ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ferid | 23 İyun 2013 21:43
salam hekim sizin is gunleriniz necenci gunler ve saat neceden neceye kimi olur?
Dr.Orxan Agabəyov | 25 İyun 2013 05:59
Salam Ferid. Bazar günündən savayı, hər gün klinikada oluram. Qəbul vaxtını dəqiqləşdirmək üçün,  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elvi | 23 İyun 2013 20:45
salam hekim mende 3 derece vorikosel var 2 hefteye kimi emeliyyat olmaliyam spermaqramanin 0 cixmasini hekim vorikoselle elaqelendirdi prastati ultra yaxma ile yoxlatdirdim dediki her wey qaydasindadi bayaqdan size verilen suallara baxiram sayilan cox elametler mende var spermadan iyin gelmesi tez bowalma xayalarin agrimasi tezyiqin az olmasi ve s trixamanoz kimi xestelikler tutmuwam ancaq mualice olmuwam bu ozunu bildirmeyen xestelikdi ola bilermi bu mende hele de qalsin? bir de ki bowalmadan sonra penisin ucunda selik gelir bunun sebebi ne ola biler? onceden tewekkurler
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:23
Salam Elvi. Ola bilər ki, diaqnostika tam yada düzgün aparılmayıb və prostat vəzidə olan problemlər aşkarlanmayıb. Hər halda əməliyyat etmədən, varikoseledən başqa spermanın keyfiyyətinə mənfi təsir göstərə bilən səbəblərdə yoxlanmalıdır. Uğurlar.
Vəli | 23 İyun 2013 17:30
çox üzür isdeyirəm həkim.mənim penisim qisadi.necə edimki biraz böyük olsun...əvəlcədən təşəkür edirəm.
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:19
Salam Vəli. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Elşad | 23 İyun 2013 14:05
Həkim salam.7 aydır ailə həyatı qurmuşam.indiyədək uşaq yoxdur.Həkimə,ginekolqaa müraciət etmişəm.Deyir ki soyuqlam və təzyiq vardır.Oynaq təzyiq.Özümdə də hərəkət zəifliyi yəni sperma zəifliyi vardır.Həkim deyir bu normal haldır.Eroziyada vardır,yoldaşımda Xahiş edirəm buna aydınlıq gətirəsiniz
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:11
Salam Elşad. Əgər kişidə hansısa cinsiyyət sistemi ilə problem var, qinekoloqa deyil, androloqa müraciət etməlidir. Təzyiqin, spermanın keyfiyyətinə heç bir aidiyyatı yoxdur. Spermanın keyfiyyətini aşağı salan faktorlar yoxlanmalıdır, sonra isə müalicə kursu keçməlisiz. Uğurlar.
Nicat | 23 İyun 2013 09:31
salam hekim...men iranda ve Azerbaycanda spermadan analiz verdim ve her iki olkenin cavabinda mende sperma olmadigi dediler...menim 1 xayam yoxdu 1-i ise az inkisfa eliyib...buda uziden kecenden sonra dedilerki ancaq suni mayalanma yolu ile uwaq olar,bilmek isterdim nese derman ve yaxud nese bal-qoz yemekle duzele biler...cinsi zeifliyim yoxdu her wey normladi ama gelki uwaq olmaq ucun keyfiyyeti yoxdu...umid var yoxsa ancaq suni mayalanma yolu olacaq uwaq?xahiw eliyirem cavablandirin...tesekkurler
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:05
Salam Nicat. Əgər bir xaya yoxdursa, o biridə inkişafdan qalıbsa, müalicəyə şanslar çox azdır. Fikrimcə, daha düzgün yol -süni mayalanmadır, amma hər halda müalicə kursu da keçə bilərsiz. Bu situasiyada hormonlarda vacib rol oynayır. Uğurlar.
mehemmed | 23 İyun 2013 08:46
salam hekim yox men b-i klinikasinda analiz vermiwem cavabini size gondeririem Eyekulyatin miqdari -2.9 Xususi iyi -Teze shabalid Eyekulyatin rengi - Bozumtul aq PH-7.9 konsintetsiya -0.3 Durulashma muddeti -35 1-ml-de spermatozoidlerin sayi 18.5 a-14 % b -23% c - 14%  d  - 49% Morfologiya ( normal forma) - 27% Aqqulinitasiya - Qarishiq Leykositler 7-8 Eristrositler - Epitel huceyreleri 1-2 Lipoid cisimcikler - chox miqdarda Gobelek - Selik - Trixomonada - hekim bu muayineden sonra sizce ikinci terefde olan vorikoselide kesdirmeliyem yoxsa hansisa mualiceden sonra duzele biler (bir terefi kesdirmiwem)
Dr.Orxan Agabəyov | 25 İyun 2013 05:47
Salam Mehemmed. Bu göstəricilərlə, müalicəni davam etdirmək olar. Uğurlar.
samir | 22 İyun 2013 21:02
salam hekim. Mende cinsi elaqe zamani ilk sertlesir sonra oz ozune eyakulyasiya olur ve yeniden sertlesmesi biraz cetin olur. Ikinci defe sertlesenden sonra normal bosaliram. Butun proses 40 deqiqeden cox cekir. Bu necenci defedi basima gelib.. Varkasele gore uzi den kecmisem her sey normal cixib. Orda hekimin dediyi davamli seks heyati yasasam kecib gedecek. Ne meslehet gorursuz ? Acigi uje psixoloji tesir edir ..
Dr.Orxan Agabəyov | 23 İyun 2013 12:01
Salam Samir. 1. Varikoselenin olub-olmamasının bu problemə, heç bir aidiyyatı yoxdur. 2. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
cavan | 22 İyun 2013 18:45
salam hekim men teze evlenmiwem mende ehtiras az dir hemde cinsi orqanim durur ama chox yumwaqdi zeif durur ne etmeliyem?
Dr.Orxan Agabəyov | 23 İyun 2013 12:04
Salam Cavan. Sizdə ereksiya problemləri var. Birinci növbədə Siz, bu problemin  səbələrini araşdırmalısız. Səbəblər müxtəlif - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Sonra isə müalicə kursu keçməlisiz. Uğurlar.
Lala | 22 İyun 2013 18:03
Salam dr sualima gore uzr istiyirem mende arxa nahiyede derinin altinda wiwka kimi nese cixib balaca.ustunnen basanda 1az agri verir!bu sizce neden ola biler soyuqdeymeden ya mikrobdan?zehmet olmasa bawa sala bilersiz?cox sag olun!
Dr.Orxan Agabəyov | 23 İyun 2013 12:08
Salam Lala. Bu tip problemləri, nəzəri cəhətdən cavablandırmaaq çox çətindir. Cinsi infeksiyalar və soyuqdəymə adətən belə əlamətlər vermir, ola bilər sadəcə dəri problemidir. Hər halda dermatoloqa müraciət edin və diaqnozu dəqiqləşdirin. Uğurlar.
faiq | 22 İyun 2013 17:35
salam hekim.men ne qeder mualice alsam da faiz 15 den yuxari qalxmir.androloq mualicesinde de cox olmusam.hec bir infeksiyam yoxdur,mene ne komek eder.sag olun.
Dr.Orxan Agabəyov | 23 İyun 2013 11:41
Salam Faiq. Müalicələri nəticəsi olmamaq səbəbi, hərəkətlilik faizlərinin aşağı olması səbəblərinin tam(və ya düzgün) araşdırılmamasıdır. Spermoqrammanın göstəricilərinə yalnız cinsi infeksiyalar deyil, başqa faktorlar da mənfi təsir göstərə bilər. Düzgun  diaqnostika keçəndən sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar.