famil | 18 İyun 2013 21:01
salam hekim. menim 20 yasim var sol xayamda varikosel yaranib ama hec bir agri yoxdu hec bir diskomfort yaratmir. 1-2 ilden sonra emeliyyat etmek isdeyirem. indi spermanin faizi asagidisa 1-2 ilden emeliyyat sonrasi sperma faizinde duzeliw olar?
Dr.Orxan Agabəyov | 19 İyun 2013 06:19
Salam Famil. Əgər əməliyyat düzgün aparılsa və spermanın göstəricilərinə mənfi təsir edən, başqa faktorlar yoxdursa - bütün göstəricilər düzələ bilər. Uğurlar.
royesen | 18 İyun 2013 20:41
Salam hekim. Men sidiye gedende cox pis goynedir, ağridir, tez tez sidiye gedirem. neden ola biler?
Dr.Orxan Agabəyov | 19 İyun 2013 06:11
Salam Royesen. Bu sidik kisəsinin iltihabı(sistit) və sidik kanalının iltihabı(uretrit) əlamətləridir. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
Elgun | 18 İyun 2013 18:17
salam hekim. sualim: 18 yasim var ve cinsiyet orqanlari haqqinda melumatim yoxdu, xais edirem etrafli yazasiz xaya yirtigini nece mueyyen etmek olar? evveller yigilib xayalarim dersi das kimi olurdu, indiyse sallaq formada durur ve bu meni cox narahat edir.
indiden tesekkur.
Dr.Orxan Agabəyov | 19 İyun 2013 06:05
Salam Elgun. Xayaların yığılması və ya sallanması mütləq hansısa problemlərdən xəbər vermir. Amma əgər dəqiqləşdirmək istəyirsizsə - xayaların doppler müayinəsindən keçin, problemlərin olub-olmamasını öyrənin. Uğurlar.
ehtiram | 18 İyun 2013 14:01
Salam ...Size sualim beledir ki, tek xaya ile ovlad sahibi olmaq mumkundur mu??? Ve bu xestelik cox ciddidir???
Dr.Orxan Agabəyov | 19 İyun 2013 05:55
Salam Ehtiram. Bəli, mümükündür, amma problemlər də ola bilər. Dəqiqləşdirmək üçün, spermoqramma analizindən keçin. Əgər göstəriclər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
ismayil | 18 İyun 2013 13:04
salam hekim,men c/ elaqede olanda isin ortasinda birden bire yumusalir ve elaqemiz yarimcig qalir.hem de tez bosalma da olur.1defeden cox oldugum axirinci defe yadima gelmir
Dr.Orxan Agabəyov | 19 İyun 2013 05:51
Salam İsmayil. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Cavid | 18 İyun 2013 12:45
Həkim salam. Prostatitin müalicəsi zamanı eyni anda həkimlər anal dəlikdən barmaqla masaj da təklif edirlər və bəzəzn vacib bilirlər. Bu nə qədər doğrudur? Bunun başqa variantı yoxdu?
Dr.Orxan Agabəyov | 19 İyun 2013 05:47
Salam Cavid. Bir çox həkimlər bu metodikadan istifadə etmir. Hal hazırda prostatitin müalicəsində, müxtəlif metodikalardan istifadə olunur. Uğurlar.
amil | 17 İyun 2013 21:09
salam hekim sagolunki sualimi cavablandirdiz ama deqiq bilmedim ola bilerki mende veziyyet duzelmesin?sualim cinsi orqanin oyanib ve tez olmesi ile bagliidi qadin elini vursa bele oyanmir gerek elim ile durquzam
Dr.Orxan Agabəyov | 19 İyun 2013 05:42
Salam Amil. Düzgün müalicə alsaz, bu problem düzələ bilər. Uğurlar.
Nihat | 17 İyun 2013 19:41
Salam hekim.qadinla 1 nci defe oldun.yeniden olmaq ucun arada ne qeder vaxt lazimdir.2 1 nci defe olduqdan sonra . 2 ci defe olmaq isdesende cinsiyyet orqanin feal olmur bu ne ole eaqederdi ?
Dr.Orxan Agabəyov | 19 İyun 2013 05:32
Salam Nihat. 1. Bu müddət individualdır və hər hansı normativ mövcud deyil. 2. Sizdə, potensiyanın zəifləməsi halları var. Potensiyanın zəifləməsi səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Royal | 17 İyun 2013 18:24
Salam doktor, men bir nece ildir ki masturbasiyayla mesqul olmuram..Ve qadinla elaqeye girmek istedikde normal sex yasaya bilmirem.Pensim sertlesmir (tam qalxmir) ve bosalma gec olur.Bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 19 İyun 2013 05:26
Salam Royal. Bu problemin səbəbləri - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Akif | 17 İyun 2013 17:41
Həkim salam .Qadınla cinsi əlaqənin sonunda spermanın uşaq olmasın deyə çıxarılıb çölə tökülməsinin kişi üçün hansı zərərləri vardır? Bu prostata təsir edə bilərmi? Qadına hansı təsirləri ola bilər.Ümumiyyətlə bu zaman prezervativə ehtiyac varmı?Xahiş edirəm bunu izah edəsiniz.qabaqcadn sizə öz təşəkkürümü bildirirəm
Dr.Orxan Agabəyov | 19 İyun 2013 05:18
Salam Akif. Cinsi əlaqənin bu formada bitməsi, kişidə müxtəlif cinsi problemlər yarada bilər - ereksiyanın zəifləməsi, boşalmanın gecikməsi və ya erkən olması və s. Prezervativlərdən istifadə daha düzgün variantdı. Uğurlar.