ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
orxan | 21 İyun 2013 17:17
salam hekim necesiz? uzr isteyirem ehtiras elaqesinden sonra spermadan xlor iyi gelir.bu ne demekdi?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 07:01
Salam Orxan. Spermanın iyinin kəskin olması, prostat vəzinin(prostatit) və toxum kisəciklərinin(vezikulit) iltihabının əlamətidir. Uğurlar.
ayaz | 21 İyun 2013 15:38
salam hekim menim sualim 32 yasim var cinsel iliskide cox aktivem ureyim istediyi vaxt qadinla ola bilirem amma prablem buduki qadinla oldugm zaman tez bosaliram texminen 20 saniyye bu meni cox utandirir xais edirem mene ev saraitinde bir mualice yazasiz men ne edimki prizivativden ve keylesdirici melhemnen isdifade etmeyim bir qadinin ehtiyacini odememek adami cox utandirir cavab yazin sag olun
Dr.Orxan Agabəyov | 23 İyun 2013 06:47
Salam Ayaz. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
vidadi zeynalov | 21 İyun 2013 15:23
hormetli hekim utaniram demeye 13 ildir evliyik 2 ovladim var . ancaq son 6 ilde men heyat yoldasimla yaxinliq ede bilmirem. daha doqrusu yasiya bilmirem.bu ne ile eleqaderdir.xahis edirem sualima cavab veresiniz.hormetle vidadi zeynalov
Dr.Orxan Agabəyov | 23 İyun 2013 06:52
Salam Vidadi. Bu situasiyada müxtəlif səbəblər  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Utanmaq lazım deyil , səbəbləri müəyyənləşdirib,  müalicə keçin və yenidən normal cinsi həyat yaşayın. Uğurlar.
ruslan | 21 İyun 2013 15:09
salam doktor mende bele bir sey var öz özünə hucere cox vaxt axir damci damci
Dr.Orxan Agabəyov | 23 İyun 2013 06:31
Salam Ruslan. Bu müxtəlif səbəblərdən ola bilər, prostat vəzinin iltihabı(prostatit), müxtəlif cinsi infeksiyalar və s. Dəqiləşdirib, müalicə kursu keçmək, məsləhətdir. Uğurlar.
Isgender | 21 İyun 2013 14:25
Salam hekim qadinin cinsiyyet orqaninda gobelek xesteliyi olarsa cinsi elaqede olmaq tehlukelidirmi?Bu zaman hansi problemler ola biler?Zehmet olmazsa cavab yazarsiz?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 06:25
Salam İsgender. Bəli, təhlükə var, bu halda Siz göbələk infeksiyası ilə yoluxa bilərsiz. Uğurlar.
mehemmed | 21 İyun 2013 14:19
salam hekim menim faiizim 14 idi vorikoselden emeliyyat oldum faiz 34-e qalxdi nece kurs mualice aldim normaya duwmur hekim deyirki o biri terefdede vorikosel var onu kesdirmeden mualiceyle faizi qaldirmaq olar normaya
Dr.Orxan Agabəyov | 23 İyun 2013 06:19
Salam Mehemmed. 1. Müasir standarlara görə, normada irəli hərəkətli spermotozoidlərin faizi 32% yuxarı təşkil etməlidir, əgər Siz köhnə standartları tətbiq edən klinikada analiz vermisizsə, təkrar müasir standartlar olan klinikada spermoqramma verin. 2. İkitərəfli varikosele çox nadir hallarda olur, ona görədə bu diaqnoz dəqiqləşdirilməlidir, əməliyyat etməyə tələsməyin. Uğurlar.
ZAur | 21 İyun 2013 12:12
Hekim men bir defe cinsi elaqede olanda qiz qasinirdi hem de iy gelirdi.ondan sonra mende xayalarin dibinde ve altinda ve arxada qawinmalar olur hemde pis iy gelir bu hansisa xestelikdi?mualicesi nedi?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 06:06
Salam Zaur. Bu müxtəlif dəri xəstəlikləri ola bilər(məsələn göbələk infeksiyası), yalnız diaqnozu dəqiləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
polad | 21 İyun 2013 12:07
salam hekim ,16yaşim var. 1.dar alt paltarlarin ve dar şalvarlarin cinsi orqana ve ya xayalara zereri ne qederdir ? 2. bir defe speqramma analizi verdim . bagislayin amma o qeder az geldiki hec analiz ede bilmediler . mene dedilerki cinsi pozgunluz var . mualice ucun xususi iyneler var . bu ne iyneleridi ve hara vurulur ?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 06:01
Salam Polad. 1. Dar alt paltarlarının cinsi orqana ziyanı yoxdur, xayalara isə ziyan vura bilər. 2. 16 yaşda spermoqramma vermək və ümumiyyətlə bu haqda düşünmək hələ tezdir, amma əgər cinsi pozğunluq varsa, hər bir diaqnozda müəyyən dərmanlar(iynələr, tabletlər) istifadə olunur, yəni təyin olunan müalicə diaqnozdan asılıdır. Uğurlar.
Resad | 21 İyun 2013 12:03
Salam hekim.Her vaxtiniz xeyir.Menim 22 yasim var.Mende 1-ci dereceli varikosel var.Bunun menim spermama menfi tesir etme ehtimali var?Spermoqramma analizi hokmen vermeliyemmi?
Dr.Orxan Agabəyov | 22 İyun 2013 06:54
Salam Resad. Spermoqramma analizindən keçmək, məqsədəuyğun olar. Uğurlar.
Nahid | 21 İyun 2013 11:48
Doktor salam, sualim ondan ibaretdir ki, menim penisimin uzunlugu ve diametri meni qane etmir, coxlarindan eshitmishemki qaynar su altinda penisi elinle masaj edilmesi(dartilmasi) penisin diametrini ve uzunluguna tesir edir, bu dogrudurmu?
Dr.Orxan Agabəyov | 22 İyun 2013 06:46
Salam Nahid. Bu tamamilə yanlış metodikadır - Siz penisin artımı deyil, travma və yanıqlar əldə edəcəksiz. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.