elvin | 20 İyun 2013 08:31
hekim cox sagolun cavaba gore amma qorxulu bir sey olmazki?
Dr.Orxan Agabəyov | 21 İyun 2013 06:06
Ciddi problemin olub-olmamasını, yalnız diaqnostikadan sonra demək olar. Uğurlar.
anonim | 20 İyun 2013 08:31
Salam. xayamin biri digerine nisbətən (0.5-1 mm) yuxaridadi bu son zamanlarda emele gelib bu neden ola biler? və hansı problemlərə gətirib çıxara bilər?
Dr.Orxan Agabəyov | 21 İyun 2013 06:03
Salam Anonim. Bir xayanın(adətən sağ) o b irisinə nisbətən daha yuxarıda yerləşməsi normaya uyğundur. Amma dəqiləşdirmək üçün, xayaların doppler müayinəsindən(UZİ) keçmək məsləhətdir. Uğurlar.
Anonim | 19 İyun 2013 22:17
Salam mende son zamanlar cox zeiflik hiss edirem meselen tez boshaliram hetta herden olur ki elaqe zamani orqan tam sonur yarim qalir bunun ucun men ne ede bilerem?(amma bezi hallarda 2-3 defe ola bilirem)
sizinle nece elaqe saxlamaq olar?(Yeni qebulunuza harda ve nece dushmek olar?
Dr.Orxan Agabəyov | 20 İyun 2013 05:37
Salam Anonim. Sizdə ereksiya problemləri var, səbəblər həm psixoloji həmdə orqanik ola bilər. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elsen | 19 İyun 2013 18:17
Salam hekim menim problemim yasamaqdadir yanyana olarken yaxsi oluram amma yasama zamani yasaya bilmirem tamami ile olur ve birde yaman gec bosaliram
Dr.Orxan Agabəyov | 20 İyun 2013 05:35
Salam Elsen. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
Nergiz | 19 İyun 2013 18:13
Salam hekim men 7hetelik hamileyem ama qanim -II yoldasimda IIgelecekde bir problem yaranmazki ya hamilelikde ya da usaq dogulduqdan sonra (usaqda anormalliq ves)tsk
Dr.Orxan Agabəyov | 20 İyun 2013 08:17
Salam Nergiz. Sizdə mənfi rezus olduğu üçün, rezus-konflikt baş verə bilər. Yəni hamiləliyin gedişatında problemlərin olması ehtimalı var. Əgər hamiləlik, birinci hamiləlikdirsə, problemlərin olması az ehtimal olunur. Hər halda, qinekoloqa müraciət edin, qanda antitellərin titri yoxlanılsın və əgər lazım olarsa, Sizə müalicə təyin ediləcək. Uğurlar.
Ali | 19 İyun 2013 16:49
Salam həkim.Mənim cinsiyyət orqanım cinsi əlaqə zamanı 12 sm olur.Hamilə qalmağa bəs edirmi,birdəki mən cinsiyyət orqanımın öıçüsünü əməliyyatsız və əks təsir göstərə bilən preparatlarsız nece dəyişə bilərərəm,
Dr.Orxan Agabəyov | 20 İyun 2013 07:42
Salam Ali. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir dərman vasitəsi, təsir etmir. Uğurlar.
ANAR | 19 İyun 2013 13:09
Salam hekim mende herpes 1 ve 2 viruslari cixdi ama mualiceyle 2,9dan 1,1e dusdu qirmizi sepkiler emele geldi penisde yene mualice goturdum z-s,s-r bu tip dermanlar istifade etdim bir muddet olmadi sepki ama bu yaxinlarda yeniden var oldu indi yoldasim mualice goturur men yox tekce maz istifade edirem cekilib sepkiler , bu sepkilerden ve viruslardan birdefekil qurtulmaq olarmi?onceden tesekkur
Dr.Orxan Agabəyov | 20 İyun 2013 07:34
Salam Anar. Herpes virusunun birdəfəlik müalicəsi yoxdur. Əgər müalicə nəticəsində, residivlər(əlamətlərin yaranmsı) gec-gec olursa, bu yaxşı müalicə sayılır. Uğurlar.
noname | 19 İyun 2013 12:52
Penisi uzadan dermanlarin effekti olur? En effektlisi hansidi
Dr.Orxan Agabəyov | 20 İyun 2013 05:33
Salam Noname. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir dərman vasitəsi, təsir etmir. Uğurlar.
elvin | 19 İyun 2013 09:43
salam hekim menim xayamnan birinde agri var amma cox agrimir sebebini deyinde zehmet olmasa
Dr.Orxan Agabəyov | 20 İyun 2013 05:31
Salam Elvin. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(dama genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
azer | 19 İyun 2013 06:42
salam hekim. bilmek isterdim prostat vezi shiresinden analiz menden nece alinacax ve bu analizi vermemishden qabax hansi shertleri etmek lazimdir(sidiye seher getmemek ac qarina ve s.)
Dr.Orxan Agabəyov | 20 İyun 2013 07:17
Salam Azer. Analizi götürən həkim, barmağı ilə anal dəlikdən, prostat vəzinin massaj edir, nəticədə sidik kanalından prostat vəzinin şirəsi ifraz olunur. Sidiyə getməmək əsas şərtdi. Uğurlar.