ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Hesen | 11 İyun 2013 11:35
salam hekim sizden sorusmaq isderdim ki cinsi elaqede olmaq fiziki gucu zeifleder?
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:18
Salam Hesen. Normal ritmli cinsi həyat, fiziki gücü zəiflətmir. Uğurlar.
Abbas | 11 İyun 2013 09:49
Salam Orxan həkim. Xahiş edirəm sualıma cavab verin. Mən cinsi əlaqədə olanda bir dəfə oluram ikinci dəfə çətinliklə oluram. Bunun səbəbi sizcə nə ilə bağlıdır? Mən bir neçə dəfə əlaqədə olmaq və partnyorumu razı salmaq üçün nə etməliyəm?
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:13
Salam Abbas. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Cavid | 11 İyun 2013 09:40
Salam hekim bilmek isterdim penisin boyume muddeti nece yawa kimidi
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:10
Salam Cavid. Penisin inkişafı adətən 17-19 yaşa kimi olur. Uğurlar.
samir | 11 İyun 2013 09:35
son vaxtlar mende cinsi elaqe tez basa catir.tibden anlayisim var.ehtimal ediremki,siqaret ve esasende stresli heyat terzim buna cox tesir etmis olur. geciktirici vasitelerden istifade edirem,amma onlar daha cox keyidici tesir gosterdiyinden bu meni qane etmir.mene bu movzuda tovsiyye verseniz sevinerem.
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:05
Salam Samir. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Rewad | 11 İyun 2013 09:33
salam hekim.20yawim var subayam.masturbasiya eden zaman spermada iy ve bezi yerlerinde icinde balaca spermanin qati berk formasi var bu ne demekdi?eger qorxulu weydise mualicesi var?indiden saq olun hekim.
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:01
Salam Rewad. Çox güman ki, Sizdə cinsiyyət sistemində iltihabi prosess var. Problemi dəqiqləşdirmək üçün, spermoqramma analizindən keçmək lazımdır. Uğurlar.
Senan | 11 İyun 2013 09:12
Salam Hekim,menim size sualim normal cinsi elaqenin vaxti neche deyqe sayilir?(orta hesabla)
Dr.Orxan Agabəyov | 12 İyun 2013 05:55
Salam Senan. Cİnsi əlaqənin müddəti normada, 7-8 dəqiqədən çox olmalıdır. Uğurlar.
Samir | 11 İyun 2013 09:05
salam hekim..men cinsi elaqede olannan sonra cinsiyyet orqanimda bir muddetdir ki aciwma var..bunun ne kimi ziyani var??zohrevi xesteliyi olsa mualicesi nece mumkundur??onceden tewekkur..
Dr.Orxan Agabəyov | 12 İyun 2013 05:52
Salam Samir. Cinsi infeksiya ola bilər və əgər müalicə olunmursa - cinsiyyət sistemini zədəliyə bilər. Birinci növbədə yoxlamaq lazımdı - hansı infeksiya var, sonra müalicə. Uğurlar.
Akif | 11 İyun 2013 08:23
Həkim mənim 2-ci sualıma da cavab verdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm sizin telefonunuza zəng edərək sizin qəbulunuza düşmək mümkündürmü iş vaxtlarınızı xahiş edirəm mənə bildirəsiniz.bir də mənin qarın nahiyəmdə sıx ağrılar olur xahiş edirəm ona da aydınlıq gətirəsiniz Qabaqqcadan təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 12 İyun 2013 05:47
Qəbulun vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ramil | 11 İyun 2013 08:13
ALLAH razi olsun sizden cox sagolun
Dr.Orxan Agabəyov | 12 İyun 2013 05:50
Buyurun, xoşdu.
Elvin | 10 İyun 2013 17:41
Salam hekim. evvəlcədən size cox minattdaram. sizə inaniram . sizə sperma analizimin cavabını yazıb göndərmişdim siz spermanın seyif olduğunu yazmişdiz ve bir kurs mualiceye eytiyac var dediz.. Ama menim sol xayam saga nisbeten boş və balacadirş . sol xayamın kisesinde damar əllədə hiss olunur və görsenir uzananda ise cekilir. Hekim bunu bilmek isteyirem menim emelyatsız sperma fayizlerini mulice ile düzeltmek mümkündürmü? qorxuram eməlyatdan sonra ata olmaq şansım azalar. mene irana get deyirler ama men size inanıram cox xahiş edirem mene meslehet verin TESEKKÜRLER
Dr.Orxan Agabəyov | 11 İyun 2013 11:48
Salam Elvin. Birinci növbədə, damar genişlənməsinin olu-olmaması yoxlanılmalıdır. Əgər varikosele çıxmasa, əməliyyata ehtiyac yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.