Vasif | 3 İyun 2013 17:11
Salam hekim mumkunse analizin cavabina oz reyinizi bildirerdiniz.
Spermoqramma
Eyakulyatın həcmi 2.0 ml N(>1.5)
Xarici görünüşü Bozumtul-ağ, homogen
Konsistensiyası 1.4 sm H(0.1 - 0.5)
pH 7.8 N(>7.2)
Cinsi pəhriz (günlərlə) 4 gün N(3 - 7)
Durulaşma vaxtı 35 dəqiqə N(0 - 60)
Spermatozoidlərin 1 ml- də miqdarı 152 mln. N(>15)
Eyakulyatda spermatozoidlərin ümumi sayı 304 mln. N(>39)
İrəli hərəkətlilər 64 % N(>32)
Rəqsi hərəkətlilər 25 % H(
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:20
Salam Vasif. Bu göstəricilər tamamilə normaya uyğundur, narahat olmayın. Uğurlar.
anonim | 3 İyun 2013 16:51
salam dr.menim 31 yasim var,subayam.3 il once trixanomozdan mualice almisham,ondan sonra mende spermada suret yoxdur.bu meni dushundurur ve yeterince zovq almamaga sebeb olur.xaish edirem mene meslehet veresiniz ve bunun sebebi ne ola biler?bu mende psixoloji ola bilermi?evvelceden bu cur sherait yaratdiginiza gore size derin teshekkurumu bildirirem.allah sizden razi olsun...
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:36
Salam Anonim. Əgər trixomoniaz tam müalicə olunubsa, cinsi problemləri bu xəstəlikə əlaqələndirmək olmaz. Ola bilər, Sizdə başqa orqanik səbəblər var, ola bilər psixoloji səbəblərdəndə problemlər yaransın. Hər halda, səbəbləri dəqiqləşdirib - düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ramil | 3 İyun 2013 13:38
Mende cinsi elaqeye baslayanda ilk defede cox tez bosaliram.o birierde normal olur.bu nedendir?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:39
Salam Ramil. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
gizli | 3 İyun 2013 13:33
salam hekim sizden sorusmaq isteyirdim ki kisilerde 5-6 gün bezende daha cox cinsi elaqede ara vermek normaldimi?mence yoldasim masturbasiya edir ve buna orgesib.onu bu verdisinde nece uzaqlasdira bilerem hekime getmeyi qebul etmir ve problemi olmadigini dusunur.mene komek edin xais edirem.sizinle nece elaqe saxlaya bilerem? onceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 5 İyun 2013 04:59
Salam Gizli. 30 yaşa kimi kişilərdə, həftədə 3-5 cinsi əlaqə normaya uyğun sayılır. Ola bilər, yoldaşınızda masturbasiya zamanı yaşanan orqazm daha güclü olur və bir növ vərdiş yaranıb. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
CEYHUN | 3 İyun 2013 11:06
SALAM HEKIM MEN CINSI ELAQE ZAMANI TEZ BOWALIRAM VE 2 DEFEYE HEFES QALMIR BUNUN MUALICESI VAR? EVELCEDEN TEWEKKUR EDIREM
Dr.Orxan Agabəyov | 5 İyun 2013 04:54
Salam Ceyhun. Bəli, hər iki problemin - həm erkən boşalmanın həmdə potensiyanın zəifləməsi hallarının müalicəsi var. Uğurlar.
Fuad | 3 İyun 2013 09:06
Salam Doktor.
Sizden sorushmag isterdim,manim 37 yashim var ve denizciyam,aylarla denizde oluram(1 ay evda,1 ay denizde) ona gorade cinsi elagede az oluram ve qenc yaslarimdan tez boshalma problem var.
Erken bosalmanin garsisini almag ucun hansi preparatlardan istifade elamak mumkundur.Bildiyime gora D-n preparati var.Ondan istifade etmak olarmi ve neca elde etmak olar.
Evvelceden Tesekkur
Dr.Orxan Agabəyov | 5 İyun 2013 04:49
Salam Fuad. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Rokfeller | 3 İyun 2013 08:44
Salam Doktor men ceki azligindan eziyyet cekirdim dostum mene bir tabletka meslehet gordu *D-N* bu tabletkani mutamadi icdim yeni gunde 2 tabletka bu mende cox boyuk deyisikliye sebeb oldu emelli basli cana geldim ceki aldim 55 kq-dan 95 kiloya qeder ceki aldim! Bu derman mende dehset istah yaradir yemekden doymuram yedikce yeyirem! Dermanin qebulunu kesenden sonra istahim da kesilir! Cox xahis edirem mene komek edesiz ki men bu dermandan nece qurtulum ki hemin istahim qalsin! Bu dermanin istifadesi mende hansi menfi tesirlerini yarada biler! Ozum teze evliyem!
Dr.Orxan Agabəyov | 5 İyun 2013 04:38
Salam Rokfeller. Bu tip dərmanların reseptsiz(göstərişsiz) qəbulu, məsləhət görülmür. Cinsiyyət sistemindən tutmuş, qaraciyərə qədər bu preparat, mənfi təsir göstərə bilər. İştahsızlığın səbəblərini müayinə edin, səbəblər aradan qaldırılandan sonra - iştah düzələcək. Uğurlar.
Bayram | 2 İyun 2013 20:40
Salam hekim men hekim cinsi elaqede oldum gobelek xesteliyi tutdum sagaldi nese ama indi mende penisde sizde meni bagiwlayin durmaq nece deyim ehtiras sonra heyacan olmur mualicesi nedi mene deye bilersiz zehmet
Dr.Orxan Agabəyov | 4 İyun 2013 10:58
Salam Bayram. Göbələk infeksiyasının, ereksiyaya və ya potensiyaya heç bir aidiyyatı yoxdur. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
akif | 2 İyun 2013 19:35
salam hekim evvelcede cvb gore twkler,,,menim sualim beledi zehmet deyilse cvbsaniz sevinerem,,,men bir iidikii aileliyem yoldasimnan bu vaxt erzine usagimiz olmadi,,,yoldasimda her bir sey normaldi mende ise ureplazma cixmisdi bunu mualice eletdirdim artig qalmiyib sadece spermamda nese fazilerin derecesi azdi bunun neticeleri ise beledi aktiv 62%,,,zeyiflik 5%,,,,aktiv olmayanlar ise 33%,,,axirci verdiyim analizin cvblari beledi,,,bu netice yoldasimin hamile qalmasi ucun normaldi hekim?????
Dr.Orxan Agabəyov | 4 İyun 2013 10:50
Salam Akif. Yazdığınız göstəricilər, normaya uyğundur. Amma spermoqrammada başqa vacib göstəriciləri yazmamısınız(məsələn 1 ml-də spermotozoidlərin miqdarı). Uğurlar.
Ehdinur | 2 İyun 2013 18:52
Salam Hekim menim sualim xayalarla baglidir menim xayalarimda şiş yoxdu ama sağ xayam ele bil sola nisbeten ferqlidi hemde sol xayam sağa nisbeten yuxaridadi ferqlidi bu ne ile baglidi?
Dr.Orxan Agabəyov | 4 İyun 2013 06:26
Salam Ehdinur. Normadada belə bir fərq ola bilər, amma əgər narahatsızsa, xayalarda problemlərin olub-olmamasını bilmək üçün - xayaların doppler müayinəsindən keçin. Uğurlar.