ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Kamal | 7 İyun 2013 11:51
Salam hekim .Cox uzr isteyirem sizi bele suallarla narahat etdiyim uchun . Men 35 yashdayam amma mastrubasiya etmeyi dehshetli derecede xoshlayiram.bu verdishden el cheke bilmirem. men bilmek isteyirdim ki , bu verdishin mene nekimi tesiri ola biler ? Birdeki men qurtarandan sonra ruh dushkunluyu olur .Cunki mene ele gelir ki bu get getde kishiiyin mev olmasina getirib chixardar. Bu beledirmi ?
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:41
Salam Kamal. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
afiq | 7 İyun 2013 10:13
salam hekim.xahis edirem menim sualimi cavablandrun.1 ml-de spermtozoidlerin sayi10.92. ph7.9. butun eyakulyatda sperm sayi 25.0.quyruq quyruga -.qarisiq .hereketsiz 55. vitaliti 50%.maya gobeleyi .aqreqasiya . selik .spermatogenizin elementleri 3%.eyakulyatn miqdari 2.5.yerinde aktiv rotasion 25.tesekkur edirem
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:32
Salam Afiq. Sizdə spermotozoidlərin sayı normadan azdır. Səbəblərini dəqiqləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Vugar | 7 İyun 2013 08:56
Salam hekim. Men gec qurtarma ile bagli sual vermek isterdim. Gec qurtarmagin ziyanli olub olmamasi, bunun cinsi zeiflik olmasi meni narahat edir. Xahiw edirem sizden bu hada mene bir cavab veresiz.
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:28
Salam Vugar. Əgər cinsi əlaqənin müddəti həddən artıq uzanarsa, ereksiya(sərtlik) itə bilər. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
Sahib | 7 İyun 2013 05:45
Salam hekim men cinsi elaqede olandan sonra uzananda nefesim kesilir sizce bu neden olar? vitamin b atandan sonra oldu sizce vitamin b- nin ziyani ola biler?Birdeki boy uzadan dermanlarin ziyani var?
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:21
Salam Sahib. Ola bilər Sizin tənəffüs sisteminizdə problem var, hər halda bu problemlər cinsiyyət sistemi xəstəlikləri ilə əlaqədar deyil. Yazdığınız dərmanların tənəffüs sisteminə aidiyyatı yoxdur. Uğurlar.
rustam | 7 İyun 2013 03:04
Salam Orxan doktor. Doktor mende bu problem hardasa 9 aydir ki, var. Menim problemim cinsi zeiflikdir, 1 defe hakime getdim iyne derman yazdi duzelmedi , sonra dedi ki, sene masaj edak gorak ne olur prostati. 10 gun gedandan sonra bir az duzeldim buda olmushdu hardasa 2012 dekabirinda. Bax bugunde aprel ayinin sonundan yene zeiflik hiss ediram. Deri-Zohrevide bir tanish hakim var ora getdim ki, belke o, biler derdimi,oda sidiydan analiz ve shiredan analiz gotyrdu. 1 saatdan sonra cavablari dedi ki, sende ciddi problem yoxdur, lakin senin bu problemin eseb sistemile elagederdi ve bir dermanda yazdi ( T-s ) hardasa 15 gundur icirem lakin netice vermir. Siz ne meslehet verirsiz doktor, sizin yaniniza nece galmay olar hardan tapmag olar sizi. man size sexsan inaniram bir guclu hekim kimi. birde bunun xerci coxdur yoxsa azdir onu bilmak isterdim.
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:14
Salam Rustam. Sizdə cinsi zəifliyə gətirib çıxara bilən səbəblərdən, yalnız prostat vəzi xəstəlikləri yoxlanılıb. Amma fərqli səbəblər də ola bilər, məsələn hormonal pozğunluq. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
KOKOL | 6 İyun 2013 19:46
Salama Eleykum...size bele bir sualim olacaq boshalmamağin ziyani ne olar biler yani cinsi elaqe ve istimna elemek istemediyin halda sohbet zeifliyden alinmamaqdan getmir sadece cinsi elaqe ve istimna etmiyen shexsde ne problem yarana biler?
Dr.Orxan Agabəyov | 7 İyun 2013 07:16
Salam Kokol. Müntəzəm cinsi həyat kişi sağlamlığı üçün çox önəmlidir. Əgər kişidə cinsi həyat yoxdursa və ya böyük fasilələr varsa - kişidə müxtəlif cinsi problemlər - erkən boşalma. cinsi zəiflik, prostatit və s. yarana bilər. Uğurlar.
ramil | 6 İyun 2013 18:02
Salam Aleykum Hekim axwaminiz xeyir olsun cox uzr istiyirem narahat etdiyimcun ama sualima cavab verseni meni cox sevindirersiz indiden cox tewekkur edirem eyvALLAH.Demeli Hekim mende 1 aya yaxindiki cinzi zeyiflik yaranib 21 yawim var ozumdeki oturaq veziyyetdeyem postyanni yani komputer iwi ile mewgulam demeli meselem bele deyimki bir uzr istiyirem nelaiq videoya baxiram ayaq uste hislerim guclu oyanir ehtiraslaniram ama penisim yumwaq veziyyetde olur ama conbelim baxiram penisim berkiyir ayaqa qalxan kimide tez berk veziyyetde qalir sizce damarlarda yaxwi inkiwaf getmir?oturaq veziyyetden damarlarda tixac ola bilermi?bununcun mene ne derman meslehet gorterdizki men onu qebul edim cox xaiw edirem mene bu komekliyi gosterin ALLAH boyukdur mende size hormetmi ederem inwALLAH
Dr.Orxan Agabəyov | 7 İyun 2013 07:10
Salam Ramil. Vəziyyətin dəyişməsi, ereksiyanın yaranmağı  üçün əhəmiyyətli deyil. Ereksiyanın zəifləməsi səbəbləri müxtəlifdir  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ramiz | 6 İyun 2013 16:55
Salam doktor! Spermaqramma analizinin cavablarini size gonderirem. zehmet olmasa cavablandirardiniz. Miqdari - 1.0 ml rengi - bozumtul ag durulashma vaxti - 60 deq qatiligi - 0.3 pH - 7.8 Konsentrasiya - SMI - 8 - norma - 160 zoidler - 0.07 mln aktiv spermatozoidler - 0.06 mln MIKROSKOPIYA A duz hereketli , B yavash hereketli, A B yararli spermatozoidler ----- Her g.s.-de 0-1 % sperma huceyre ashkar edildi. Bunlar ne demekdir? Mualicesi varmi? Nece muddet cekir mualice texmini olaraq? 30 yash. Yeni aile qurmusham. Onceden tesekkurler
Dr.Orxan Agabəyov | 7 İyun 2013 07:03
Salam Ramiz. Spermoqrammanın göstəriciləri həddən artıq zəifdir. Müalicənin olub-olmasını yalnız bu vəziyyətə gətirib çıxaran səbəbləri müəyyənləşdirəndən sonra demək olacaq, amma əgər müalicə təyin olsa, qısamüddətli olmayacaq.Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elvin | 6 İyun 2013 12:05
salam hekim.men spermadan analiz vermisem analizin cavabi beledir:hecmi 3,5 ml.pH 7,6.qatiliqi duru.parcalanma muddeti 10.1ml-de miqdari 20-30 ml.aktiv hereketde olan spermatozoitler 15% . hereketsiz spermatozoitler 65% .zeif hereketli spermatozoitler 20% .leykositler 15-16%.bu gostericilerle ovladim ola bilermi.cox saq olun tesekkur edirem.
Dr.Orxan Agabəyov | 7 İyun 2013 07:00
Salam Elvin. Göstəricilər normadan aşağıdır və müalicə kursuna ehtiyac var. Uğurlar.
Omer | 6 İyun 2013 09:12
Sualima cevab verdiyiniz ucun teshekkur edirem.. Hekim bir sualimda olacak size.. Men esebleri sakitleshdirici ve yuxuya komekcil olan tamamen bitgisel olan V-n adda derman qebul edirem..bilmek isteyirem bunun ve bu kimi dermanlarin cinselliye bir tesiri varmi. Birde bilmek isteyirem ki umumiliyyetle bucur sorunlar aradan qaldirilirmi ve ne qeder zaman lazim olur. (sonuncu defe cinsi elaqede oldugum qadindan (fashe deyil normal qadindi) virus ve ya bu kimi seyler kecdiyinden suphelenirem.. deye bilersinizmi gostericler nece olur bele hallarda) . Sizide suallarimla narahat edirik artik kusura bakmayin.
Dr.Orxan Agabəyov | 7 İyun 2013 06:44
Salam Omer. Bitki tərkibli sakitləşdirici preparatlar, cinsiyyət sisteminə mənfi təsir göstərmir. Cinsi infeksiyalar heç bir əlamət verməyədə bilər və əgər şübhələriniz varsa, infeksiyaları yoxlamaq məsləhətdir. Uğurlar.