Ibrahim | 15 İyun 2013 19:47
salam doktor,evvela cox sagolun ki,bu seraiti bizimcun yaratmisiniz.sualim; cinsi orqanimin olcusunun qisa olmagi meni psixoloji cehetden cox narahat edir.penisin yekeldilmesi ucun neyleye bilerem(emeliyyat etmekden basqa).mene komek edin,xahis edirem.
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:49
Salam İbrahim. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
nicat | 15 İyun 2013 18:49
salam hekim size sualim var ..24yasim var men hecvaxt gadinla olmamisam ve bu gun hekime getmisdim mende 3cu dereceli varkosel askar olundu bunun ne derecede geleceye ziyani var??he birde men cox ehtiraslananda penisimden beyaz duya oxsay maye gelir bu neden ola biler ?cox sag olun
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:46
Salam Nicat. 1.Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. 2. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Uğurlar.
Xəlil | 15 İyun 2013 13:01
salam hekim. men qeyri cinsi yolla əlaqədə olmuşam. (qızın cinsiyyət orqanına sürtünmə yolu ilə). menim penismin uc şapka deyilən hissəsinde qabarciqlar yaranıb. hardasa 2-3 ay olar. artib azalmir heç bir ağrı yoxdu. necə var elə durur. bunu səbəbi nə ola bilər ? cavabiniz üçün təşəkkürlər.
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:42
Salam Xəlil. BU müxtəlif səbəblərdən yarana bilər, ola bilər göbələk infeksiyasıdır. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Seymur | 15 İyun 2013 09:09
SALAM hekim men size evvelce yazmisdim cox sagolunki cavablandirdiniz... hekim ilk evliliyimden bir ovladim var ama indi olmur ovladim...analiz verdim ama bezi neticelerin qarsisinda hekim plyus qoydu dedi cuzi mualice lazimdi. sizinde meslehetiniz almaq istedim.
Normokinezis hereketli netice 31 norma 50 %
hipokinezis zeif hereketli 4 netice norma 10 %
akinezis hereketsiz 65 % norma 40 % ....cavablandirsaniz cox sevinerem hekim. gobelek filan cixmadi. coxsunun qarsisinda negatif yazilib. tesekkurler cox cox cox sagolun
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:35
Salam Seymur. Sizdə hərəkətli spermotozoidlərin sayı normadan azdır. Amma başqa vacib göstəricilərdə var - məsələn 1 ml -də spermotozoidlərin sayı. Hər halda, hərəkətlilik faizlərinin düşmə səbəbləri araşdırılıb, müalicə kursu keçməlisiz. Uğurlar.
Fagan | 15 İyun 2013 06:21
Salam Aleykum.hekim menim boyuk problemim var.uzr uzr istiyirem ifademe gore ama men cinsi elaqe zamani cox tez qurtariram bunun ucun ne ede bilerem?
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:26
Salam Faqan. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Kamran | 14 İyun 2013 19:21
Salam hekim, menim problemim: men her gun cinsi elaqede oluram. ele gun olurki 2-3 defe oluram. ozumu saxliya bilmirem. bele cox olmagin ziyani varmi?
Dr.Orxan Agabəyov | 15 İyun 2013 06:37
Salam Kamran. Cinsi həyatın ritmi, kişinin cinsi temperamenti ilə bağlıdır. Yəni, əgər cinsi əlaqədə olmaq istəyisizsə - istədiyiniz qədər ola bilərsiz, bunun heç bir ziyanı yoxdur. Uğurlar.
samir | 14 İyun 2013 19:16
salam hekim menim hele 17 yawim var ama bedenimde hedden artiq tuk var.ciyinlerimde belimde.nedendi bu ?
Dr.Orxan Agabəyov | 15 İyun 2013 06:34
Salam Samir. Tüklənmə , orqanizmin individual xüsusiyyətidir və daha çox genetika ilə bağlıdır. Yəni tüklənmənin çox olması, orqanizmdə hansısa problemlərdən xəbər vermir. Uğurlar.
ZAUR | 14 İyun 2013 18:43
SALAM HEKIM NECESIZ? HEKIM MENIM PROBLEMIM TEZ BOSHALMADI HARDASA 2 DEQIQE BIRAZDA TEZ 1.5DEQIQEYE QURTARIRAM.HEKIM TEZELIKCE 20 GUN OLAR YASHADIQDAN SONRA TENASUL ORQANININ UCU GÖYNƏDİ,1 HƏFTƏ OLAR SİDİYƏ GEDƏNDƏ,SİDİYDƏN SONRA GÖYNƏMƏ VAR.MƏN 10 AYDIR AĞ CİYƏR VƏRƏMİNDƏN MUALİCƏ ALIRAM ARTIQ SAĞALMIŞAM.BU XƏSTƏLİKDƏ TƏSİR EDƏ BİLƏRMİ?HƏKİM TƏNASÜL ORQANINDAN CİRKƏ OXŞAR İFRAZAT GƏLİR,ƏVVƏLLƏR EVLİ OLMAMIŞDA BU GƏLİRDİ YOX OLURDU YENƏ GƏLİRDİ.ƏN ƏSASIDA BÖYÜK BAYIRA GEDƏNDƏ GÜC EDƏNDƏ GƏLİRDİ.AMMA İNDİ İSƏ SİDİYƏ GEDƏNDƏ GƏLİR.BU GÜNDƏ HƏMƏN GÖYNƏMƏ VAR SAĞ TƏRƏF BÖYRƏYİMİNDƏ HƏRDƏN SSANCI VERİR AĞRIYIR .XAHİŞ EDİRƏM KÖMƏK EDİN.
Dr.Orxan Agabəyov | 15 İyun 2013 06:29
Salam Zaur. 1.Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Ağciyər vərəminin, erkən boşalma probleminə aidiyyatı yoxdur. Səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 2. İfrazatın gəlməsi, prostat vəzinin iltihabı(prostatit) ilə bağlı ola bilər. Uğurlar.
vusal | 14 İyun 2013 17:21
Salam hekim size bele bir sualim var mende cinsi orqanin derisi cox hesasdi ve zeifdi tez zedelenir yeni derisi .hekim cinsi akt zamani tez basaliram hardasa 1 -2 deqoqe kecir isteyirem cox olsun mene ne meslehet gore bilersiz
Dr.Orxan Agabəyov | 15 İyun 2013 06:15
Salam Vusal. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Renat | 14 İyun 2013 09:23
Salam hekim. Kecen sefer sual vermişdim cinsiyyet orqani bolgesi ve qasiq hisse ile bagli. Cavabinda yazdizki ola bilsin gobelek xesteliyi var. Mende bundan şubhelenirem. Bunun ucun hansi dermanlari meslehet gorursuz? Cox xahiş edirem cavab yazasiz, cunki esger gedecem ve bu problem meni cox narahat edir, esgerlikdeki şeraiti ozunuz bilirsiz, indi ustune duşmesem esgerlikde daha cox problem olacaq. cox xahiş edirem derman adlarini yazardizda. İndiden teşekkurler....
Dr.Orxan Agabəyov | 15 İyun 2013 06:21
Salam Renat. Diaqnozu dəqiqləşdirməmiş, yalnız şübhələnməklə dərman yazıla bilməz. Sizdə olan əlamətlər, bor çox xəstəliyin əlaməti ola bilər. Müayinələrdən keçin, diaqnozu dəqiqləşdirin müalicə ilə mən Sizə kömək edərəm. Uğurlar.