Ulker | 4 İyun 2013 11:44
salam doktor..mende son vaxtlar hiss edirem ki,sidiye kesik kesik gedirem..mene ele gelirki sidik kisem tam boshalmir...men eslinde bunu hiss etmirem ,yeni,boshalmadigini ama bu yaxinlarda ginekoloji problem ucun uziye getmishdim hekim dedi sidik kiseni boshalt getdim sonra hekim dedi niye boshaltmamisan dedim axi mene ele gelir boshaldi deyir yox doludu...bundan sonra bashladim shubhelenmeye ve fikir verdimk heqiqeten de mende kesik olur sidik..doktor men ev sheraitinde nece bunun qarshisini ala bilerem???cunki hal hazirda hekime getmeye imkanim yoxdu...ve sizce bu cox qorxuludu???coxsagolun
Dr.Orxan Agabəyov | 5 İyun 2013 08:02
Salam Ulker. Sizdə olan əlamətlər, müxtəlif səbəblərdən ola bilər - iltihabi prosess, sidik kisəsində daş, innervasiyanın pozulması və s. Hər halda,səbəbi dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Anonim | 4 İyun 2013 11:27
Salam Dr. Aqabekov. Menim bir sualim var. Penisin kicilmesi mumkundurmu eger mumkundurse bu ne kimi problemlerle bagli ola biler?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 06:34
Salam Anonim. Penisin kiçilməsi mümükün deyil. Sadəcə ereksiya problemləri nəticəsində, penis tam sərtləşmədiyinə görə,daha kiçik görünə bilər. Uğurlar.
seva | 4 İyun 2013 11:14
Salam..hekim..bilmek isterdimki minimum ne qeder masturbasiya edilmelidiki,gelecekde cinsi zeifliye sebeb olmasin,sualim biraz qariwiq oldu..evvelceden twk
Dr.Orxan Agabəyov | 5 İyun 2013 06:39
Salam Seva. Əgər kişi masturbasiyasından söhbət gedirsə - minimum və maksimum normativləri mövcud deyil. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Abbas | 4 İyun 2013 10:24
Salam doktor. Son vaxtlar varikosel haqda cox esidirem. Sualim budur ki kisilerde cinsiyet uzvunun tam ereksiyaya catmamasi varikoselin yaratdigi sebeb ola bilermi? Bir de hec bir agri ve ya narahatciliq yoxdursa ve her sey tam qaydasindadirsa, sperma normal ifraz olunursa varikosel ehtimali varmi? Ozumuz her hansi yolla onu mueyyen ede bilerikmi? Tesekkur edirem!Bir de uzr isteyirem doktor. Varikoselin olmagini spermotaqrammadan bilmek mumkundur?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 04:52
Salam Abbas. 1. Ereksiya problemlərinin, varikoseleyə aidiyattı yoxdur. 2. Varkosele xəstəliyi simptomsuz(əlamətsiz) da ola bilər. 3. Spermoqramma - spermanın keyfiyyətini bildirən analizdi, varikoselenin olub-olmamasını, xayaların dopler müayinəsindən keçib, öyrənmək olar. Uğurlar.
ferid | 4 İyun 2013 09:31
salam hekim bagiwlayin size bele bir sualim var.masturbasiya edib bowalmaq ziyandir?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:11
Salam Ferid. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Tariyel | 4 İyun 2013 08:50
salam Hakim,manda cinsi hayatda problem var,22 yasima qadar har sey əla idi,taqriban 24 yasimda qadinla olan zaman hissiyatim itirdi,man basladim darman icmaya biraz yardim oldu,indi 29 yasim var darman komak elamir,qadinlarin yanina utaniram qedim,man neynayim?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:07
Salam Tariyel. Ereksiyanı stimullaşdırıcı preparatlara öyrəşən kişini müalicə etmək, çox çətindi. Amma hər halda mümkündür. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
metanet | 4 İyun 2013 05:12
doktor salam. Trixomon virusu 2ilden sonra awkarlanirsa qadinlarda bu mualice olunurmu ve sonsuzluga getirib cixarda bilermi. Kiwilerde ise bu potensiyani coxmu zeifledir?ve bunu mualice etmek olarmi.?tewekkur edirem
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:29
Salam Metanet. Əgər trixomonada müalicə olunmursa, qadınlarda sonsuzluq, kişilərdə - sonsuzluq və potensiyanın zəifləməsinə gətirib çıxara bilər. Trixomoniazı, müalicə etmək mümükündür. Uğurlar.
Terlan | 4 İyun 2013 05:06
salam hekim.erken boshalmaya gore gecikdirici kremlerden ve ya heblerden istifade etmeyin orqanzme hansisa zerei varmi.ve hansilarin istifadesini meslehet gorursunuz?tesekkurler
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:14
Salam Terlan. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
orxan | 3 İyun 2013 19:23
salam. spermanin faizinin sebebi sirf siqaretdirse onu tergitdikde en tez ve en gec nece muddete spermanin faizi qalxar?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:20
Salam Orxan. Spermada hərəkətlilik faizinin normadan aşağı olması, yalnız siqaret istifadəsi ilə bağlı ola bilməz. Əgər bunu Sizə deyiblərsə - deməli diaqnostika tam və düzgün aparılmayıb. Daha dolğun diaqnostika edin və müalicə kursu keçin. Uğurlar.
elis | 3 İyun 2013 18:00
salam hekim.bagislayin narahat edirem.size sualim var..men ehtiraslananda yaxinliq etmiyende agrisi boyreyime vurur.bu neden ibaret ola biler?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 05:16
Salam Elis. Ola bilər, böyrəklərdə hər hansı problem var - USM(UZİ) müayinədən keçmək, məsləhətdir. Uğurlar.