ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
murad | 6 İyun 2013 09:02
ssalam hekim menim 13 tasim var ve her gun masturbasiya edirem bu mende gelecekde ne kimi problemlere cixara biler mene meslehetiviz nedi?cox tewekkur ediremm
Dr.Orxan Agabəyov | 7 İyun 2013 06:53
Salam Murad. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
afiq | 6 İyun 2013 04:23
salam hekim.herpes virusu neden kecir.hekim deyirdi usaq vaxdi svinka olmusan ona gore mualice olmamisan.bu sebebde bu xesdeliy bedende virusa cevrilib.sizcede bu beledi
Dr.Orxan Agabəyov | 7 İyun 2013 06:34
Salam Afiq. Herpes virusunun, parotit(svinka) virusuna heç bir aidiyyatı yoxdur. Ən əsas - viruslar bri-birinə çevrilə bilməz.Herpes virusu orqanizmə müxtəlif yollarla düşə bilər - cinsi əlaqə zamanı və məişət yolu ilə. Uğurlar.
rovsan | 5 İyun 2013 16:58
Salam hakim.manda cinsi zaiflik yaranib taxminan 6-7 aydir.cindi alaqada olanda cinsi orqanim tam barkimir.ancaq bosalma avvalki qaydada.hakim bosalma avvaldanda tez olurdu indida2-3daqiqaya.ondanda sonra isdamiram.iki dafada cinsi zaiflikla alaqali hakimda olmusam hec bir natica yoxdu.testastron analizda vermisam naticasin hara gostariram deyirlar normaldir.
Dr.Orxan Agabəyov | 6 İyun 2013 06:08
Salam Rovsan. Daha dolğun diaqnostika aparıb, problemlərin səbəblərini müəyyənləşdirmək lazımdır. Səbəbləri dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Elvin | 5 İyun 2013 14:47
Salam həkim. spermadan analiz verdim, analizin cavabi belədir. miqdarı-ml-də 2.1 rəngi sarmıtıl. durulasma vaxtı 45-dəq. qatılıq sm 0.4. pH7.6 leykosidlər 10-12 epitellər 1-2 1 ml-də spermatozoitlərin sayı 70mln. bütün eyakulyatda spermatozoitlər147mln düz hərəkətli spermatozitlər 35% aktif hərəkətli 15% yavaş hərəkətli25% yerində hərəkətli25% hərəkətsiz40% yararsız spermatozitlər65% lestin dənəcikləri(orta) patoloji formalar 1.5% spermatogenez hüceyrələr2.0%-dir belə nəticə ilə övlad sahibi ola bilərəmmi? sizcə bu nəticə varkaselenin əlamətidir? müalicəynən bu faizləri qaldirmaq mümkündürmü siz nə məsləhət dörərdiniz TƏSƏKKÜRLƏR.
Dr.Orxan Agabəyov | 6 İyun 2013 05:50
Salam Elvin. Bu nəticələrdə hansısa səhv var(ola bilər Siz düz yazmaısınız) - faizlərə fikir verin, ümumi faiz (hərəkətli və hərəkətsiz spermotozoidlərin cəmi) - 100% olmalıdır, amma Sizdə belə deyil. Varikoselenin olub-olmamamsını spermoqramma ilə bilmək olmur, bunun üçün xayaların doppler müayinəsindən keçmək lazımdır. Uğurlar.
Omer | 5 İyun 2013 08:45
Salam. Men cok ehtirazli biriyem ve bir cok zaman qadinla bezende masturbasiya vasitesi ile bosaliram.. lakin son gunler yuxusuzlukdan eziyyet cekirem ve cinsi zeyiflikde hiss edirem ozumde.. hetda ele olurki hec yadimada dushmur.. bildiyime gore gerginlik ve eseb cinselliye tesir edir...lakin mende bu problem birden yani yavash yavash deyil son defe qadinla oldukdan sonra yarandi.. bilmek isteyiremki bu problem aradan qalxacakmi yoxsa ciddi meseledi.. he birde onu deyimki bosalma zamani ozumu saxliya bilmirem yani uzur istiyirem iceriden cixarmagi istemirem iceriye bosalmak isteyirem..bu sefer qadin ozu cixardi ve uzerinden oturaq veziyyetde sixaraq bosaltdi bilmek isteyirem bele halda yani bosalma zamani damarlarin gerginleshmesi zamani uzerinden baski olarsa damararda problem yaranarmi... bagislayin belke sualim cox qarisiq oldu ama bu hal da meni gerginleshdirir suallarima cevab versez inanin cox yardimci olarsiniz.. onceden hem dinlediyinize hem cevabiniza gore teshekkur edirem.
Dr.Orxan Agabəyov | 6 İyun 2013 06:13
Salam Omer. 1.Cinsi zəifliyin səbəbləri müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Əgər belə problem yaranıbsa, müalicə kursu keçmək, məsləhətdir. 2. Belə manipulyasiyalar zamanı, damarlarda problem yaranmaz. Uğurlar.
Rokfeller | 5 İyun 2013 06:25
Salam doktor evvelki sualima cavab verdiyiniz ucun tesekkurler! Bir sual daha vermek isteyirem hormonalni dermanlar meselen evvel dediyim (d-n) insana ne cur menfi tesir gosterebiler! Spermoqqramma analizi vermisem her sey normaldir amma 3 aydir evliyem yoldasim hamile olmur bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 6 İyun 2013 05:41
Salam Rokfeller. Əgər spermoqrammanın göstəriciləri normaya uyğundursa, heç bir müalicəyə ehtiyac yoxdur. O ki qaldı, dərmanın mənfi təsirlərinə, mən Sizə yazmışdım, əgər ətraflı bilmək istəyirsizsə - preparatın instruksiyasında yan təsirlər bölümü var, oradan oxuya bilərsiz. Uğurlar.
orxan | 4 İyun 2013 19:21
salam bagislayin sizi narahat edirem umumiyyetle Azerbaycanda penis uzadan deyirman ve yaxudda alet varmi.varsa luboy apteklerden sorusmaq olar.birde penis qalinlasdirici kremler olur apteklerde eger varsa adini deye bilersiniz..bu suallarima gore de cox cox uzr isteyirem
Dr.Orxan Agabəyov | 6 İyun 2013 05:24
Salam Orxan. Heç bir dərman vasitəsi, penisin ölçülərini artırmır. Əgər söhbət ekstenderlədən gedirsə, bu cihaz apteklərdə satılmır, sifarişlə gətirilər. Uğurlar.
vusal | 4 İyun 2013 18:22
salam doktor.size sualim budur;velosiped surmeyin kiwi cinsi orqanlarina tesiri necedir?bunun nesil artirma prosesine tesiri necedi?evvelceden size tewekkur edirem.
Dr.Orxan Agabəyov | 6 İyun 2013 05:32
Salam Vusal. Hesab olunur ki, velosiped sürmək kişi cinsiyyət sisteminə mənfi təsir göstərə bilər və spermnın keyfiyyətini aşağı sala bilər. Uğurlar.
camal | 4 İyun 2013 16:51
salam hekim size sualim men 2ildir aileliyem usaqimiz olmur hekime muracet etdim ultra neticesinde varikos 2ci dereceli dediler analiz de zeif cixdi sizce varikosu emeliyyat etdirsem neticesi yaxshi olarmi?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 07:59
Salam Camal. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Uğurlar.
Terik | 4 İyun 2013 11:45
salam hekim..mende penisde tem berkime olmur bu neden ola biler ve ne kimi meslehet vererdiz?
Dr.Orxan Agabəyov | 5 İyun 2013 06:46
Salam Terik. Ereksiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.   Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.