ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ilyas | 24 İyun 2013 17:56
salam hekim menim 17 yasim var cinsi orqanimin sertlesmis veziyyeti 13-14sm-dir.sizce bu normaldi yoxsa qisa?
Dr.Orxan Agabəyov | 25 İyun 2013 05:45
Salam İlyas. Bu tamamilə normaldı. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
ismayil | 24 İyun 2013 17:35
SALAM ORXAN DOKTOR sizden bir mesehet almaq isteyirem .ORXAN DOKTOR MEN USHAQ vaxti agacdan yixilanda cinsiyyet orqanimin alt nahiyesi cirildi ve emeliyyat olundum ve emeliyatdan sonra her shey tam tersi oldu inkishaf azaldi sperma azaldi sheffavlashdi ve orqanin ucundan zeif gelir sperma bu emeliyyatdan sonra emeliyyatda kanalin tikilib tutula bilmesi ola biler?.
Dr.Orxan Agabəyov | 26 İyun 2013 05:01
Salam Ismayil. Belə bir ehtimal ola bilər. Bunu dəqiqləşdirmək üçün, spermoqramma analizindən keçin və öz göstəricilərinizi norma ilə müqaisə edin. Uğurlar.
ayaz | 24 İyun 2013 10:15
salam hekim tez bosalmaq haqda sizin yanivizda mualice almaq isteyirem. Sadece bilmek isteyirem nece vaxta mualice prasesi gedecek ve minumum ne qeder xercim cixacaq. Xais edirem bu haqda mene bilgi veresiz sag olun.
Dr.Orxan Agabəyov | 25 İyun 2013 05:49
Salam Ayaz. Erkən boşalma probleminin müalicəsi adətən 1,5 - 2 ay ərzində aparılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
murad | 24 İyun 2013 09:21
Salam Aleykum hekim narahat etdiyim ve sualima gora uzr istiyirem bagiwliyin.Demeli hekim sizden artiq derecede xaiw ediremki menim bu suaklima cavab veresiz zehmet olmasa mende hekim meselem penisimin hereket etdiyi halda elede berk olmur ama qaldiki iniresni birweydiye conbeldiyim halda yani eyildiyim halda hislerim oyananda berk olur ureyim istiyen kimi qaldigimda dashada berkiyir ama qaldiki ayaq uste yumuwaq veziyyetde qalxir bilmirem nedi ya qan iwlemir nedi siz mene ne meslehet vere bilersiz ne derman qebul edimki bedenimde damarlarda qan dovrani yuksey seviyyede olsun mumkunse sualimi cavablandirasiz cox xaiw edirem
Dr.Orxan Agabəyov | 25 İyun 2013 07:00
Salam Murad. Əgər Sizdə cinsi əlaqə zamanı, ereksiya(sərtləşmə) zəif olursa, bu problemin səbəbləri araşdırılmalıdır. Yəni kişinin ereksiyası, istədiyi vəziyyətdə yaxşı olmalıdır, əgər belə deyilsə - müalicə kursu keçməlidir. Uğurlar.
nurana | 24 İyun 2013 09:11
salam hekim heyat yoldasim 6 may tarixinde sag xayadan emeliyat edilib bele desek inkisafdan qaldigi ucun cixarilib emeliyatdan evvel sperma 0% idi hal hazirda cerrahin yazdigi dermanlardan istifade edir hekim bilmek isteyiremki spermanin faizi arta bilermi?yeniki bilmek isteyiremki 0% sperma arta bilermi?xahis edirem cvb yazin onceden tesekkur
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:48
Salam Nurana. Artım ehtimalı var, amma bu situasiyada hormonların səviyyəsi vacib rol oynayır. Artım səviyyəsi, birdə o biri xayanın vəziyyətindən, sağlam olub-olmamasından da asılıdır. Uğurlar.
Teymur | 24 İyun 2013 07:55
salam doktor,bagishdayin sualima gore , men qadinla cinsi elaqede olanda tez boshaldiram hardasa 5-6 deyqe.. ikinci defede artiq alinmir haldan dusuhurem. bunun sebeblerini aciqlayardiniz zehmet olmasa?
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:47
Salam Teymur. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Arzu | 24 İyun 2013 06:51
Salam hekim yoldasimin analizleridi uzr isteyirem biorinci ailesinde ovladi var ama indi ovladimiz olmur...45 yasi var hekim cox xahis edirem bir cavab yazardiniz indiden tesekkurler/ gostericiler eyakuliyatin hecmi netice 0.8 norma 1-5 ml eyakuliyatin rengi netice boz norma bozumtul ag eyakuliyatin iyi netice sp norma spesifik ozluluk netice q norma 0.1- 0.5 sm durulasma muddeti netice 20 deq norma 15-30 deq ph netice 7.2 norma 7.2-7.6 1 ml despermatozoidlerin sayi netice 34 norma 40-120 min spermatozoilerin herket xarakteri anormoknezid hereketli netice 31 norma 50 % ds hikopinezis zeif hereketli netice 4 norma 10 % akinezis hereketsiz netice 65 % norma 40 % patoloyi formal spermatozoidler netice 20 norma 30 % bas netice 8 norma 40 boyun netice quyruq netice 4 aqqlutinasiya netice yoxdu norma negatif gosterice spermatoqeniz huceyreler netice 2 % norma 4% gostericiler epider huceyreleri netice 3-4 norma tek tek ds leykositler 4-5 norma 0 -d
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:31
Salam Arzu. Həm spermanın həcmi həmdə hərkətlilik faizləri, normadan aşağıdır. Həcmin az olması, prostat vəzi ilə bağlı ola bilər. Hər halda, səbəblər dəqiqləşdirilib, müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
SEBUHI | 24 İyun 2013 05:55
SAlam hörmətli həkim,axir vaxtlar yoldashimla elaqede olduxum zaman eziyyet chekirem,elaqe zamanı cinsi üzvüm sönür və buda əsəblərimin gərginləşməyinə gətirib çıxarır,ama əvvəllər belə hallar qətiyyən olmurdu,mən nə etməliyəmki,belə hallar aradan qalxxsın,öncədən təşəkkürlər!
Dr.Orxan Agabəyov | 25 İyun 2013 05:55
Salam Sebuhi. Bu problemin səbəbləri müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Birinci növbədə səbəbləri müəyyənləşdirin, sonra isə müalicə kursu keçmək məsləhətdir. Uğurlar.
cavid | 24 İyun 2013 05:15
hekim salam mende son zamanlar cinsi zeiflik musahide olunur qisasi hevesim olmur bu da mene prablem yaradir bunu nece aradan qaldirmaq olar
Dr.Orxan Agabəyov | 25 İyun 2013 05:58
Salam Cavid. Orqanizmdə yaranan başqa xəstəliklər kimi, cinsi zəiflik də müəyyən səbəblərdən yaranır. Və başqa xəstəliklərdə olduğu kimi, bu problemdə də diaqnostika aparılır, sonra isə müalicə təyin olunur. Uğurlar.
Ludoviq | 24 İyun 2013 05:09
Salam hekim men cinsi elaqeni dehet isdeyirem ele bil evde olanda bir uzaghi iki defe isdeyirem 8 - 9 gune amma di gel ki ishe gekende partdiyiyram gunde az qala 3 defe isdeyim bilmirem niye bir de pornoyo cox baxiram 26 yashim var bir de emeliyyat neceye basha gelir texminen cinsiyyet orqaninin boyutmek ucun ve erreksiya evvelki kimi olurmu emeliyyatdan sonra hemen ki hezzi alirsanmi
Dr.Orxan Agabəyov | 25 İyun 2013 06:28
Salam Ludoviq. Belə fərqin olmasə, psixoloji səbəblərlə izah olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.