aga | 14 İyun 2013 08:27
hekim mende sperma cox duru gelir hetda su halinda gelir ..neden ola biler
Dr.Orxan Agabəyov | 15 İyun 2013 06:12
Salam Ağa. Bu prostat vəzinin iltihabının(prostatitin) əlaməti ola bilər. Uğurlar.
Akif | 14 İyun 2013 08:19
Həkim salam .Bundan əvvəl verdiyim suallarımı cavablandırdığınız üçün sizə təşəkkür edirəm.Sizə bir neçə sualım da var.Prostat vəzində daş ola bilərmi? Mən müayinədən keçmişəm.Mənə deyiblər ki prostatada daş(kalsinat izlənir) var .Mənim qarın nahiyəmdə olan ağrı ondan ola bilərmi? Ağrı qış aylarında sancı ilə müşaiyət olunur və məni çox incidir və narahat edir.İndi yay aylarında sidiyi zorla saxlayıram.halsızlıq olur,Mən artıq 5-6 ildir ki ,bu vəziyyətdəyəm,xəstəlik isə inkişaf etməkdədir,daxildən boğazıma bəlğəm də gəlir,boğazım tıxnaşır,tüpürdükcə bəlğəm qurtarmır.havalar rütubətli keçdikdə və soyuqlaşanda bu daha da artır.Müalicələr almağıma baxmayaraq,sağalmıram.Xahiş edirəm bunlara aydınlıq gətirəsiniz .
Dr.Orxan Agabəyov | 15 İyun 2013 06:06
Salam Akif. 1. Bəli, prostat vəzidə kalsinatlar ola bilər. 2. Ağrıların müxtəlif səbəbləri ola bilər, o cümlədən prostatit (prostat vəzinin iltihabı). Qalan problemlərin, cinsiyyət sisteminə aidiyyatı yoxdur. Uğurlar.
Rustam | 13 İyun 2013 13:40
Salam Hekim.Menim cinsi orqanimda ciddi problemim var.Xahish edirem mene komek edesiniz.Problem ondan ibaretdiki menim sunnetim duran halda sola 45 derece ve ashagi baxir.Cinsi elaqede olanda cox ozumu narahat hiss edirem.Cox Xahish edirem mene komek edin.Rustam
Dr.Orxan Agabəyov | 14 İyun 2013 05:16
Salam Rustam. Çox güman ki, Sizdə Peyroni xəstəliyi var, bu halda ən məqsədəuyğun müalicə üsulu, əməliyyatdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
amil | 13 İyun 2013 11:41
salam hekim.mende bele bir problem var qadinla yaxin olanda cinsi orqanim oyanir ve daxil olmamis olur.qadin elini vursa bele oyanmir gerek oz elimle oyadam ama tez olur.ehtirasliyam ama bele olmagi meni uzur xais edirem komeklik edesiz
Dr.Orxan Agabəyov | 14 İyun 2013 05:12
Salam Amil. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
nurlan | 13 İyun 2013 09:58
salam hekim tez bosalmanin ve bir defe cinsi yaxinligla yoldasim hamile galarmi 2 defe bir yerde olmag istemirem hemin gun ne edimki cinsi gucum artsin ickinin yoldasimin hamile galnmasina mane olarmi
Dr.Orxan Agabəyov | 14 İyun 2013 05:01
Salam Nurlan. Bəli, bir cinsi əlaqədə olsazda, hamiləlik şansları var. Alkogollu içkilərin qəbulu spermanın keyfiyyətini azaldır. O ki qaldı cinsi problemlərə - bu problemlər müxtəlif səbəblərdən ola bilər , potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Elvin | 13 İyun 2013 09:51
Salam hekim mende leykosit 10-12-g/s -dir spermanin hereketliliyine ne derecede tesir edir . bu neyin elametidir? cox sagolun
Dr.Orxan Agabəyov | 14 İyun 2013 04:55
Salam Elvin. Leykositlər, iltihabın əlamətidir və spermada leykositlərin çox olması, hərəkətlilik faizlərini azalda bilər. Birinci növbədə, iltihabı aradan qaldırmaq lazımdır, sonra hərəkətlilik faizləri də artacaq. Uğurlar.
ismayil | 13 İyun 2013 09:41
salam hekim men sidik kanalinda yangi hiss edirem sidik ifrazindan sonra sanki kanalda sidik qalir hem de bir az hevessizlik var meslehetlerinize ehtiyacim var evvelceden tewekkurler
Dr.Orxan Agabəyov | 14 İyun 2013 04:44
Salam İsmayil. Çox güman ki, Sizdə sidik kanalında və sidik kisəsində iltihab var, yəni uretrit və sistit əlamətləri var. Bunu dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. O ki qaldı həvəssizlik probleminə - müxtəlifdir səbələr ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Orxan | 13 İyun 2013 08:09
Salam hekim. 25 yashim var. Mende ereksiya ile bagli problem var. Ushaqliqdan masturbasiya ile meshqul oluram. Tez boshaliram. Bilmek isterdim bunu mualice etmek mumkundurmu?
Dr.Orxan Agabəyov | 14 İyun 2013 04:35
Salam Orxan. Bəli, bu problemlərin müalicəsi var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Rauf | 13 İyun 2013 07:45
Salam Doktor, qadin kisi minet ederken, her hansisa xestelik kece biler?
Dr.Orxan Agabəyov | 14 İyun 2013 04:32
Salam Rauf. Bəli, belə bir ehtimal var, amma vaqinal sekslə müqayisədə daha azdır. Uğurlar.
Bextiyar | 13 İyun 2013 06:03
salam hekim. Qabaqcadan oz tesekkurume bildirirem. Menim sualim ozune guvensizlik ile baglidi. Cinsi elaqe zamani her sey yaxsi gedir. Sadece sonluq men istiyen kimi alinmir. Oz elimin komeyi olmasa, sonluq basa catmir. Bunun sebebi nedir? Lazim olsa qebula gelerem
Dr.Orxan Agabəyov | 14 İyun 2013 04:30
Salam Bextiyar. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.