elvin | 6 Noyabr 2014 08:49
salam.19 yasim var prastat vezimde soyuglanma var kohneden qalan vaspileniya.son 15 gundur prostat vezim agriyir hem de agrini xayalara verir.son 15 gundur cinsi zeiflik hiss edirem ancaq sidiy ifrazat sisteminde problem yoxdur pediatra getdim o mene iki derman yazdi nn vv indi men onlari qebul edirem.cinsi zeyiflik prosdatdandirmi? ve menim malicem duzgundurmu?sizden artiq derecede xais edirem mene cavab yazasiniz
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:10
Salam Elvin. 1. 19 yaşlı oğlanda cinsi zəifliyin səbəbi adətən prostatit olmur, hormonal və ya psixoloji səbəblər əsas rol oynayır. 2. Cinsi zəiflik problemini pediatr (uşaq həkimi) müalicə etmir(etməməlidir). 3. Mən başqa həkimin təyin etdiyi müalicəyə rəy bildirmirəm, bu etik cəhətdən düzgün deyil. Uğurlar.
Tanrıverdi | 6 Noyabr 2014 08:13
Xahiş edirəm Xrohiki kəskin prostatiti dəqiq müalicə edən həkimin ünvanını mənə deyin yazın. Əvvəlcədən minnətdaram.
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:11
Dr. Orxan Ağabəyov. Ünvan: Nyu Med klinikası, Həsən Əliyev küçəsi 29, TQDK-nın yaxınlığında. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Orxan | 6 Noyabr 2014 05:54
Salam hekim. 20 yasim var. Bir sey cox narahat eliyir meni. Xahis edirem cavablandirardiz. Masturbasiya zamani sag xaya qalxir yuxari uzr isdiyirem tuk cixan yerden qasix terefe qalxir elimnen saliram asagi. Herdefe olmur tek tuk hallarda. Hekim neden ola biler bu. Bir qorxusu var? Tesekkurler
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:11
Salam Orxan. Xaya problemlərini dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Əgər xayalarda problem varsa, bu spermanın keyfiyyətinə mənfi təsir edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ruslan | 6 Noyabr 2014 00:44
Salam. Men hec vaxt cınsı elaqede olmamışam amma menim penisimde ve qasıq nahiyesinde xırda sepgiler var qaşıntı verir. Bu sepgiden 1i sinede cox az sayda ise belimde var. Mümkünse cavab verin. Cox sag olun
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:11
Salam Ruslan. Əgər cinsi həyat başlamayıbsa, deməli bu sırf dəri problemidir - dermatoloqun(dəri həkimi) əyani qəbuluna müraciət edin. Uğurlar.
Azer | 5 Noyabr 2014 22:05
Salam doktor.penisin ucunda az miqdarda xirda suluglar var bu neden ola biler?
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:11
Salam Azer. Bu cinsi yolla keçən infeksiya olan, herpes virusunun əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
İlkin | 5 Noyabr 2014 17:44
Salam həkim. 3 həftə olar ki varikoseldən əməliyyat olunmuşam. Yara tamam sağalıb. Ama bir sey məni çox narahat edir. Yaranın altı ilə penisə doğru bir damar kimi nəsə var. Ereksiya vəziyyətində bu damar çox dartılır. çox pis ağrı verir. baxanda da görünür. Bunun nə olduğun bilmək istəyirəm. Əvvəlcədən çox sağ olun
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:12
Salam İlkin. Varikosele əməliyyatından sonra, adətən bir müddət damarlarda şişkinlik olur. Əgər bu şişkinlik(və ağrılar) getdikcə azalmırsa. təkrar doppler müayinə etmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 5 Noyabr 2014 15:10
Salam hekim. menim 26 yashim var subayam. axshamlar yuxuda mende ozluyunden ereksiya gelir. bu normaldırmı?. arada videoya baxıram ki, ereksiya heftede iki defe gelsin. bunun orqanizme xeyri varmi? bu zaman tez boşalma olur?. bu normaldırmı?. Men hech vaxt cinsi elaqeye girmemishem. xahiş edirem suallarima cavab verin ve mene komeklik gosterin.
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:12
Salam Anonim. Yazdığınız problemlərdən ən əsası - bu yaşa kimi cinsi hıyatın başlmamasıdır, cinsi həyat nə qədər gec başlayırsa - bir o qədər problemlərin olması ehtimalı artır. Tezliklə cinsi həyata başlayın və yazdığınız problemlər(erkən boşalma) yaşanarsa, müalicə kursuna ehtiyac olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tofiq | 5 Noyabr 2014 14:01
salam hekim.men 1-2 defe normal cinsi elaqede oluram..3 cu den sonra eraksiya tam olmur
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:12
Salam Tofiq. İki cinsi əlaqə normal olursa, bu prinsipcə pis nəticə deyil - yəni hansısa cinsi zəifliyin olmasından söz gedə bilməz. Hər halda, potensiyada enmə hiss edirsizsə, cinsiyyət sistemini diaqnostika etmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 5 Noyabr 2014 13:47
Həkim salam.sizdən artığ dərəcədə xaiş edirəm bu sualıma cavab yazasınız.məndə lap əvvəldən hardasa 12 yaşımdan cinsi orqanımın yəni penisin alt hissəsində xırda tük dibinə bənzər səpki kimi vəzilər var.bilməy istəyirəm o nədi elə və müalicə yolu ilə onları yox eləməy olar?
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 07:10
Salam Orxan. Əgər bu səpgilər cinsi həyat başlamayandan varsa, deməli bu sırf dəri problemidir - dermatoloqun(dəri həkimi) əyani qəbuluna müraciət edin. Uğurlar.
efqan | 5 Noyabr 2014 09:11
Salam DOKTOR narahatciliqa gore uzur isdeyirem men alti ay bundan qabaq bir qizla olmuwdum xesdelendim sperma axirdi ve mualice aldim indide her seher birdamci axinti var bune ola biler xaiw edirem meni etrafli bawa salasiniz ciddi problem ola bilermi tewekkurler.
Dr.Orxan Agabəyov | 7 Noyabr 2014 06:12
Salam Efqan. Bu situasiyaya iki səbəb ola bilər - 1. Yoluxduğunuz cinsi infeksiya tam müalicə olunmayıb və əlamətləri hələ də var. 2. Cinsiyyət sistemində iltihabi proses - prostatit. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.