elmar | 26 İyun 2013 18:07
salam axsaminiz xeyir, bagisliyin size sualimi verim. ireli hereketli 0% dirsa mualicesi varmi?
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:49
Salam Elmar. Hər şey səbəblərdən asılıdır - elə səbəblər var ki, müalicə olunmur, elə səbəblər var ki, aradan qaldırıb, stimulyasiya təyin edib, nəticə əldə etmək olar. Uğurlar.
vladimer | 26 İyun 2013 17:16
mne 46 let,danni moment posle amaliza spermogrammi postavili diagnoz-oligospermia-3stemeni,shto vi posovetuite dlja medikamentoznogo lechenia...
s uvazhenjem, Vladimer
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:45
Здраствуйте Vladimer. Такой подход к лечению в корне неверен. Т. е. нужно прежде всего выяснить причины олигоспермии а потом уже назначать лечение. Без устранения причин олигоспермии, лечение будет неэффетивно. Удачи.
Xəyal | 26 İyun 2013 14:34
Salam həkim. Verəcəyim suala görə öncədən üzr istəyirəm və təşəkkür edirəm. Həkim normalda penisin ölçüləri sərtləşmiş və adi vəziyyətlərdə nə qədər olmalıdır əslində? Çünki, mən bu sualı neçə həkimə vermişəm hərəsi bir cavab verib. Bir deyir 8-9 sm., biri deyir 11-12 sm. və s. Bir də ki, bunun əlaqə zamanı əhəmiyyəti nə dərəcədədir?
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:42
Salam Xəyal. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçüləri normadan kiçik olduqda, partnyorun orqazma çatması ehtimalı azalır. Uğurlar.
Murad Aliyev | 26 İyun 2013 11:57
Salam Orxan doktor, evvelceden vereceyim suala gore uzr isteyirem. Mende penis berkimiw halda 10 sm olur. men bundan cox naraziyam, bunun helli yolunda ne komeklik gostere bilersiniz? bir de ki 1-ci defeye heddinden artiq tez bowaliram, ama 5-6 deq sonra uzun muddet davam edir. tez bowalmagin helli neden ibaret ola biler? evvelceden cox tesekkur edirem.
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:32
Salam Murad. 1. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. 2. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
nigar | 26 İyun 2013 11:09
salam doktor.. Men 8aydir evliyem amma helede hamile qala bilmemiwem..hekime getmiwem mende bele bir problemim yoxdur yoldawimda analiz verib spermaqrammadan neticelerini oz hekimine gosterib hekiminin dediyine gore bele bir problemi yoxdur amma men baxiram norma ile uyqun gelmeyen neticeler var..isterdim sizde baxib mene 1 cavab deyesiz..qatiligi:0,25sm. PH :8,0 Durulaema vaxti:30dq, spermotozoidlerin miqdari1ml-40 ml,sper-tozoidlerin miqdari butun eyakulyatda-200 mln, heleket qabiliyeti umumi-33%,celd irelileyen-18%,zeif irelileyen-15%, yerinde irelileyen-12%, hereketsiz-55% patoloji formalar bawcigin-5% cisminin-2% quyrugunun-1% spermatozooidlerin hereket xarakteri irelileyen-55 irelilemeyen-45, normal morfoloji spermatazoidler-78%, degenerativ spermatozoidler-22%, spermatogenez huceyre-2% leykositler-2-3 g/s eritrosit yoxdu.. Bu neticelerle hamile qalmaq olar? Xaiw edirem cavablandirardiniz..
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:32
Salam Nigar. Yoldaşınız köhnə standartlar olan klinikada, spermoqramma verib. Və bu standartlara görə, hərəkətlilik faizləri(cəld və zəif irəliləyən) - 50 % olmalıdır. Sizin yoldaşınızda, bu göstərici normadan aşağıdır. Hər halda, müasir standartlar olan klinikada, spermoqramma vermək məsləhətdir. Bu spermoqrammaya əsasən, hamilə qalmaq şansları var. Uğurlar.
ibrahim | 26 İyun 2013 10:13
salam hekim,ekstenderin komeyile cinsi orqani uzatmaqcin hara muraciyet ede bilerem?
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:30
Salam İbrahim. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Vusal | 26 İyun 2013 07:22
salam hekim.cinsi elaqede olanda qurtardiqdan sonra 2ci defe olmaq isteyende cinsi istehsizlik bash verir.bunun ucun ne etmeliyem.xaish edirem suali cavablandirasiniz...teshekurler
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:22
Salam Vusal. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Behruz | 26 İyun 2013 07:04
Salam.Uzr isteyirem sualima gore mende spermanin iyi keskin pis olur. Bunun sebebi nedendi mende nese problem var yoxsa bele olur?
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:16
Salam Behruz. Bu prostat vəzinin və toxum kisəciklərinin iltihabının əlaməti, yəni prostatit və vezikulitin əlaməti ola bilər. Uğurlar.
Denis | 26 İyun 2013 07:02
salam hekim....mende bir problem yoxdur..oz bildiyime gore..ama olada biler bilmirem ...ama bele yoxlanmaq isteyirem...qiymetlerivizi bilmek olar ?
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:14
Salam Denis. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
tural | 26 İyun 2013 06:55
salam hekim, menim cinsiyyet orqanimin uc hissesi balacadi, mene deyirler ki bu ushag vaxti duzgun sunnet olunmamag ile baglidi, yani duzgun sunnet elemeyibler meni, bu heqiqeten de beledi ? bu menim cinsiyyet orqanimin inkishafina olchulerinin tam da inkishaf etmemesine tesir ede biler ? ve men bu problemi nece hell ede bilerem, meslehetinizi gozleyirem, cox sagolun
Dr.Orxan Agabəyov | 27 İyun 2013 06:10
Salam Tural. Bu suala nəzəri olaraq cavab vermək, mümkün deyil. Yani ola bilər sünnət düzgün aparılmayıb, ola bilər genetik xüsusiyyətdir, görmədən bunu demək olmaz. Uğurlar.