Sadiq | 9 İyun 2013 18:30
Hekim salam. Cinsi elaqe zamani spermanin tokulmesi zamani teziqin (napor) az olmasi ne demekdir. Yeqin ki, izah ede bildim. Birde ki ikinci defeye hevesim olmur. neyle baglidi.
Dr.Orxan Agabəyov | 10 İyun 2013 06:27
Salam Sadiq. Sizdə olan problem, ehtirasın gücünün zəif olması ilə əlaqədardı(ola bilər cinsi əlaqənin müddəti azdır). Həvəsin olmaması isə müxtəlif səbəblərlə əlaqədar ola bilər - orqanik və psixoloji. Uğurlar.
vusal | 9 İyun 2013 17:04
salam hekim.naratciliqa gore uzr isteyirem.baqiwlayin bir az aciq daniwacam.men evveller tez-tez masturbasiya edirdim amma bir muddetdir(7-8 ay)masturbasiya etmirem.lakin 5 ci aydan bawlayaraq gece yuxudayken bowaliram.xahis edirem mene bir cixis yolu gosteresiniz.evvelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 10 İyun 2013 06:21
Salam Vusal. Çıxış yolu sadədir - müntəzəm cinsi əlaqələrin(boşalmaların) təmin olunması. Uğurlar.
aga | 9 İyun 2013 16:30
Salam. hekim men sn atiram bunlar spermanin gelmemesine sebeb ola biler..bunuda deyimki men elle masturbasiya edirem ve gelmir.qizla cinsi elaqeye girmeye qorxuram sperma gelmez..xais edirem cavab yazin
Dr.Orxan Agabəyov | 10 İyun 2013 06:29
Salam Aga. Müalicə kursu bitəndən sonra vəziyyət düzəlsə, deməli problem preparatlarla bağlıdır. Amma masturbasiya vaxtı, hansısa problemlərin olması ilə cinsi əlaqəni müqayisə etmək olmaz. Yəni cinsi əlaqədə olun, əgər problem olarsa - hansısa diaqnozdan danışmaq olar. Uğurlar.
Akif | 9 İyun 2013 16:11
Həkim salam.Mən 5-6 gün cinsi əlaqədə olmayanda ön və arxa tərəfdən sperma axır .özümdə də cinsi zəiflik hiss edirəm Yuxum gəlir halsızlıq və sair.Xahiş edirəm buna aydınlıq gətirəsiniz .Öncədən sizə öz təşəkkürümü bildirirəm
Dr.Orxan Agabəyov | 10 İyun 2013 06:14
Salam Akif. Kİşi sağlamlığı üçün, müntəzəm cinsi həyat çox vacibdir. Fasilələr yarandıqda, mayenin axması - prostat vəzi iltihabının(prostatit) əlamətidir. Bu xəstəliyin fonunda, cinsi zəiflik və s. problemlər yarana bilər. Uğurlar.
Ramil | 9 İyun 2013 15:59
Hekim men sizi cinsi zeyiflikle narahat etmiwdim men sizin yaninizda mualice almaq istiyirem ama klinikada yox evde muayine edirsinizse axwam ust terefi gelim muayine edin diyaqnoz qoyun mende stres depresiya cox olur onnan ola biler beynim yalniz fikirdedi mumkunse klinika olmasin hormetinizden cixaram duzdu utanilasi birwey yoxdu xesteliydi bu prosta yenede klinikada olmasin mumkunse ne deyirsiz sizinle elaqe saxliyaram?
Dr.Orxan Agabəyov | 10 İyun 2013 05:48
Salam Ramil. 1. Bizim klinikada anonimlik ciddi qorunur. 2 Mən pasientləri yalnız klinikada qəbul edirəm. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elshad | 9 İyun 2013 05:49
Salam hekim.Menim 32 yawim var ozumde aileliyem varkoselden emeliyyat olmuwam sonrada 2 kurs mualiceden sonra 1 ovladim oldu 3 yawi var 2ci ovlad olmur sebebleri hekimler 1 cur deyir mende qanda hemoqlavin cox awagidi yorgunlug halsizlig ve erken bowalma ozude lap tez bu sizce neden ireli gelir?
Dr.Orxan Agabəyov | 10 İyun 2013 05:39
Salam Elshad. Hemoqlobinin səviyyəsi, boşalmanın müddətinə təsir etmir. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uşaq olub-olmasını yoxlamaq üçün, spermoqramma analizindən keçin(əgər keçmisizsə, nəticələri yazın). Uğurlar.
mahir | 8 İyun 2013 19:03
salam menim penisim balacai bu gelecekde ovlad sahibi olmaqma maniye torede bilermi hekim?
Dr.Orxan Agabəyov | 10 İyun 2013 05:45
Salam Mahir. penisin ölçüləri, uşaq olub-olmamasına təsir etmir. Bunu yoxlamaq üçün, sadəcə spermoqramma analizindən keçin, əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Reshad | 8 İyun 2013 18:13
Salam hekim.Psixogen menseli cinsi zeifliye qarsi Viagra tipli dermanlarin bir xeyri var yoxsa yox?Bir de ki cinsi infeksiyasi olmayan bir insanin spermaqramma analizi vermesi ne derecede zeruridir?
Dr.Orxan Agabəyov | 10 İyun 2013 05:58
Salam Reshad. Psixogen erektil disfunksiyanın müalicəsində müxtəlif dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Amma diaqnostika olmadan, məhz problemin psixogen mənşəli olmasını, təyin etmək olmaz. Uğurlar.
Matan | 8 İyun 2013 18:03
Salam hekim! Men 7 ildir ki aileliyem cinsi heyatim normal kecir bizi bele bir problem cox narahat edir.Cinsi elaqeden evvel ve cinsi elaqe zamani usaqliq yolum heddinden artiq cox sulanir silmeyinde xeyri olmur buda yoldasimin xosuna gelmir sizce bu normaldirmi ve mayeni azltmaq ucun ne meslehet gorerdiniz! Sagolun
Dr.Orxan Agabəyov | 10 İyun 2013 06:04
Salam Matan. Cinsi əlaqə zamanı, qadınlarda ifraz olunan mayenin miqqdarı, individualdır. Yəni mayenin çox olması, mütləq hansısa problemin olmasından xəbər vermir. Amma dəqiqləşdirmək üçün, qinekoloqa müraciət edin - təyin etsin cinsiyyət sitemində hansısa problem var ya yox. Uğurlar.
RAMIL | 8 İyun 2013 12:08
salam hekim mende zeiflik var bunu ozum mualice ede bilerem utaniram bu barede kimese nese demeye
Dr.Orxan Agabəyov | 9 İyun 2013 14:21
SAlam Ramil. 1. Cinsi zəiflik, başqa xəstəliklər kimi, həkim tərəfindən müalicə olunur. 2. Utanmaq üçün heç bir əsas yoxdur, müəyyən səbəblərdən Sizdə bu problem var, bu səbəblər aradan qaldırılandan sonra, hər şey düzələcək. Uğurlar.