ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
vasif | 8 İyun 2013 11:04
Salam men cinsi elaae zamani Cox tez qurtariram.bu ne ile bagli ola biler?
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:56
Salam Vasif. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Ramil | 8 İyun 2013 07:33
Hekim salam. Sualimi cavablandirdiqiniz ucun tewekkur edirem. Men size cinsi orqanin boqaz hissesine yiqilan erple baqli yazmiwdim. Mene ele gelir ki, men sidiye gederken sidik tam normal duz axmir ve bir hisse geri cinsi orqanin boqaz hissesine axir ve bu da erpe sebeb olur. Hemcinin eks cinsle menasibetde olarken cinsi elaqeye qeder alt paltari nemlenir ve cinsi orqandan nese axir ve bu da hemcinin deyesen erpe sebeb olur . Burda sizce ne problem ola biler?
Dr.Orxan Agabəyov | 9 İyun 2013 14:33
Salam Ramil. Əgər bu səbəblərdən şübhələnirsizsə, sidik kanalını və prostat vəzini yoxlamaq lazımdır. Əgər hansısa problem aşkarlanarsa, müalicə olunmalıdır. Amma səbəblər fərqli də ola bilər. Uğurlar.
hamid | 8 İyun 2013 07:08
DR SALAM! MEN TEXMINEN 8-9 GUN CINSI ELAQEYE ara vermiwem ondan sonra ciddi cinsi zeiflik baw verib. bu barede hec kime muraciet etmemiwem sizden bawqa.uzurlu hesab edin hecne meni ehtiraslandira bilmir. yaw 26. evveller tam normal olmasada normala yaxin olurdu. son 10gunde difteriyaya qarwi peyvend olmuwam.aileliyem. ZEHMET OLMAZSA MENE MESLEHET VERIN TEWEKKURLER...!
Dr.Orxan Agabəyov | 9 İyun 2013 14:03
Salam Hamid. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ramil | 7 İyun 2013 20:19
Hekim men size cinsi zeyiflikle muraciet etmiwdim dunenleri siz mene dediski gerginlik stres ve.s sizce o prostatik guclendirmelerden istifade etsem mene ehemiyyeti olar cunku bawqa hecbir problemim yoxdu ne uzr istiyirem xcayalarimda nedeki umumiyyetle sehetimle bagli sizce mene zeyiflikle bagli komek ede biler cunku men oturaq heyati yawayiram komputer arxasinda iwim senetim odu gezmirem elemirem bunun mene menfi ceheti olacagini duwunurem ve obwu zeyifliklik torede biler sizce ne meslehetdi?
Dr.Orxan Agabəyov | 9 İyun 2013 14:07
Salam Ramil. Orqanik problemlərin olub-olmasını, yalnız müayinələrdən sonra bilmək olar. Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Zaur | 7 İyun 2013 18:40
salam hekim. hekim mene ele bir ehtiraslandirici derman adi deye bilersiniz ki, hec bir ziyani olmasin. esas bawagri vermesin. cox sag olun her weye gore.
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:43
Salam Zaur. Potensiyanın zəifləməsi səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Tural | 7 İyun 2013 18:20
salam Hekim bagiwlayin sizi narahat edirem ..ama bu fikir meni cox yorur...menim cinsi orqanimin balacaligi meni cox sixir....sadece sizi meslehet gorduler mene ki derdimi acim size...sizinle aciq daniwacam....adi halda 7sm berk formasi 11sm....bu ise meni cox narahat edir..sizden cox xaiw edirem mene komek ederdiz...ewitdimki p-r deyilen bir wey var o komek edir..mene ne meslehet gorerdiz 19 yawim ......xaiw edirem komeklik edin...
Dr.Orxan Agabəyov | 9 İyun 2013 14:12
Salam Tural. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
gulnar | 7 İyun 2013 17:29
salam doktor. bagiwlayin narahat etdyim ucun. cox xahiw edirem sualimi cavablandirasiniz. yoldawimda cinsi elaqede olmaga heves ehtiras yoxdu. ama cinsiyyet orqani durur. ama ehtiras hissi yoxdu. bu ne ile elaqedardi ve sagalan bir problemdimi? psixoterapevte getmeye ehtiyac varmi? bu cur problemler rast gelinen bir problemdi? evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 9 İyun 2013 14:26
Salam Gulnar. Bu problem, libidonun zəifləməsi adlanır və müxtəlif - həm orqanik həmdə psixoloji səbəbləri ola bilər. Bəli bu problem çox yayılıb, amma müalicə oluna bilər. Bu problemin müalicəsi ilə psixoterapevt yox - androloq məşğul olmalıdır. Uğurlar.
Guler | 7 İyun 2013 16:35
Salam Hekim.Insanlara bele komek oldugunuzcun size cox minnetdaram,bele bir sualim var.normalda men ayin 16si 17si xestelenirdim,kecen ay ayin 18i sidiye gedende sonda gorurdum ki qan az formada gelir,bu 6-8gunden cox cekdi,sonra normallasdi xestelendim,ancaq bitsedehelede sidiye gedendde cirk gelir.kesmek bilmir.bele halda da yoldasimla yaxinliq etmisem,ancaq qoruyucuyla, hemde hemise agrili olmusam ancaq sonuncu defe agri hiss etmedim.uzumde sepib,ne meslehet gorursuz?
Dr.Orxan Agabəyov | 9 İyun 2013 14:37
Salam Guler. Ola bilər, hormonal pozğunluq var, ola bilər iltihabi prosess. Hər halda, qinekoloqa müraciət etmək, məsləhətdir. Uğurlar.
sebuhi | 7 İyun 2013 15:34
salam hekim.men son 3 ili anal sexle mewgul oldukdan sonra soyukluyuram penisimden az az maye ifraz olunur .her il bu xesteliye gore xercim cixir ama xeyri olmur.hekim deyir bu hal sende xroniki hal alib ,dediyine gore.xahiw edirem komek ederdiz.bu nedi ve neye gore bele olur.bunun sonsuzluga tesiri varmi?28 yawim var gec gec sexle mewgul oluram.
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:50
Salam Sebuhi. Çox güman ki, Sizdə düzgün diaqnostika aparılmayıb, yəni hansısa infeksiya var, amma aşkar olunmur. Düzgün müalicə üçün, mütləq düzgün diaqnoz olmalıdır. Sonsuzluğun olub-olmamasını yoxlamaq üçün, spermoqramma analizi vermək lazımdır. Uğurlar.
CEYHUN | 7 İyun 2013 15:02
Hekim salam, zehmet olmasa spermada hərəkətlilik faizinin artirilmasi uchun hansi qidalara ustunluk verilmelidirse onlari qeyd ederdiniz. bununla nechenci defedi yaziram...
Dr.Orxan Agabəyov | 9 İyun 2013 13:37
Salam Ceyhun. Mən bu suala cavab vermişdim - Spermanın keyfiyyətini azaldan müxtəlif səbəblər var - varikosele, hormonal pozğunluq, prostatit və s. Yalnız səbəbləri aradan qaldırmaqla, nəticə əldə etmək olar. Yəni əgər bu səbəblərdən hansısa varsa nə qida istifadə edirsən et, nəticə olmayacaq. Əgər yenə suallarınız varsa, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.