ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Akif | 10 İyun 2013 16:39
Həkim salam sualıma aydınlıq gətirdiyiniz üçün sizə dərin təşəkkür edirəm .Bir sualım var .Mən sidiyi saxlaya bilmirəm hətta indi yay aylarında belə,bayıra getməsəm az qala üzr istəyirəm özümü batıram. bunun prostatla əlaqəsi ola bilərmi? Xahiş edirəm buna aydınlıq gətirəsiniz.D-t adlı dərmanı da hal-hazırda qəbul edirəm.deyirlər o bitki mənşəlidir.
Dr.Orxan Agabəyov | 11 İyun 2013 06:16
Salam Akif. Bu problem həm prostat vəzi ilə əlaqədar ola bilər, həmdə sidik kisəsinin xəstəliyi ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Qəbul etdiyiniz preparatın, sidik ifrazına aidiyyatı yoxdur. Uğurlar.
ferid | 10 İyun 2013 16:04
salam hekim mende penis adi halda balaca olur ve bu mene coxdandi psixoloji tesir edir ozumu zeif hiss edirem ama ereksiya zamani 13-14sm olur ama gelende cox hezz ala bilmirem cinsi elaqede olmaq isteyirem sizce meslehetdi?
Dr.Orxan Agabəyov | 11 İyun 2013 11:33
Salam Ferid. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Siz heç bir problem yaşamadan, cinsi əlaqədə ola bilərsiz. Uğurlar.
rewad | 10 İyun 2013 15:54
salam hekim.hekim ele qiz varki anadan gelme qizliq perdesi olmur . eger toy gecesi bawina gelse oglanin oglanda wupe yaradar.oglan elaqede olarken his eliyirmiki oglan qizin ilk elaqesidi?
Dr.Orxan Agabəyov | 11 İyun 2013 06:42
Salam Rewad. Bakirəlik pərdəsi anadangəlmə olmaya bilər. Bakirə qızla cinsi əlaqə zamanı olan qanaxma, ilk cinsi əlaqənin olmasını göstərir. Uğurlar.
kamran | 10 İyun 2013 14:57
salam həkim mən artıq 7 ildirki evliyəm övladım yoxdur uzun müddətdir ki müalicə olunuram nəticə yoxdur bilmirəm getdiyim həkimlər xəstəliyin səbəbini bilmədən dərman yazırlar yoxsa səbəb nədir nə məsləhət verə bilərsiz
Dr.Orxan Agabəyov | 11 İyun 2013 06:36
Salam Kamran. Əsas odur ki, spermoqrammada göstəricilər normaya uyğun olsun. Əgər belə deyilsə, deməli cinsiyyət sistemində hansısa problemlər var. Bu problemləri araşdırıb və aradan qaldırmaq lazımdır. Uğurlar.
Emil | 10 İyun 2013 14:55
Salam hekim erken bosalmanin mualicesine qarantiya veririsiz?25 yas var.texmini ne qeder xerc teleb edir.xahis melumat vererdiz.
Dr.Orxan Agabəyov | 11 İyun 2013 06:13
Salam Emil. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Renat | 10 İyun 2013 14:33
Salam Hekim. Ilk once tewekkur ediremki suallara vaxt ayirib cavab yazirsiz. menim bir sualim var, gigiyenama diqqet etmeyime baxmayaraq mende qasiq nahiyyemde qabiqlanma baw verir, birdeki ayaqlarimin arasinda on hisseden dibde arada qizartilar olur, orda da qabiqlanma olur... Eyni zamanda duw aldigim gunun ustunden 1- 2 gun kecmirki qasiq nahiyyemde qoxular hiss olunur. ama terleyen deyilem cekimde normaldir. yani bedenim temiz olsada awagi meni narahat edir.. bu normal haldirmi? normal deyilse her hansi bir derman meslehet gore bilersiz? 1 ay sonra esger gedecem, cox narahatam komek etseniz minnetdar olaram.. tewekkurler
Dr.Orxan Agabəyov | 11 İyun 2013 06:09
Salam Renat. Ola bilər, Sizdə göbələk infeksiyası var. Dəqiqləşdirib(baxış+ müayinə), düzgün müalicə təyin etmək olar. Uğurlar.
Tural | 10 İyun 2013 11:59
SALAM hekim,,,men aileliyem birinci ailemden bir oglum var ikinci defe aile qurdum ama 5 ildirki ovladimiz olmur yoldasimda uzr isteyirem problem yoxdu ama mende hekime getmisem sperma 40 % di...axi bu faizle usaq mumkun deyilki ? hekime getmeyede cekinirem daha
Dr.Orxan Agabəyov | 11 İyun 2013 05:58
Salam Tural. Spermanın keyfiyyəti daimi olmur, yəni bu ay verdiyiniz analizin göstəriciləri normaya uyğun ola bilər, bir aydan sonra zəif ola bilər. Hərəkətlilik faizlərindən başqa göstəricilərdə var ki, uşaq olma ehtimalını qiymətləndirməyə lazımdır. Ona görədə spermoqramma analizini təkrar verin və əgər göstəricilər normaya uyğun olarsa, deməli müalicəyə ehtiyac yoxdur. Uğurlar.
Ramil | 10 İyun 2013 09:28
onda hekim axirinci sual ve sabah sizinle elaqe saxliyacam mene analizi yani obwu meni analizden siz edeceysiz ya bawqa mecestralar men istiyiremki ne mualice gorecemse ne analiz verecemse yalniz sizi terefinden olunsun yani butun klinikada otaqlari gezib hamidan bir analiz istemirem ne analiz edeceysinizse siz edin mumkun olan weydi?ikimiz arasinda olsunda anladiz meni?bawqa kimse kurs olmasin
Dr.Orxan Agabəyov | 11 İyun 2013 05:53
 Çalışarıq istədiyiniz kimi olsun. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rahib | 9 İyun 2013 21:20
SALAM HEKIM MENDE BIR PROBLEM VAR BAGISLAYIN DEYIM NORMAL VAXTDA EROTIK VIDEOLARA BAXANDA NE BILIM AXSAM SEHER NORMAL QAYDADA DURUR VE BERK HALDA OLUR AMA CINSI ELAQE ZAMANI DEMEK OLAR BERKIMIR EHTRASIM OYANIR DERHALDA OLUR HECNE EDE BILMIREM. AMA QALAN VAXT HEC BIR PROBLEM GORUNMUR BIRDE SPERMANIN YANI QATILIGI ZEIFIDI..NE MESLEHET GORDIZ..DIQQETINIZE GORE TWK EDIREM
Dr.Orxan Agabəyov | 11 İyun 2013 05:50
Salam Rahib. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
Murad | 9 İyun 2013 19:08
Salam hekim adım Muratdı.Bağışlayın narahat etdiyimçün.Həkim mənim-17 yaşım var cinsiyyət orqanım qalovkaya az qalmış sağdan şişib xahiş edirəm mənə kömək edin.ara-1 ağrıyır ama hemişe olmur.Hekim birde trenajorla meşqulam ştanqa güc etməkdən şişməzki.?
Dr.Orxan Agabəyov | 11 İyun 2013 05:47
Salam Murad. Ola bilər, travma almısız və ya damarlarda problem var. Trenajor zalında məşqlərin, penisdə olan problemlərə aidiyyatı yoxdur. Uğurlar.