15:50
Salam Hekim! Cox sag olun sualimi cavablandirdiginiz ucun. Elbetde mualice olmaq isteyirem. Sadeceeger mumkunse cavablandirmaginizi isteyirem. Bu proseduralar nece aya davam eder? Birde uzr isteyirem maddi cehetden meblegide deseydiniz cox yaxsi olardi. Sizden cavab gozluyecem. Birdaha tesekkur edirem.
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:26
Salam Anar. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ramin | 4 Noyabr 2014 14:25
Salam Hekim. mastrubasiya edende penis yeterince qalxir.ama qizla olanda ise son zamanlar tam sertlesmir
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:26
Salam Ramin. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Namik | 4 Noyabr 2014 10:55
Salam hekim manim suali o diki man havalar soyug olan kimi tez tez ayag yoluna gediram hemda hemda xeyli vaxti manda sertlawma cox zeifdi yaniki cinsi alaga zamani yumuwag kimi olur oda cetinliy yaradir . ele bil bir dafa cinsi alagada olanda 3 yada 4 gun heves olmur istasam da alinmir bu na ola bilar???? minatdaram
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:27
Salam Namik. Sidiyə getmənin tezləşməsi, sistitin(sidik kisəsinin iltihabı) əlaməti ola bilər. Cinsi zəifliyin səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Malahat | 4 Noyabr 2014 09:59
salam, kiside spermada leykosit coxdur bu ne problem yaradir bunu aradan qaldirmaq ucun ne etmek olar, zehmet olmasa meslehet vere bilersinizmi?
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:27
Salam Malahat. Spermada leykositlərin çox olması, cinsiyyət sistemində iltihabi prosesin olmasından xəbər verir. Birinci növbədə cinsiyyət sistemininin diaqnostikası, sonra isə müalicə kursu məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
abbas | 4 Noyabr 2014 08:20
Salam. Men bosaldigim zaman spermadan keskin qoxu gelir. Bunun sebebi ne ola biler? Qeyd edim ki hec bir agri ve ya narahatciliq hiss etmirem
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:27
Salam Abbas. Adətən spermanın iyinin dəyişməsi, prostat vəsidə iltihabi proses nəticəsində olur. Spermoqramma və prostat vəzinin USM-i məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.