elsen | 17 İyun 2013 13:54
Salam doktor.sualim beledi ki men erken boaalieam.1-1, 5deqiqeye bosaliram.bunun sebebini askar etdikden sonra xilas olmaq munkundur yoxsa xilas olmaq cox cetindi?
Dr.Orxan Agabəyov | 18 İyun 2013 08:08
Salam Elsen. Müalicə adətən 1-1,5 ay çəkir və çətin deyil. Uğurlar.
xeqani | 17 İyun 2013 11:08
salam hekim..sizin iw yeriniz,yeni qebulunuza nece duwmeyi oyrenmey isteyirem..problem ciddi oldugu ucun,online konsultasiya kifayet deyil mence.
Dr.Orxan Agabəyov | 18 İyun 2013 07:42
Salam Xeqani. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elvin | 17 İyun 2013 10:55
salam hekim,men yoxlandim mende ve yoldasimda ureplazma ve gardnella mikrobu cixdi,ikimizdede leykositlerin sayi normadan cox idi,menim spermoqrammamin neticesine gore faiz 27% e dusmusdu,sag xayamda 0.2 mm genislenme var idi,bunun problem olmadigini hemik soylemisdi,bu problem ola bilermi?20 gunluk mualiceden sonra mende mikroblardan hecbiri qalmayib,spermamdada deyisiklikler hiss eleyirem,evveler eriyerdi qurtaran kimi,indi qati rezin kimidi,spermanin faizi qalxa biler?yoldasimda qalan ureplazma mikrobunu ne qeder muddete mualice etmek mumkundur?
Dr.Orxan Agabəyov | 18 İyun 2013 11:36
Salam Elvin. Spermada artımın olub-olmamasını, spermoqramma analizini verib, yoxlaya bilərsiz. Adətən, ureaplazmanın müalicəsi 2-3 həftə çəkir. Uğurlar.
Nuray | 17 İyun 2013 10:41
salam hekim men yoldasimla elaqede olarken hec hezz almiram. hecne hiss etmirem. bu ne ola biler?
Dr.Orxan Agabəyov | 18 İyun 2013 07:27
Salam Nuray. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Uğurlar.
Tamella | 17 İyun 2013 08:57
salam hekim.menim yoldashim cox heddinden artiq cinsi heveslidir.bunu azaltmag nece olar?cunki men onun qeder cinsi elaqede olmaq istemirem.hansisa bir dermanla bunu etmek olarmi? onun 58 yashi menim 48 yashim var.evvelceden teshekkur ederim.
Dr.Orxan Agabəyov | 18 İyun 2013 07:20
Salam Tamella. Belə bir dərman vasitəsi, yəni effekti olan və yan təsirləri olmayan dərman - mövcud deyil. Uğurlar.
ceyhun | 16 İyun 2013 20:58
salam doktor . menim qanimda herpes simpleks 1virusu askarlanib. miqdari 2.2/ bu ne qeder tehlukelidir/ agiz etrafinda sepkiler / yara olurdu / z-t istifade etdim/ sepkilerde yaralarda sagaldi/ amma ara ara xirda sepkiler olur/ evveller cinsi orqanimda sepki yox idi amma son zamanlar cinsi orqan feallasanda . sunnet olunmuw hissede kicik qizartilar yaranir/ // mene ne meslehet gorursunuz/ ne kimi fesadlar ola biler
Dr.Orxan Agabəyov | 17 İyun 2013 06:10
Salam Ceyhun. Herpesin müalicəsində, yazdığınız dərman istifadə olunmur. Bu infeksiya cinsi əlaqə zamanı, partnyorunuza keçə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
samir | 16 İyun 2013 17:16
cinsiyyet orqanini geniwlendirmek mumkundur? mumkundurse nece etmek olar?
Dr.Orxan Agabəyov | 17 İyun 2013 06:00
Salam Samir. Buna yalnız əməliyyat etməklə, nail olmaq olar. Uğurlar.
Nadir | 16 İyun 2013 15:31
Salam hekim menim cinsiyyet orqanim kicikdir yasadigim qizda bundan shikayetlenir normal cinsiyyet orqani nece sm olmalidir ve onu uzatmaq ucun tebii usul ve ya derman varmi? Cavabiniz ucun evvelceden tesekkur edirem !!
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:58
Salam Nadir. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir dərman vasitəsi və ya təbii üsul, təsir etmir. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
vusal | 16 İyun 2013 09:10
salam d.r 1.meqalelerde qeyd olunan potensiya guclendirici qida spermanin keyfiyyet ve kemiyyet gostericilerine tesir edirmi?2.kiwide prolaktinin yuxari(460)olmasi qadinin hamile qalmasina mane ola biler?3.sol terefli varikoselektomiyadan sonra sagda az agri olmasi ve damarlarinin nisbeten iri olmasi ola bilermi ve bu problem yaratmaz? men infeksiyadan analiz vermiwdim,orada hamisi -cixdi,birce kokkwekilli cixdi,bu hansi infeksiyani gosterir ve bunun mayalanmaya -tesiri ola bilermi?bunu mualice etdirmek lazimdirmi?
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:51
Salam Vusal. 1. Həmin qidalar, əsasən potensiyanı gücləndirmək üçündür, spermanın keyfiyyətinə də müəyyən qədər təsir edə bilər. 2. Prolaktinin yuxarı olması, hərmonal balansın pozulması deməkdir, nəticədə spermanın keyfiyyətidə zəifləyə bilər. 3. Problemin olub-olmamasının yalnız müayinədə təyin etmək olar. 4. Əgər bu infeksiyalar, iltihab törədirsə -müalicə olunmalıdır. Uğurlar.
Xmen | 16 İyun 2013 05:56
Salam hekim 16 yasim var. Cox ehtirasliyam. Ele gun olur ki, 5defe bowaliram. Her gun cox bowalma sonsuzluq ve ya diger bir xestelik yarada biermi?
Dr.Orxan Agabəyov | 17 İyun 2013 05:52
Salam Xmen. Masturbasiya etmək, sonsuzluğa gətirib çıxarmır. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.