Hacı | 13 İyun 2013 05:46
Həkim salam .Sizin klinikada müayinələrin qiyməti haqqında məlumat bilmək istəyirik.Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.
Dr.Orxan Agabəyov | 14 İyun 2013 04:27
Salam Hacı. Sizi hansı müayinə maraqlandırır? Yəni müayinələr çoxdu, amma deyə bilərəm ki, qiymətlər müanasibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Ferid | 12 İyun 2013 21:49
Salam. Men 10-12 gün evvel qorunmadan cinsi elaqede olmuşam.. Dünen başqa maye kimi bir şey azmiqdarda çıxır ve az ağrı verir yüngül işe çıxanda...bir azda qızarıb..
Sizce bu nedi ve ne edim? Ciddi bir şeydirmi? 17 yaşım var. Müalicesi necedi?Teşekkürler..
Dr.Orxan Agabəyov | 13 İyun 2013 07:18
Salam Ferid. Çox güman ki, Siz cinsi infeksiya ilə yoluxmusunuz. Ən əsas yoxlamaq lazımdır, infeksiya var ya yox və əgər varsa - hansı infeksiyadır. Əgər infeksiya aşkarlanarsa, geçikdirməyin - mütləq müalicə edin. Uğurlar.
azad | 12 İyun 2013 20:41
salam doktor. 1ildi aileliyem. 3 klinikada spermoqramma analizi vermisem, biride 1%, birinde 2%, birinde 13% cixib. 5 mikrobdan analiz vermisem uroplazma cixib, xayalarimi rengli dopler etdirmisem normaldi.3 aydi mualice edirem hec bir effekt yoxdur
Dr.Orxan Agabəyov | 13 İyun 2013 06:59
Salam Azad. Fikrimcə, ureoplazmanın spermotozoidlərin hərəktlilik faizinin bu qədər aşağı olmasında rolu azdır. Düzgün və dolğun diaqnostika aparılmalıdır, səbəblər dəqiq müəyyənləşdirilməlidir, sonra müalicə yazılmalıdır. Uğurlar.
kenan | 12 İyun 2013 16:58
Salam Hekim size bir sualim olacaq ama xaish edirem etrafli aydinliq getiresniz?! Hekim men bir neche klinikada spermaqrammadan analiz vermishem, aktiv spermatazoidlerin sayi 0% olaraq gosterilib ama hekimler deyibki menbede yani xayada var sadece uze chixmir achigi tecrubelerinin imaknsizligindan mi ireli gelerek bir irelileyish ede bilmediler mene maraqlidir ve lazimdir ki adi sozle yox konkret yoxlayaraq spermatazoidlerin xayada olub olmadigini bilmek olar yayox olu, zeif hereketli , ve ya diri ferq etmez! ikincis daha sonra maraqlindim dunya androloji tibbinden ki xayada adi halda deyil cinsi elaqe zamani hemin spermatazoidler emele gelir, ve ya prostat veziden shire ifrazi damarlar vasitesile xayaya gederek orda yaranir! Mende xaya olchuleri normaldir ezilme filan yoxdur, varikosel yani damar genishlenmesi filan yoxdur bunlar normal oldugu halda spermatazoidlerin chixmamasi ve ya yoxdursa bunun bilavasite prostatit vezi ile elaqesi ola bilermi? teshekkurler!
Dr.Orxan Agabəyov | 13 İyun 2013 06:47
Salam Kənan. 1. Bunun üçün müayinə üsulu var - multifokal xaya biopsiyası, bu müayinədən sonra dəqiq bilinir, xayalarda spermotozoidlər var ya yox. Birdəki spermoqrammadanda bilmək olar xayalardadı problem ya spermotozoidlərin çıxması(obstruksiya) ilə bağlı problemdi. 2. Əgər spermoqrammada, spermotozoidlərin sayı - 0 çıxırsa, bu problemin prostat vəzi ilə əlaqəsi yoxdur. Uğurlar.
Emin | 12 İyun 2013 15:21
Cox sag olun Orxan hekim.Amma mende normal cinsi elaqe maximum 2-3 deqiqe cekir.men bu prablemi nece hell eliye bilerem.?ne vaxt sizin yaniniza muraciet ede bilerem?mende cox isterdimki bu prablem mende hell olsun.yeqinki men sizin yaniniza gelennen sonra,siz mene bu prablemin nece hell olmasi haqqinda etrafli melumat verersiniz,eyer mualiceye ehtiyac varsa onuda eliyerem.
Dr.Orxan Agabəyov | 13 İyun 2013 05:25
Salam Emin. Çalışaram Sizə kömək edim. Qəbul vaxtını dəqiləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elnur | 12 İyun 2013 15:06
Salam Hekim.sizdən xahiş edirəm ətraflı cavab veresiniz. 26 yaşım var birinci dəfə olanda 1 deqiqə çəkmir boşalıram,ikincisi isə təxminən 40-45 dəqiqə çəkir çox gec qurtarırram,sebeb ne ola bilər, spermada çox az gəlir 3-4 damcı normaya uyğundur ? qabaqcadan teşekkür edirəm.
Dr.Orxan Agabəyov | 13 İyun 2013 06:41
Salam Elnur. Ən əsas birinci cinsi əlaqənin müddəti uzadılmalıdır - bu probleminin səbəbləri müəyyənləşdirilib, müalicə təyin edilir. O ki qaldı, spermanın həcminin azalmasına, bu prostat vəzinin iltihabı(prostatit) ilə əlaqədar ola bilər. Ümmumiyyətlə spermanın normaya uyğun olub-olmamasını müəyyənləşdirmək üçün, spermoqramma analizindən keçmək lazımdır. Uğurlar.
yunis f | 12 İyun 2013 14:34
hekim salam.size bir sualim var hekim.eger qurtarmaq isteyib qurtarmirsansa ve nece saatlarla bu prosese bedende qalirsa bunun ne derecede ziyani var?birdeki elle xayalarin vepenisin mastubrasiya olmasinin cox ziyani var?
Dr.Orxan Agabəyov | 13 İyun 2013 06:37
Salam Yunis. Əgər kişidə ehtiras yaranıbsa, mütləq boşalmaq lazımdır. Əgər boşalma olmursa, bu kişi sağlamlığı üçün çox ziyandı - cinsiyyət sistemində durğunluq yaranır. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Rafiq | 12 İyun 2013 14:31
hekim salam.bagiwlayin sualima gore ama sizden bawqa heckime vere bilmirem bu suali.hekim mende bu wey hardasa 6 7 ay olar olan.penisim berkiyir qurtarana yaxin berkimiw halin hardasa 60%i qalir yeni yumwalir ama qurtarmamiw olurda bu proses hardasa qurtarmaga 1,2san qalmiw.bunda nese problemli nese var ya adi haldi?mende evveller bele wey olmamiwdi.24yawim var.
Dr.Orxan Agabəyov | 13 İyun 2013 05:19
Salam Rafiq. Bu problem, ereksiyanın(sərtliyin) zəifləməsi adlanır və müxtəlif səbəbləri var - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ceyhun | 12 İyun 2013 13:15
hekim salam. konsistensiya 1.0, durulashma vaxti 70 deq, 1 ml-de spermatazoidlerin sayi 50, eyakulyatda spermatazoidlerin umumi sayi 155, ireli hereketliler 21, reqsi hereketliler 31, hereketsiz 48, hereketli spermatazoidler sayi 52, morfoloji normal 37, canli spermatazoidler 57. zehmet olmasa buna munasibetinizi bildirerdiniz. ovlad sahibi olmaq uchun yeterli gostericilerdi? bir de ki morfoloji normal - bu gosterici neyi bildirir? normalda 4 olmalidi, mende 37-di.
Dr.Orxan Agabəyov | 13 İyun 2013 05:11
Salam Ceyhun. Sizdə ən əsas göstəricilərdən olan - irəli hərəkətl spermotozoidlərin faizi normadan aşağıdır. Bu göstəricilərin düşmə səbəblərini araşdırıb, müalicə kursu keçmək, məsləhətdir. Morfoloji normal spermotozoidlərin göstəricisi, normaya uyğundur. Uğurlar.
Emin | 12 İyun 2013 12:55
Salam Həkim, Kişi cinsi orqanının həcmini böyütmək (eninə) mümkündürmü? Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 13 İyun 2013 05:09
Salam Emin. Bunu yalnız əməliyyat yolu ilə etmək olar. Uğurlar.