Sadiq | 22 İyun 2013 16:22
Hekim salam.Hekim men sidiye gedenden sonra sidik kanalimda 5-10 damci sidik qalir ve tedricen boshalir.Bu sebebden de alt paltarim tez tez bulashir. Bir de ki, cinsi elaqeden sonra ikinci defeye hevesim qalmir.Bashqa bir sualim da var. Cinsi elaqe zamani boshalma aninda spermanin cixma teziqinin ashagi olmasi neyle baglidir. Xahish edirem etrafli cavablandirasiniz. Evvelceden twk.
Dr.Orxan Agabəyov | 23 İyun 2013 11:55
Salam Sadiq. 1. Bu əlamət, prostat vəzinin iltihabı(prostatitin) əlaməti ola bilər. 2. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). 3. Bu ehtiraslanmanın zəif olması ilə əlaqələndirilə bilər. Uğurlar.
cefer | 22 İyun 2013 12:01
salam hekim .men subayam ozumcun yeni maraga getim analiz verdim spermaqramma ve hamisi sifr cixdi men cox qorxuram bu sonsuzlugdu yoxsa hele nese elamak olar
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:51
Salam Cefer. Bu situasiyada hər şey, səbəblərdən asılıdır - elə səbəblər var ki, müalicə ilə aradan qaldırılır, elə səbəblərdə var ki müalicə mümkün olmur. Hər halda birinci növbədə, spermanın göstəricilərinin sıfır olması səbəbləri araşdırılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
RASHAD GAFAROV | 22 İyun 2013 09:52
salam hekim, menim 26 yasim var, meni evdekiler 5 ayin gelini ile evlendirmek teklifini ettiler, tanis ailedirler, ailevi dostuq, qiz heqiqeten sakit, semimi qizdi, hem yasidiq, sadece evlendiyi oglanin kobud xarakterleri onlari ayirdi, indi men bilmek istiyirem onlarin usaqlari ola biler hacansa? bir de ki men eger o qizla evlensem, toydan sonra cinsi elaqede olmaliyam, eger evvelki oglan bu qizi acmis sayilirsa, demek men cinsi orqanimi acilmis qizliq perdesine salmagimin ehemiyyeti olmayacaq?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 11:35
Salam Rashad.1. Əgər hal hazırda, gız hamilə deyilsə, keçmiş həyat yoldaşından, uşaq ola bilməz. 2. Əgər qız bakirə deyilsə, bu o demək deyil ki cinsi əlaqənin əhəmiyyəti yoxdur, sadəcə cinsi həyat yaşayacaqsız. Uğurlar.
zaza | 22 İyun 2013 06:43
SALAM HEKIM.
MENIM SUALIM TEZ BOSHALMA ILE BAGLIDIR.ADETEN BU PROBLEMLE UZLESHEN KISHILER IN NARAHATLIQLARI QADINDAN TEZ CINSI AKTI BITIRMELERIDIR. BILMEK ISTEYIREM KI EGER KISHIDE TEZ BOSHALMA BASH VERIRSE VE QADINDA DA BU HAL EYNI VAXTDA BASH VERIRSE BU NORMALDIRMI ? HER IKISINDE PROBLEM VARMI ? QEYD EDIM KI BOSHALMA 1 DEQIQE ANCAQ CEKIR.
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:43
Salam Zaza. Normal cinsi əlaqənin müddəti, kişilərdə 7-8 dəqiqə təşkil edir. Əgər qadında orqazma çatma daha tez olursa, 7-8 dəqiqəlik müddət ərzində qadın bir yox, bir neçə orqazm yaşayacaq. Uğurlar.
Akif | 22 İyun 2013 04:55
Həkim salam.Bir sualım var. Uşaq anadan olanda oğlan uşağının olma ehtimalı hansı hallarda olur.Bəzi ginekoloqlar təqvimə görə hesablayır,Bu nə dərəcədə düzgündür.Tibb elminin buna yanaşması necədir.Ardıcıl 4 qız uşağı olduqdan sonra oğlan olma ehtimalı nə qədərdir.Aradan 5 il keçib. Bunun hansı prosedurları vardır.Sizdən xahiş edirəm buna aydınlıq gətirəsiniz.Qabaqcadan sizə təşəkkürümü bildirirəm.
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:36
Salam Akif. Elmi və tibbi yollarla, məhz oğlan uşağının anadan olmasına, nail olmaq olmur. Bu yalnız bəxtdən asılıdır. Uğurlar.
anonim | 21 İyun 2013 21:20
salam doktor cinsi orqanin eyriliyi xestelikdir?ve ya bu mualice oluna biler?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:31
Salam Anonim. Bəli, ciinsi orqanın əyriliyi xəstəlikdir(Peyroni xəstəliyi). Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əyriliyin səviyyəsindən asılı olaraq, əməliyyat və ya dərman preparatları ilə müalicə aparılır. Uğurlar.
sohret | 21 İyun 2013 20:02
salam hekim.....sagolun suallara cavab verdiyiniz ucun.bilmek isterdim boyrek yaxsi suzurse,yeni normal isdiyirse.....proteinden isdifade olar? mende gelecekde erreksiya,cinsi zeiflik olmaz? proteinden de 1 2 ayliq istifade edecem.cox sag olun minnetdaram.
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:22
Salam Sohret. Protein - zülallarla zəngin idman qidasıdır, yəni adi qidanın konsentrasiya olunmuş forması. Protein istifadə etmək, nə cinsi zəiflik nədəki başqa cinsi problemlərə, gətirib çıxarmır. Uğurlar.
seymur | 21 İyun 2013 19:36
Salam hekim, menim 21yawim var 2defe qadinla cinsi elaqede olmusam 2il fasile ile, birinci defede 2defede cox heyecan oldu yeni penisim gec qalxdi,axira qeder olub bowala bilmedim bunun ne kimi sebebi var?pisixoloji gerginlik kecirirem, bu hal qadinla az cinsi elaqede olmagimdan ireli gele biler?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:16
Salam Seymur. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
nahid | 21 İyun 2013 19:20
salam.32 yawim var aileliyem.2 uwaqim var.son vaxtlar cinsi elaqede olandan sonra texminen 1 hefte hevesim olmur cinsi elaqeye girmeye.bowaldiqdan sonra cox halsiz yorgun bitkin oluram.meslehetinizi istiyirem.
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:13
Salam Nahid. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Cavid | 21 İyun 2013 17:41
Salam doktor menim penisim ucu yere baxir gelecekde nese problem olmazki?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 10:07
Salam Cavid. Əgər normal cinsi əlaqədə ola bilirsizsə, heç bir problem yoxdur. Uğurlar.