ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
resad | 12 İyun 2013 12:45
salam doktor qebul vaxtlariniz olurmu?
Dr.Orxan Agabəyov | 13 İyun 2013 05:01
Salam Resad. Bəli, hər gün pasientləri qəbul edirəm, qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Emin | 12 İyun 2013 05:58
Salam Orxan Hekim,size sualim beledi,mende erken bowalma cox tez olu,hardasa 2-3 deqiqe,intim elaqeye giren kimi 2-3 deqiqe cekmir qutariram,sizce bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 13 İyun 2013 05:00
Salam Emin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
xeyyam qedirov | 12 İyun 2013 04:27
salam doktor mende 2 tərəfli varikoz var birde sağ xaya artiminda kista var spermaqramma yaxsi cixib ama selik və az leykosit var, evliyem ovladim yoxdu selik olmasi ne kimi problem yarada bilər?
Dr.Orxan Agabəyov | 13 İyun 2013 05:01
Salam Xeyyam. Leykositlər və selik, cinsiyyət sistemində iltihabi prosessin olmasının göstəricisidir. Bu prosessin nəticəsində, spermotozoidlərin hərəkətlilik faizləri, zəifləyə bilər. Uğurlar.
zahid | 11 İyun 2013 20:44
salam. menim20 yasim var penisim 11 sm dir . menim uzumde tuk cixmir hemde ezeleler mewq ile gec inkiwaf edir bildiyime gore bu testesteron azligindandi eger testesteron seviyesini mualice ile normallawdirilsa penisdede bu yasdan sonra artim olar?
Dr.Orxan Agabəyov | 13 İyun 2013 04:56
Salam Zahid. Birinci növbədə testosteronun səviyyəsini yoxlamaq lazımdır, əgər normadan aşağıdırsa, müalicə kursu keçmək, məsləhətdir. Penisin ölçülərinin artımı, sual altınndadır. Uğurlar.
elcin | 11 İyun 2013 20:33
salam hekim bagislayin narahat etdim sizi, mende elaqede olanda 5 saniye cekir ya cekmir bowaliram. 10 deyqelik uje heves olmur sonra heves yaranir. evvelden beleyem ne edim , neden ola biler?
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:54
Salam Elcin. Sizdə kəskin formada erkən boşalma var.  Yəni normal cinsi əlaqənin müddəti 7-8 dəqiqədən  çox olmalıdır. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Elcin | 11 İyun 2013 18:10
Salam hekim men esgerliye gedecem ama sol xayamda varikosel var muayine etdirmisem damarin olcusu 04-44 solda sagdasa 04-34 du mene dedilerki mualice gerekmir esgerliye gede bilersen zehmet olmasa deyerdiz bu olculerde problem boyuydu ya yox evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:59
Salam Elcin. Müayinə aparıldıqdan sonra, Sizə nəticə(diaqnoz) verilməli idi və orada norma və Sizin nəticələr yazılmalı idi. Hər halda damarların, 3 sm-dən artıq diametri, varikosele sayılır. Amma yaxşı olar ki, xayaların doppler müayinəsini  təkrar keçəsız, birdə spermoqramma analizini keçin. Uğurlar.
Emin | 11 İyun 2013 17:53
Salam Orxan hekim.23-yashim var.size sualim beledi,mende erken bowalma olur.ozude tez boshaliram,intim eleqeye giren kimi hardasa 2-3 deqiqe cekmir.bu normalara uygundur?bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:50
Salam Emin. Normal cinsi əlaqənin müddəti, 7-8 dəqiqədən çox olmalıdır. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
abdulla | 11 İyun 2013 16:03
salam doktor. menim 21 yasim var xayalarim cox balacadi olcusu hardasa 2 3 sm olar elecede penisim.bu mende diskamfortluq yaradir.bilmek isterdim bunun mualicesi var ?
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:44
Salam Abdulla. Birinci növbədə xayaları yoxlamaq lazımdır, ola bilsin hormonal pozğunluq nəticəsində bu problemlər yaranıb. Amma ola bilər ki, ölçülər normaya uyğun olsun. Müalicə metodları, müayinələrdən sonra təyin edilir. Uğurlar.
Niyazi | 11 İyun 2013 15:40
salam hakim.hakim man cinsi alaqada olan zaman bezan ozume guvanmamayim manda problem yaradir.ozum ozume pisxoloji tasir ediram.bunu nece aradan qaldirmaq olar.bela halar bezen baw verir.buda manda ozumda guvansizlik amala gatirir
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:40
Salam Niyazi. Bu problem psixogen erektil disfunksiya adlanır. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
Anar | 11 İyun 2013 13:52
Salam hekim necesiniz.QAbaqcadan size derin tesekkurumu bildirirem.hekim men demek olarki tez-tez cinsi elaqede oluram.ama nedense tez bosaliram.ama ickili olanda ise gucle bosaliram.Cox xais edirem menede komeklik gosteresinizki ne edim?Tesekkur.
Dr.Orxan Agabəyov | 12 İyun 2013 06:31
Salam Anar. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.